I uşaq xəSTƏLİKLƏRİ kafedrasi tibb üzrə elmlər doktoru, professor S. M. Qasımova



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix30.05.2018
ölçüsü0,53 Mb.
#46790
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

48 

 

qabırğaarası 



qabırğaarası 

Arxa qoltuq 

Doqquzuncu qabırğaarası 

Doqquzuncu qabırğaarası 

Kürək 

Doqquzuncu-onuncu 



qabırğaarası 

Doqquzuncu-onuncu 

qabırğaarası 

 

Ağciyərlərin aşağı  sərhədlərinin vəziyyəti konstitusional xüsusiyyətlərdən də 



asılı olur- asteniklərdə aşağıda, hipersteniklərdə bir qədər yuxarıda yerləşir. 

7-8 yaşdan böyük uşaqlarda ağciyərlərin zirvəsinin hündürlüyü təyin  edilir.  

Müayinələr  öndən  körpücükdən  yuxarı  orta  körpücük  xətt  üzrə  aparılır,  adətən,  

körpücük  üzərindən 2-4 sm yuxarıda yerləşir. 

Pediatriyada  arxadan  ağciyərlərin  zirvəsinin  hündürlüyünün,  eləcədə  Kreniq 

sahəsinin müayinəsi  istifadə  edilmir. 

Böyük yaşılı  uşaqlarda  ağciyər kənarlarının hərəkətliliyi təyin edilir. Yaş 

məhdudiyyəti  kiçik  uşaqların  komanda  üzrənəfəsi  saxlaya  bilməməsi  ilə 

əlaqədardır.  Ağciyər    kənarlarının    hərəkətliliyi  kürək,  orta  və  arxa  qoltuqxətləri 

üzrə  daha qabarıq  olur,  çünkü bu  yerlərdə plevral ciblərinin daha böyük sahəsi 

olur. 

Ağciyər  kənarının  hərəkətliliyinin  yoxlanması  aşağıdakı  şəkildə  aparılır.  



Yuxarıda qeyd olunan xətlərdən biri üzrə sakit tənəffüs vəziyyətində ağ ciyərlərin 

aşağı həddini təyin edərək,  uşağa dərindən nəfəs almaq və nəfəsisaxlamaq təklif 

olunur.    Perkussiyanı    aşağıya  doğru  davam  etdirərək,  maksimal  nəfəs  vermədə 

ağciyərlərin aşağı  kənarları təyin edilir. Bundan başqa barmaq-plessimetr  kürək 

bucağında  (kürək  xətti  üçün)    və  ya  5-6-cı    qabırğaarasında  (qoltuq  xətti    üçün) 

yerləşdirilərək  uşağa  dərindən  nəfəs  vermək  və  nəfəsi  saxlamaq  təklif  olunur. 

Aşağıya  doğru    perkussiya  edərək  maksimal  nəfəsvermədə  ağciyərlərin    kənar 

hədləri  təyin  edilir.  Nəfəsalma  və  nəfəsvermədə  alınan  hədlər  arasında  məsafə 

ağciyərinkənarının hərəkətliliyini göstərir və  böyük yaşlı  uşaqlarda  6-8  sm təşkil 

edir. 



49 

 

Ağciyərlərin  hərəkətliliyinin təyin edilməsinin başqa texnikası da vardır. 

Uşağa dərindən  nəfəs almaq  və  nəfəsi saxlamaqtəklif olunur, nəfəs verdikdə orta 

barmaqla  ağciyərlərin    hədləri  təyin  edilir.  Bundan    sonra  orta  barmaq  alınan 

sərhədə qoyularaq, uşağa bir neçə dəfə maksimal sakit  nəfəs almaq təklif  olunur 

və  kütlük  alınana  qədər  ikincili  barmaqla  perkussiya  davam  etdirilir.  Barmaqlar 

arasında  fərq  ağciyər    ekskursiyasının  həddini  təşkil    edir.  Əgər  topoqrafik 

perkussiyada  kifayət  qədər  kütləşmənin  eşidilməsi    kafidirsə,  müqayisəli 

perkussiyada  səsin  dəyişməsi  bütün  xassələr  üzrə    ətraflı  qiymətləndirilməlidir. 

Yalnız bu zaman ağciyərlərin fiziki, müvafiq  olaraq anatomik quruluşu haqqında  

təsəvvür əldə etmək olar. 

Perkussiyanı  ciddi  olaraq  simmetrik  sahələrdə  və  ciddi  cüt  nahiyələrdə  

etmək  lazımdır,  ardıcıl    olaraq  gah  zəif,  gah  da  güclü  perkussiyalar  tətbiq    edilir. 

Sonuncu    ona  görə  tələb  olunur  ki,  zəif  perkussiya  zamanı  daha  dərində  yerləşən 

ağciyər  zədələnmələrini,  güclü  perkussiya  zamanı  isə  səthi    dəyişiklikləri  aşkar 

etmək olmur.  

Sağdan  və  soldan    anatomik  cəhətdən  eyni  yerləşən  nahiyələrdəperkutor  

tonlar  müqayisə  edilir.  Barmaq-plessimetr  qabırğa  arasında  yerləşdirilir.  

Kürəkarası  (barmaq-plessimetr  onurğaya  paralel  yerləşdirilir),  körpücük  (barmaq-

plessimetr körpücükaltı çuxurda yerləşdirilir) nahiyələr istisna  təşkil edir. 

Arxa  səthin  perkussiyası  zamanı  barmaq-plessimetrin  yerləşdirilməsi  8,  9  və 

10-cu  şəkillərdə  təsvir edilmişdir.   

Orta  körpücük  xətti  üzrə  perkutor  səs  III  qabırğa  səviyyəsinə  qədər,  yəni 

birinci  və  ikinci  qabırğaarasında  müqayisə  edilir.  Aşağıda  müqayisəli  perkussiya 

aparılmır,  çünki  solda  ürək  yerləşir,    bu  da  perkutor  səsi    dəyişir.    Ağciyərlərin 

perkussiyası zamanı aşağıdakı səsləri tutmaq olar: 

 

içərisində  hava  olan  sağlam  ağciyərlərin  aydın  tam,  kifayət  qədər  aşağı 



səsi; 

 



kar  səs  karlaşmış  tondan  tam  kütləşmiş  tona  qədər  (bud  və    ya  qaraciyər 

kütlüyü); 


50 

 



 

qutuvari tondan timpanik tona qədər (Traube sahəsi üzərində perkutor ton) 

müxtəlif çalarlı  yüksək səs.  

Qeyd  etmək  lazımdır  ki,  diqqətli  perkussiya  zamanı  patologiya  olmadıqda 

perkutor  tonda  çox  zaman  cüzi  fərq    müşahidə  edilə  bilər.    Belə  ki,  məsələn,  bir  

qayda  olaraq,  aşağı  şöbələrdə    yan  səthlər  üzrə  perkutor  ton  qaraciyərə  yaxın 

olduğu üçün sola nisbətən bir qədər küt olur. Kürəklər arası nahiyədə sağdan daha 

yüksək səs qeydə  alına  bilər, buna sağ bronxun yerinin anatomik xassələri  səbəb 

olur.  Ağciyərlərin  payları    arasında  sərhədləri  təyin  etmək  vacibdir.  Ön  səthə 

sağdan  yuxarı  və  orta  pay  proyeksiya  olunur.  Onlar  arasında  sərhəd    IV  qabırğa 

üzrə gedir. Birinci və üçüncü seqmentlər arasında sərhəd  təqribən II  qabırğa üzrə 

gedir. Körpücükortası  xətt üzrə orta payın IV vəV seqmentlərinin sərhədinikeçir. 

Soldan  ürəyin  yerləşməsi  ilə  əlaqədar  olaraq  IV  və  V  seqmentlər  dilcikli  pay  ilə 

göstərilir, I və III seqmentlər arasında sərhəd ayrılmır.  



Arxa  səthdə  hər  iki  tərəfdən  aşağı  və  yuxarı  paylar  proyeksiya  olunur. 

Onların  arasında  sərhədlər  onurğa  ilə  kürək  tininin    kəsişdiyi  nöqtədən  və  arxa 

qoltuq xətti və IV qabırğanın  birləşmə nöqtəsinə qədər keçir  (adətən, erkən yaşlı 

uşaqlarda II qabırğa və böyük yaşlı uşaqlarda III fəqərə). Kürək tini  boyu olan xətt 

yuxarı  payları  I  və  II  seqmentlərə  bölür.    Kürək  bucaqlarını    birləşdirən  xətt  VI  

seqmenti,  kürək xətti  isə  X və IX seqmentləri ayırır.  



Yan  səthlərdə  bütün  üç  pay  proyeksiya  olunur.  Yuxarı  və  orta  pay  arasında 

sərhəd (soldan  dilcik  payı  ilə) IV qabırğa xətti üzrə  keçir. Orta və aşağı paylar 

arasında  sərhədlər  IV  qabırğanın  arxa  qoltuqaltı  ilə  kəsişdiyi    nöqtədən  

xəncərəbənzər çıxıntıya qədər gedir. VIII və XI seqmentlər  arasında sərhəd qoltuq 

xətti üzrə təqribən eyni  səviyyədə  yerləşir.  

Müqayisəli  perkussiya  və  auskultasiya  zamanı  paylar  vəseqmentlər 

sərhəddinin bilinməsi aşkar edilmiş dəyişiklikləri dəqiq lokalizasiya etməyə  imkan 

verir.  Qeyd etmək lazımdır ki, kliniki müayinələr üçün ağciyərlərin dil payı (ürəyə 

yaxın  olduğu  üçün  mənzərə  dağınıq  olur)  və  sağ  bazal-ön  (döş  qəfəsi  səthində 

proyeksiya  olunmur)  ağciyərin  sağ  VII  seqmenti  (soldan  olmur)  xüsusi  çətinlik 

törədir. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə