I uşaq xəSTƏLİKLƏRİ kafedrasi tibb üzrə elmlər doktoru, professor S. M. Qasımova



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix30.05.2018
ölçüsü0,53 Mb.
#46790
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

35 

 

 



Şəkil 5a Plessimetr barmaqların düzgün (a) və qeyri-düzgün (b) vəziyyəti 

 

 

 

 

Şəkil 5b 

 

 

 

 

 

 

 

 



36 

 

LABORATOR VƏ İNSTRUMENTAL MÜAYİNƏLƏR 



 

Rentgenoqrafiya  

 

Pnevmoniyanın  diaqnostikasında  döş  qəfəsinin  rentgenoqrafiyası  “qızıl 



standart” hesab olunur.  

 

Xəstəliyin  ağırlığını  təsdiqləyən  və  antibakterial  terapiyanın  seçilməsinə 



kömək edən aşağıdakı meyarlar qiymətləndirilir:  

 



infiltrasiyanın ölçüləri və yayılması  

 



plevral ekssudatın mövcudluğu  

 



ağciyər parenximasının destruksiyası  

 

Kontrol rentgenoqrafiya  

 

Müalicənin  harada  (xəstəxanada  və  ya  ev  şəraitində)  aparılmasından  asılı 



olmayaraq,  klinik  təzahürlərin  nəzərə  çarpan  müsbət  dinamikası  zamanı  kontrol 

rentgenoqrafiya aparılmasına ehtiyac yoxdur.  

 

Kontrol  rentgenoqrafiyanın  aparılması  fəsadlaşmış  və  ağır  pnevmoniyalar 



zamanı, həmçinin müalicə başladıqdan 4-5 həftə ərzində müsbət nəticə olmadıqda 

məqsədəuyğundur (bax: effektli müalicə meyarları).  

 

 

 



USM və endoskopik müayinə  

 

Şüa  ilə  yüklənmənin  səviyyəsini  azaltmaq  məqsədi  ilə  USM  plevritlər  və 



fəsadlaşmış pnevmoniyalar zamanı tövsiyə edilir.  

 

Endoskopik  müayinə  yad  cisim  və  ya  bronxların  vərəminə  şübhə  olduqda 

özünü doğruldur.  



 

KT  yalnız  şübhəli  hallarda  (aparılan  müalicəyə  cavab  olmadıqda  və  ya 

xəstəliyin  süst,  gizli  və  uzun  müddət  aşkarlanmayan  simptomlarla  müşahidə 

olunan gedişi) differensial diaqnoz məqsədi ilə aparılır.  

 

Laborator müayinə  

 

Pnevmoniya  ehtimal  olunan  bütün  xəstələrdə  periferik  qanın  müayinəsi 



aparılmalıdır.  Neytrofil leykositoz  ≤12·10

9

/l  və  sola  meyllilik  koklarla  törədilmiş 




37 

 

infeksiyanın  yüksək  ehtimalına  işarə  edir,  ≤  30-40·10



9

/l  -  həyatının  ilk  ayında 

xlamidiyalı pnevmoniya ilə xəstələnmiş uşaqlar üçün xarakterikdir.  

Leykopeniya  >3·10



9

/l  və  ya  leykositoz  ≤25·10



9

/l  pnevmoniyanın  gedişində 

proqnostik baxımdan arzuolunmaz əlamətdir.  

EÇS,  CRZ  və  kəskin  fazanın  başqa  zülallarının  konsentrasiyası  pnevmoniya 

(xüsusilə  pnevmokok  ilə  törədilmiş)  zamanı  artmasına  baxmayaraq,  bu 

müayinələrin rutin (bütün pnevmoniyalı xəstələr üçün) qaydada aparılması tövsiyə 

olunmur.  

 

Hematoloji dəyişikliklərin olmaması xəstələrin yarısında müşahidə olunur və 



pnevmoniyanı istisna etmir.  

 

 



USM və endoskopik müayinə  

 

Qanın  biokimyəvi  analizi  hospitalizasiyaya  ehtiyacı  olan  ağır  pnevmoniyalı 



uşaqların standart müayinə metodudur. Təyin olunur:  

 



qara ciyər fermentlərinin aktivliyi  

 



sidik cövhərinin və kreatininin səviyyəsi  

 



elektrolitlərin səviyyəsi  

 



qanın turşu-qələvi müvazinəti  

 

Klinik  hipoksemiya,  taxipnoe  əlamətləri  olan  uşaqlara  və  kiçik  yaşlı  bütün 



uşaqlara  pulsoksimetriya  aparılması  tövsiyə  olunur  (hemoqlobinin  oksigen  ilə 

doyma  dərəcəsinin  faizlə  miqdarının  monitorinqinin  aparılması  üçün  sadə,  qeyri-

invaziv metod).  

 

Müalicəyə tabe olunmayan hallarda və xəstəxanadaxili pnevmoniyalar zamanı 



etioloji diaqnostikanın aparılması tövsiyə olunur. 10-40% hallarda qanın əkilməsi 

müsbət nəticə verir.  

  

 

Alveolyar  asinusların  aktiv  iltihabı  prosesi  zamanı  və  surfaktant  zəifliyi 

fonunda  onlar  asanlıqla  büzüşür  və  eritrositlər  daxili  hava  arasında  qaz 

mübadiləsini mümkünsüz edir

 



38 

 

Anamnestik xüsusiyyətlər  

Tənəffüs sisteminin qazanılmış xəstəliklərinin böyük əksəriyyəti infeksion  və  

allergik    mənşəli    olur.  Lakin  anadan  olduqdan    sonra  respirator  şikayətlər  baş 

verdikdə  ilk  növbədə  tənəffüs  sisteminin  anadangəlmə  patologiyalarını,    birincili  

immundefisiti vəziyyətləri istisna  etmək lazımdır.  

Yaxın  qohumlarda  allergiyanın  olması,  vərəmli  xəstə  ilə  əlaqədə  olma  və 

başqa buna bənzər məlumatlar həkimin fikrini müəyyən axarda getməsinə  imkan 

verir. Genetik patologiyaya şübhə olduqda  ətraflı şəkildəailə anamnezi toplanmalı 

və onlar genetik kartda təsvir edilməlidir. Əvvəlki xəstəliklərin  qiymətləndirilməsi 

bəzən  müəyyən  çətinliklərə  səbəb  olur.  Keçmişdə    aparılan  müalicənin  qeyri-

effektivliyinə  tənqidi  yanaşmaq  lazımdır.  Bakterial  prosesdəantibiotiklərin 

vəyaastmatik  tutmalarda  eufillinin  qeyri-effektiv  olması  preparatın  dozasının 

lazımı  qədər  olmaması    ilə  əlaqəli  ola  bilər,  bəzən  doza  aydınlaşdırıldıqda  vacib 

məlumatlar əldə edilir.  

Yadda  saxlamaq  lazımdır  ki,  bəzən  respirator  şikayətlər  öz  uşaqlarının 

sağlamlıqları  üçün  həddindən  artıq  narahatçılıq  göstərən  valideynlər  tərəfindən  

bildirilir.  Bu  halda  bəzən  fizioloji,  vaxtaşırı  nadir  öskürəklər,  fiziki  yüklənmədən 

sonra təngnəfəslik, yüngül formalı KRVİ epizodları valideynlər tərəfindən xroniki 

proseslərin  olması  kimi  şərh  edilir.  Belə  valideynlər  zəif  qabarıq  Mantu 

reaksiyasını,  bronx-damar  şəklinin  güclənməsini  və  ya  cüzi  sərtləşmiş  tənəffüsü  

böyük  həyəcanla  qəbul edirlər.  

Bəzən  isəuşaqlarında  bronx  astması  olan    valideynlər  bu    barədə  həkimə 

ətraflı  məlumat  verməkdən  çəkinirilər.  Onlar  əvvəlki  diaqnozun  təsdiq 

edilməsindən  qorxurlar.  Ona  görə  də  anamnezi  çox    ətraflı  şəkildə  toplamaq  və 

çoxlu  dolayısı  suallar  vermək  lazımdır  ki,  respirator  epizodların  bronxospazmlar 

ilə  müşayiət  olunduğunu  aydınlaşdırmaq  mümkün  olsun.  Başqa    hallarda  ağır 

xəstəlikləri olan (xüsusilə MSS)  uşaqların valideynləri xəstəlikləri tənəffüs sistemi 

ilə  yanlış  əlaqələndirməyə  meyilli  olurlar.  "Təkrar  pnevnomiyaların"  ağırlığını 

qeyd  edərək,  bu  valideynlər  uşaqda  əsasxəstəliyin  olduğunu  etiraf  etməkdən 

çəkinirlər.  



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə