48
qabırğaarası
qabırğaarası
Arxa qoltuq
Doqquzuncu qabırğaarası
Doqquzuncu qabırğaarası
Kürək
Doqquzuncu-onuncu
qabırğaarası
Doqquzuncu-onuncu
qabırğaarası
Ağciyərlərin aşağı sərhədlərinin vəziyyəti konstitusional xüsusiyyətlərdən də
asılı olur- asteniklərdə aşağıda, hipersteniklərdə bir qədər yuxarıda yerləşir.
7-8 yaşdan böyük uşaqlarda ağciyərlərin zirvəsinin hündürlüyü təyin edilir.
Müayinələr öndən körpücükdən yuxarı orta körpücük xətt üzrə aparılır, adətən,
körpücük üzərindən 2-4 sm yuxarıda yerləşir.
Pediatriyada arxadan ağciyərlərin zirvəsinin hündürlüyünün, eləcədə Kreniq
sahəsinin müayinəsi istifadə edilmir.
Böyük yaşılı uşaqlarda ağciyər kənarlarının hərəkətliliyi təyin edilir. Yaş
məhdudiyyəti kiçik uşaqların komanda üzrənəfəsi saxlaya bilməməsi ilə
əlaqədardır. Ağciyər kənarlarının hərəkətliliyi kürək, orta və arxa qoltuqxətləri
üzrə daha qabarıq olur, çünkü bu yerlərdə plevral ciblərinin daha böyük sahəsi
olur.
Ağciyər kənarının hərəkətliliyinin yoxlanması aşağıdakı şəkildə aparılır.
Yuxarıda qeyd olunan xətlərdən biri üzrə sakit tənəffüs vəziyyətində ağ ciyərlərin
aşağı həddini təyin edərək, uşağa dərindən nəfəs almaq və nəfəsisaxlamaq təklif
olunur. Perkussiyanı aşağıya doğru davam etdirərək, maksimal nəfəs vermədə
ağciyərlərin aşağı kənarları təyin edilir. Bundan başqa barmaq-plessimetr kürək
bucağında (kürək xətti üçün) və ya 5-6-cı qabırğaarasında (qoltuq xətti üçün)
yerləşdirilərək uşağa dərindən nəfəs vermək və nəfəsi saxlamaq təklif olunur.
Aşağıya doğru perkussiya edərək maksimal nəfəsvermədə ağciyərlərin kənar
hədləri təyin edilir. Nəfəsalma və nəfəsvermədə alınan hədlər arasında məsafə
ağciyərinkənarının hərəkətliliyini göstərir və böyük yaşlı uşaqlarda 6-8 sm təşkil
edir.
49
Ağciyərlərin hərəkətliliyinin təyin edilməsinin başqa texnikası da vardır.
Uşağa dərindən nəfəs almaq və nəfəsi saxlamaqtəklif olunur, nəfəs verdikdə orta
barmaqla ağciyərlərin hədləri təyin edilir. Bundan sonra orta barmaq alınan
sərhədə qoyularaq, uşağa bir neçə dəfə maksimal sakit nəfəs almaq təklif olunur
və kütlük alınana qədər ikincili barmaqla perkussiya davam etdirilir. Barmaqlar
arasında fərq ağciyər ekskursiyasının həddini təşkil edir. Əgər topoqrafik
perkussiyada kifayət qədər kütləşmənin eşidilməsi kafidirsə, müqayisəli
perkussiyada səsin dəyişməsi bütün xassələr üzrə ətraflı qiymətləndirilməlidir.
Yalnız bu zaman ağciyərlərin fiziki, müvafiq olaraq anatomik quruluşu haqqında
təsəvvür əldə etmək olar.
Perkussiyanı ciddi olaraq simmetrik sahələrdə və ciddi cüt nahiyələrdə
etmək lazımdır, ardıcıl olaraq gah zəif, gah da güclü perkussiyalar tətbiq edilir.
Sonuncu ona görə tələb olunur ki, zəif perkussiya zamanı daha dərində yerləşən
ağciyər zədələnmələrini, güclü perkussiya zamanı isə səthi dəyişiklikləri aşkar
etmək olmur.
Sağdan və soldan anatomik cəhətdən eyni yerləşən nahiyələrdəperkutor
tonlar müqayisə edilir. Barmaq-plessimetr qabırğa arasında yerləşdirilir.
Kürəkarası (barmaq-plessimetr onurğaya paralel yerləşdirilir), körpücük (barmaq-
plessimetr körpücükaltı çuxurda yerləşdirilir) nahiyələr istisna təşkil edir.
Arxa səthin perkussiyası zamanı barmaq-plessimetrin yerləşdirilməsi 8, 9 və
10-cu şəkillərdə təsvir edilmişdir.
Orta körpücük xətti üzrə perkutor səs III qabırğa səviyyəsinə qədər, yəni
birinci və ikinci qabırğaarasında müqayisə edilir. Aşağıda müqayisəli perkussiya
aparılmır, çünki solda ürək yerləşir, bu da perkutor səsi dəyişir. Ağciyərlərin
perkussiyası zamanı aşağıdakı səsləri tutmaq olar:
içərisində hava olan sağlam ağciyərlərin aydın tam, kifayət qədər aşağı
səsi;
kar səs karlaşmış tondan tam kütləşmiş tona qədər (bud və ya qaraciyər
kütlüyü);
50
qutuvari tondan timpanik tona qədər (Traube sahəsi üzərində perkutor ton)
müxtəlif çalarlı yüksək səs.
Qeyd etmək lazımdır ki, diqqətli perkussiya zamanı patologiya olmadıqda
perkutor tonda çox zaman cüzi fərq müşahidə edilə bilər. Belə ki, məsələn, bir
qayda olaraq, aşağı şöbələrdə yan səthlər üzrə perkutor ton qaraciyərə yaxın
olduğu üçün sola nisbətən bir qədər küt olur. Kürəklər arası nahiyədə sağdan daha
yüksək səs qeydə alına bilər, buna sağ bronxun yerinin anatomik xassələri səbəb
olur. Ağciyərlərin payları arasında sərhədləri təyin etmək vacibdir. Ön səthə
sağdan yuxarı və orta pay proyeksiya olunur. Onlar arasında sərhəd IV qabırğa
üzrə gedir. Birinci və üçüncü seqmentlər arasında sərhəd təqribən II qabırğa üzrə
gedir. Körpücükortası xətt üzrə orta payın IV vəV seqmentlərinin sərhədinikeçir.
Soldan ürəyin yerləşməsi ilə əlaqədar olaraq IV və V seqmentlər dilcikli pay ilə
göstərilir, I və III seqmentlər arasında sərhəd ayrılmır.
Arxa səthdə hər iki tərəfdən aşağı və yuxarı paylar proyeksiya olunur.
Onların arasında sərhədlər onurğa ilə kürək tininin kəsişdiyi nöqtədən və arxa
qoltuq xətti və IV qabırğanın birləşmə nöqtəsinə qədər keçir (adətən, erkən yaşlı
uşaqlarda II qabırğa və böyük yaşlı uşaqlarda III fəqərə). Kürək tini boyu olan xətt
yuxarı payları I və II seqmentlərə bölür. Kürək bucaqlarını birləşdirən xətt VI
seqmenti, kürək xətti isə X və IX seqmentləri ayırır.
Yan səthlərdə bütün üç pay proyeksiya olunur. Yuxarı və orta pay arasında
sərhəd (soldan dilcik payı ilə) IV qabırğa xətti üzrə keçir. Orta və aşağı paylar
arasında sərhədlər IV qabırğanın arxa qoltuqaltı ilə kəsişdiyi nöqtədən
xəncərəbənzər çıxıntıya qədər gedir. VIII və XI seqmentlər arasında sərhəd qoltuq
xətti üzrə təqribən eyni səviyyədə yerləşir.
Müqayisəli perkussiya və auskultasiya zamanı paylar vəseqmentlər
sərhəddinin bilinməsi aşkar edilmiş dəyişiklikləri dəqiq lokalizasiya etməyə imkan
verir. Qeyd etmək lazımdır ki, kliniki müayinələr üçün ağciyərlərin dil payı (ürəyə
yaxın olduğu üçün mənzərə dağınıq olur) və sağ bazal-ön (döş qəfəsi səthində
proyeksiya olunmur) ağciyərin sağ VII seqmenti (soldan olmur) xüsusi çətinlik
törədir.
Dostları ilə paylaş: |