18
Bətndaxili infeksiyaların təsirindən surfaktantın ikincili çatızmazlığını
yaradaraq asanlıqla tənəffüs çatmazlığına və tənginəfəsliyə səbəb olur.
Risk faktorları
Yeni doğulmuşlar, vaxtından əvvəl doğulmuşlar. Onlara xas olan
immunodefisit vəziyyəti, qeyri qənaətbəxş qulluq və qidalanma vəziyyəti
qərqinləşdirir.
Anadangəlmə ürək qüsurları
Xroniki vəziyyətlər (adət edilmiş qida aspirasiyası, muko-vissidoz, bronx-
ağciyər displaziyası və sinir-əzələ patologiyası)
Öncə keçirilən infeksiyalar (xüsusən qızılca və digər hava damcılı uşaq
infeskiyalar)
Ekoloji təsir (istifadə olunan bio yanacaq – odun, peyin, qida hazırlananda
boğunaqlı hava)
Kommunal ağır şərait
Ailənin sosial-iqtisadi səviyyəsinin aşağı olması
Ailədə çox uşaq olması
Uşağın kollektivlərə getməsi
Passiv siqaret çəkməyə məruz qalması
Yoluxma yolları
Bir neçə yoluxma yolları mövcuddur.
1.
Yuxarı tənəffüs yollarında olan virus və bakteriyalar ağ ciyərləri tənəffüs
aktı zaman bir başa yoluxdura bilərlər.
2.
Aeroqen hava damcılı yol - öskürək və asqırma zamanı.
3.
Hematoqen yolla - doğuş zamanı və ya doğuşdan dərhal sonra bətn daxili
yaxud bətndən kənar pnevmoniyaların çoxunda ağ ciyərin qan damarları
zədələnir və qan alveolyar boşluğa və kiçik bronxlara düşür.
19
4.
Bronxoqen yolla - infeksiyaların ağ ciyərlərin tənəffüs bölməsinə daxil
olması.
5.
Limfoqen yolla - ağ ciyər ocağından plevraya.
20
PNEVMONİYANIN ƏSAS PATOGENETİK İSTİQAMƏTLƏRİ,
KLİNİK ƏLAMƏTLƏR
İnfeksiyaların ağ ciyərlərin tənəffüs bölməsinə daxil olması bronxogen yolla
baş verir.
Septiki və xəstəxana daxili pnevmoniyalarda hematogen yolla, limfogen
yolla ağciyər ocağından plevraya
Virus infeksiyasının rolu – yuxarı tənəffüs yolunda selik ifrazını artıraraq
onun bakterisid qabiliyətini azaldır, mukosiliar apparatın işini pozaraq epitelial
hüceyrələri dağıdır, yerli immun müdafiəni zəiflədir və beləliklə bakterial floranın
aşağı tənəffüs yollarına daxil olmasını təmin edir və iltihabın yaranmasına zəmin
yaradır. Ağ ciyərlərin tənəffüs alveolları pnevmoniyada selikli-irikli xarakterli
maye ilə dolur. Bu halda nəinki tənəffüs alveollarının, həmçinin ətrafda olan
üzvlərin və toxumaların, o cumlədən bronxların, iltihabı baş verir.
Ağ ciyərin struktur vahidi asinuslar əsasən kisəciklərdən – alveolalardan
təşkil olunub.
Şəkil 2. Asinus
21
Asinus – Pulmonar asinus (üzüm giləmeyvəsi) ağ ciyərlərin struktur
funksional vahidi olub aşağı tənəffüs yollarının distal hissələridir, ağ ciyər
parenximasının elementidir.
Asinus – terminal bronxiolların davamıdır.
Asinuslardakı qaz qatışığı ilə parenxima damarlarının qanı arasında diffuz qaz
mübadiləsi baş verir.
Bir ağ ciyərdə 150 000 asinus, 300-350 mln. alveol, 280 mlrd. alveol-
kapilyar kombinasiyası mövcuddur. Həmin alveolyar qan kapiyarlar 80 m2 sahədə
qaz mübadiləsini təmin edir.
Alveolun divarları alvelyar və kapilyar epiteldən, iki bazal membrandan,
birləşdirici toxuma elementləri ilə membranarası sahədən ibarətdir. Alveolun
daxili səthi I, II və III tip pnevmonsitlərlə örtülmüşdür. Alveolun boşluğunda daimi
makrofaqlar var. Daxili səthində hava ilə sərhəddə surfanktant qatı var. Surfanktant
–lipid –zülal – karbohidrat kompleksi olub tənəffüs vaxtı səthi dartılmanı təmin
edir. Onun defisiti atelektaz və distress sindromunu yaradır. Alveollar zəngin
kapilyar toru ilə əhatə olunur. İlk 2 yaşa qədər yeni alveollar sürətlə əmələ gəlir, 8
yaşa bu proses tamamlanır. Alveollarda və qanda olan qazların təzyiqinin fərqi
əsasında ağciyərlərdən qaz mübadiləsi baş verir. Qaz mübadiləsində iştirak
etməyən tənəffüs yollarının sahəsi Sunts tərəfindən (1862) ölü, yaxud, faydasız,
zərərli sahə adlanıb. Bu sahə uşaqlarda çoxluq təşkil edir. Buraya aiddir: burun,
ağız boşluğu, udlaq, qırtlaq, traxeya, bronxlar və qaz mübadiləsində iştirak
etməyən bir qism alveollar).
Sağlam insanlarda tənəffüs aktı zamanı hava ilə dolurlar. Pnevmoniya zamanı
alveollar irin və maye ilə dolmuş olur, bu da öz növbəsində tənəffüsü ağrılı edir və
oksiqenin daxil olmasını məhdudlaşdırır.