I uşaq xəSTƏLİKLƏRİ kafedrasi tibb üzrə elmlər doktoru, professor S. M. Qasımova



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix30.05.2018
ölçüsü0,53 Mb.
#46790
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

39 

 

Erkən  yaşlı  uşaqda  anamnez  toplandıqda    perinatal  dövrün  və  doğuşun 



gedişatları,  uşağınkeçirdiyi  xəstəlikləri,  bu  yaxınlardakı    xəstəliyin    əvvəlində 

qeydə  alınan    simptomları  və  ya  başqa  kəskin  respirator  və  xroniki  infeksiyalı  

xəstələr ilə  təmasda olması  dəqiqləşdirilir.  

Ümumi  şikayətlər  arasında  yüksək  hərarət,  halsızlıq,  zəiflikdən  şikayətlər 

üstünlük  təşkil    edir.Südəmər  uşaqlarda  əlavə  olaraq  iştahın  aşağı  düşməsi,  çəki 

artımının  ləngiməsi  də  qoşulur.  Eyni  zamanda  zökəm,  asqırma,  öskürək, 

təngnəfəslik  kimi  spesifikşikayətlər  də  olur.  Simptomların  ardıcıllığı  və  inkişaf 

sürəti, onların ətraflı xarakteristikası  vacibdir. Məsələn, öskürəyin tipi  (quru və ya 

yaş,    səthi  və  ya  dərin,  arası  kəsilən,    tükənən    və    ya  tutma  şəkilli  öskürəklər), 

onun  səs  xarakteristikası (hürüşəbənzər  və  ya bitonal)  vədövrülüyünü (yatdıqda 

və  ya  yuxudan  ayıldıqda,    temperatur  dəyişildikdə)  və  s.    təyin  etmək  zəruridir. 

Təngnəfəslik olduqda valideynlər körpələrdə burun pərlərinin üfürülməsinə, burun-

dodaq  üçbucağında  sianozluğun  yarandığına  (baxmayaraq  ki,  bu  simptom  məhz 

tənəffüs  sisteminin  zədələnməsinin  diaqnostikası  üçün  etibarlı  hesab  edilmir), 

körpənin məcburi vəziyyət almasına diqqət yetirirlər.  

Xəstəliyin    allergik  mənşəli  olduğuna  şübhə  yarandıqda  mütləq  ətraflı 

allerqoloji anamnez toplamaq lazımdır. Ailənin başqa üzvlərində,keçmişdəxəstədə 

allergik  reaksiyaların  olub-olmadığı,  öyrənilməlidir.  Xəstəliyin  təzahür  etməsi  ilə  

ilin    fəsli,    sutkanın    vaxtı  arasında,  məişət  (evin  təmizlənməsi),  epidermal 

(heyvanlarla  oynamaq),  tozcuq  (çiçəklənməmövsümündə  parkda,  meşədə 

gəzdikdə)  allergenlərlə  əlaqənin    olmasını,    medikamentlərin    qəbul  etməsini, 

pəhrizdəki  dəyişiklikləri,  fiziki  və  psixi  yüklənmələri  dəqiqləşdirmək  lazımdır. 

Ailədə    gigiyenik  vərdişlərə,  otaqda  hansı  temperaturun  üstünlük  təşkil    etdiyinə, 

uşağın geyinməsi (uşağın isti geyindirilməsi), hərəkət  rejiminə  xüsusi əhəmiyyət 

verilir. 

Böyük yaşda  uşağın özünü də sorğu etmək lazımdır,  çünki bu zaman  vacib 

detallar aşkar edilə bilər. 

 

 



40 

 

BAXIŞ 

Baxış  müəyyən  ardıcıllıq    ilə  aparılır:  ümumi    baxış,  üzün    və  boynun,  döş 

qəfəsinin baxışı. Yaxşı olar ki, ayaq üstündə, qurşağa qədər soyunmuş vəziyyətdə, 

hər  tərəfdən  eyni  bərabərlikdə  işıqlandırma  şəraitində  baxış  aparılsın.  Bu, 

hipoksiya  əlamətlərini  vətənəffüs  çatışmazlığını-sianoz  və  təngnəfəsliyi  aşkar 

etməyə imkan verir. Ümumi baxış uşağın bədəninin vəziyyətini qiymətləndirməyə  

imkan  verir ki, bu  da məcburi vəziyyətləri (böyrü üstə, oturmuş vəziyyətdə  əlləri 

ilə səthə dayamaqla), əl  barmaqlarının “Təbil çubuqları” şəklindəvə ya dırnaqların  

saat  şüşəsi  kimi olmasını aşkarlamağa imkan verir. Yadda saxlamaq lazımdır ki, 

bir  sıra  hallarda saat şüşəsi formasında olan dırnaqlar irsən ötürüləbilər. Ona görə 

də  valideynlərin də dırnaqlarını yoxlamaq lazımdır.  

“Təbil çubuqları” əlamətinin müəyyən edilməsiüçün dırnağın  hündürlüyü ilə 

(dırnağın yuxarı həddindən barmaq yastıqlarına qədər olan məsafə) distal  falanqa 

(distal falanqalar arası oynaqların yuxarıdan  aşağıya qədər olan məsafə) arasındakı  

həddin  nisbətini  təyin  etmək lazımdır. Adətən, bu  hədd birdən  az olur. “Təbil  

çubuqları’’əlaməti  zamanı məsafə artır və birdən çox olur . Üz yoxlandıqda uşağın  

burunla,    yoxsa  ağızla  nəfəs  aldığına,  burundan  ifrazatın  olub-olmamasına,  onun  

xarakterinə,  burun  pərlərinin  gərginliyinə,  ağızdan    köpüyün  gəlməsinə,    baş 

hiperkinezinin  olub-olmamasına    diqqət  yetirmək  lazımdır.  Çətinləşmiş  qazlar 

mübadiləsini  əks  etdirən  sianoza,    onun  kəskinlik    dərəcəsinə,    daimi  və  ya 

müvəqqəti  xarakterli  olmasına,  hansı  halda  uşaq  əmdikdə,  ağladıqda  və  ya  fiziki 

gərginlikdə baş  verməsinə  diqqət yetirilir. 

Sianoz ayrı -ayrı sahələrdə(burun-dodaq uçbucağı, gözlərin ətrafı,  barmaqlar)  

və  yayılmış  ola  bilər.  Mikrosirkulyasiya  pozuntusu    olduqda  dəri      mərmərşəkilli 

görünüş alır. Qızdırmalı, vərəmli  və pnevmoniyalı xəstələrdə yanaqlarda qızartının 

olması  mümkündür  (bəzən  müvafiq  tərəfdə  simpatik    sinirin    qıcıqlanması  

nəticəsində məhz həmin zədələnmiş tərəfdə). 

 Uşağın  səsini,  onun    qışqırtısını  və  öskürəyini  xarakterizə    etmək    lazımdır. 

Bundan    başqa  "Oral  krepitasiya"-    məsafədən  eşidilən  xırıltıları  tutmaq 

mümkündür. 



41 

 

Boyun yoxlandıqda  böyümüş limfa düyünləri, şiş, kistalar  aşkar edilə  bilər. 



Döş qəfəsinin baxışını hər tərəfdən, həm sakit vəziyyətdə, həm də dərindən nəfəs   

adıqda    aparmaq  lazımdır,  bu  zaman  döş      qəfəsindəki    bir    çox  dəyişikliklər  və 

tənəffüs  hərəkətləri  yaxşı  görünür.  Əvvəlcə  döş  qəfəsinin  forması,  körpücüklərin  

yerləşməsi,  körüpücüküstü  və  körpücükaltı  çuxurlar,  kürəklər  qiymətləndirilir. 

Sonra tənəffüsün  tipi,  ritmi və tezliyini xarakterizə etmək lazımdır. 

 Hər  iki  tərəfdən      döş    qəfəsinin  hərəkəti  zamanı  kürəklərdə  simmetriklik 

(bunun  üçün  şəhadət  barmaqlarının  uclarını  kürəklərin  künclərindəyerləşdirmək 

lazımdır), qabırğalar arasında şişkinlik və ya dartılma, döş qəfəsinin bir  yarısının 

hərəkətdən  qalması  qeydə  alınır.  Tənəffüs  aktında  köməkçi    əzələlərin    iştirakına  

diqqət  yetirilir.    Böyük  yaşlı  uşaqlara  sürətli    nəfəsvermə  və  nəfəsalma  təklif 

olunur, bu zaman döş  qəfəsinin tənəffüs aktında iştirakını  qiymətləndirmək asan 

olur. 


Döş  qəfəsinin  formasını  təyin  etməklə    döş  qəfəsində  fəza  nisbəti,  orada 

yerləşən  orqanların    yeri,  onların    fəaliyyət  şəraiti  haqqında    təsəvvür  əldə  etmək 

olur. Yenidoğulanlarda döş qəfəsi ucu aşağı kəsilmiş konus formasında, onun ön-

arxa ölçüsü, təqribən uzununa ölçüsünə bərabər olur. Erkən yaşlı uşaqda döş qəfəsi 

silindrik formada, qabırğalar üfüqi yerləşmiş olur və  onurğa  sütunu ilə düz bucaq 

yaradır.  

Uşaq  böyüdükcə, qabırğalar onurğadan uzaqlaşmağa  başlayır, döş qəfəsinin 

daha yaxşı ekskursiyası üçün imkan yaranır. Emfizematoz və paralitik formalı döş 

qəfəsi    olan  uşaqlarda,  skeletin  kobud  deformasiyaları  zamanı  (qıfabənzər    döş, 

raxitik deformasiya, onurğanın əyilməsi) tənəffüs hərəkətlərinin biomexanikasında 

daha  dərin  dəyişikliklər  qeydə  alınır.  Onlar  müəyyən  dərəcədə  döş  qəfəsinin 

həcmini azaldır, ağ ciyərlərin ekskursiyasını pozur.  

Döş qəfəsinin və ya qarnın  iştirakının üstünlük təşkil  etməsindən asılı olaraq 

(döş  qəfəsi,  qarın  boşluğu,  qarışıq)  tənəffüsün  tipləri  ayırd  olunur:  südəmər 

uşaqlarda qarın tipli tənəffüs xarakterikdir, 2 yaşdan 8-9 yaşa qədər  qarışıq tip 

(döş  -qarın  tipli)  tənəffüs  müşahidə  edilir.  10    yaşdan  tənəffüsdə  cinsi  fərqlər 

meydana gəlir, oğlanlarda  qarın tipli, qızlarda  döş  tipli  tənəffüsüstünlük təşkil 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə