I uşaq xəSTƏLİKLƏRİ kafedrasi tibb üzrə elmlər doktoru, professor S. M. Qasımova



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix30.05.2018
ölçüsü0,53 Mb.
#46790
1   2   3   4   5   6   7   8   9   ...   21

 

G İ R İ Ş 



 

 

Pediatrin qəbuluna gələn erkən yaşlı uşaqların valideynlərinin hər üçündən ikisi tənəffüs 

üzvlərinin  xəstəliklərindən şikayətlənir. ÜST məlumatlna görə KRX-an dünyada hər il 2,2 mln 

insan  həyatını  itirir,  bunların  ¾  -nü  pnevmoniyalar  təşkil  edir.    Uşaqlarda  tənəffüs  üzvləri 

xəstəlikləri  perinatal  patologiya  və    anadangəlmə  qüsurlardan  sonra  uşaq  ölümü  səbəbləri 

strukturunda  üçüncü  sırada  yer  tutur.  Pnevmoniya  (yunanca-pneumon-ağciyər)  ağciyərlərin 

iltihabı,  sətəlcəmi  olub,  sərbəst  formada  və  ya  digər  xəstəliklərin  fəsadı  kimi  əmələ  gəlir. 

Xəstəliyin daha tez və ağır keçməsinin, tənəffüs çatmamazlığının sürətlə yaranması  bir tərəfdən 

anatomo-fizioloji    xüsusiyyətlərlə,  digər  tərəfdən  uşaq  orqanizminin  ümumi  reaktivliyinin  (ilk 

növbədə immunitetin) zəifliyi ilə bağlıdır. 

 

Pnevmoniya  -  kəskin  infeksion  iltihabi  xəstəlik  olub  əsasən  ağ  ciyərlərin    respirator 



bölməsini əhatə edir, adətən bakterial mənşəli kimi, müxtəlif dərəcəli simptomlarla özünü büruzə 

verir:  


 

orqanizmin  infeksiyaya  cavab  olaraq  ümumi  reaksiyası  (intoksikasiya  əlamətləri-



ümumi vəziyyətin pisləşməsi, iştahanın zəifləməsi, qızdırma və s.)  

 



bir  başa  müayinə  zamanı  ağciyərlərdə  lokal  dəyişikliklə  (ocaqlı  formada  perkutor 

səsin qısalması, tənəffüsün  zəifləməsi, xırıltılar və s.) 

 



rentgenoqramda  infiltrativ  kölgələrlə  (alveolların  polinuklear  neytrofillər  tərkibli 

eksudatla dolduğundan) 

 



öskürəklə 

 



tənəffüs çatmamazlığı ilə (TÇ) (təngnəfəslik, yardımçı əzələlərin tənəffüsdə iştirakı və 

s.) 

Ümid  edirik  ki,  vəsaitin  ilk  səhifəsindən  bu  təhlükəli  xəstəliyin  müxtəlif  aspektlərinə 

diqqəti  cəlb  etməklə,  pediatrların    bu  “qarşıdurmada”  daha  da  ayıq-sayıq  və  məsuliyyətli 

olmasına nail ola biləcəyik.   



Müəlliflər: 

I Müalicə-profilaktika fakültəsinin 

 I Uşaq xəstəlikləri kafedrasının professoru, 

tibb üzrə elmlər doktoru  S.M.QASIMOVA  

 

I Müalicə-profilaktika fakültəsinin 

 I Uşaq xəstəlikləri kafedrasının müdiri, əməkdar  

elm xadimi , tibb elmləri doktoruprofessor N.C.QULİYEV  


 

QISALDILMIŞ TERMİNLƏRİN 



S İ Y A H I S I  

 

DDL   

 

 



-damardaxili laxtalanma 

FQH   

 

 



-funksional qalıq həcmi  

HbO



 

 

 



-oksihemoqlobin 

HİB   

 

 



-Haemopilus influenzae type P  

İL 

 

 

 

-interleykin 



KRX  

 

 

-kəskin respirator xəstəlik 

KT   

 

 



-kompyüter tomoqrafiyası  

KRVİ 

 

 



-kəskin respirator virus  infeksiyası 

QOH  

 

 



-qanın oksigen həcmi  

MSS   

 

 



-mərkəzi sinir sistemi 

PPHN  

 

 



-yenidoğulmuşların persistəedən ağciyər hipertenziyası  

PaCO2↑ 

 

 

-qanda karbon qazının miqdarının artması  

PaO2 

 

 

-qanda oksigenin miqdarının azalması  

 

TS 

 

 



 

-tənəffüslərin sayı 



TPS   

 

 

-tənəffüs pozulması sindromu 

O

2

 

 



 

 

-oksigen 



USM  

 

 



-ultrasəs müayinə 

ÜST   

 

 



-Ümumdünya Səhiyyə Təşkilatı 

V/d   

 

 



-venadaxili 

TÇ   

 

 

-tənəffüs çatmamazlığı 

 

Digər ixtisarlar mətn boyu istifadə ardıcıllığı ilə verilmişdir 


 

TƏNƏFFÜS AKTININ FİZİOLOGİYASI VƏ ÜMUMİ MÜDDƏALAR 



Tənəffüs aktının fiziologiyası  

 

 

 

 

    

 

 

 

 

 

 

 

 

 

 

 

 

     

 

              

 

Şəkil 1. Tənəffüs orqanları 

Aşağı tənəffüs orqanları 

0

20

40

60

80

100

1 кв

2 кв

3 кв

4 кв

Восток

Запад

Север

 

 TƏNƏFFÜS ORQANLARI 



 

Yuxarı tənəffüs 

orqanları

 

 

Burun və ətraf ciblər 



Burun-udlaq 

Udlaq 

Qırtlaq 

Traxeya  

Bronxlar  

Bronxiollar  

Alveollar  


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə