55
Əlavə tənəffüs küylərinə quru və yaş xırıltılar, krepitasiya və plevranın
sürtünmə küyü aid edilir. Quru xırıltılar bronxların zədələnməsi zamanı baş verir.
Səsin tembri və yüksəkliyinə (tonallıq baxımından daha yüksək) görə fit verən və
vızıldayan (daha aşağı, bas səslər) xırıltılar ayrılır.
Quru xırıltıların əmələ gəlməsinin səbəbi bronx mənfəzinin ödemi, spazmı,
sərt və yapışqanlı seliklə tutulması, eləcədə yapışqan və dartılan selikdən
əmələgələn sapların və atmaların hava keçməsi nəticəsində vibrasiyasıdır. Quru
xırıltılar həm nəfəs verdikdə, həm də nəfəs aldıqda eşidilir, bir qayda olaraq
sərttənəffüs ilə yanaşı olur. Onlar tək-tək və çoxsaylı ola bilərlər, ağ ciyərlərin
bütün səthində və ya lokal eşidilə bilər, bəzən o qədər yüksəkdən olur ki, əsas
tənəffüs küylərini eşidilməz edir və uzaqdan eşidilir. Quru xırıltılar, adətən,
dinamik olur- təkrar dərin nəfəs almalarda və ya öskürdükdə onlar müvəqqəti itə
və ya əsas lokalizasiyalarını dəyişə bilərlər. Obstruktiv zədələnmələr zamanı quru
fitvari xırıltılar istisna təşkil edir, onlar daha stabil olur.
Yaş xırıltıların əmələ gəlməsi bronxların mənfəzində və ya boşluqlarda
maye seliyin toplanması ilə bağlı olur. Hesab edilir ki, tənəffüs zamanı hava
axını belə selikdən keçərək onu köpükləndirir və boşluqda çoxsaylı ani partlayan
qabarcıqlar yaradır. Yaş xırıltılar hər iki tənəffüs fazasında eşidilir, nəfəs verdikdə
daha güclü olur. Onlar daimi olmurlar, öskürdükdən sonra müvəqqəti yox ola
bilər, sonra isə yenidən meydana gəlir. Bronxların kalibrindən asılı olaraq, yaş
xırıltılar kiçik-, orta- və iri qabarcıqlı xırıltılara ayrılır.
Səsinin kəskinliyi və aydınlığı ilə xarakterizə olunan səsli yaş xırıltılar,
sərtləşmiş ağciyər toxumaları ilə bornxlarda vəya sərt divarları olan boşluqlarda
əmələ gəlir. Belə xırıltılar sərt və ya bronxial tənəffüs fonunda yaranır, bir qayda
olaraq lokal eşidilir. Səssiz yaş xırıltılar kütləşmiş səslər kimi qəbul edilir,
dəyişilməz ağciyər toxuması ilə əhatə olunmuş bronxlarda yaranır. Onlar böyük
ağciyər səthində eşidilə bilər, quru və sərt tənəffüs ilə yanaşıola bilər.
Krepitasiya- əlavə küylər olub, nəfəs almada çoxsaylı yaprıxmış alveolların
açılması nəticəsində əmələ gəlir. Nəfəsvermədə alveolların yaprıxma
fenomeninin əsasında surfaktantın əmələ gəlməsinin pozulması və ya
56
alveollarda fibrinoz eksudatın toplanması ilə əlaqədar surfaktant təbəqəsinin
tamlığının pozulması durur. Krepitasiya qulaq yaxınılığında saçlar barmaqlar ilə
sürtüldükdə əmələ gələnxışıltı səslərini xatırladır. Xırıltılardan fərqli olaraq
krepitasiya stabil səsdir (öskürdükdən sonra dəyişmir). O, həm lokalizasiya
edilmiş fenomen ola bilər, həm də yayılmış eşidilə bilər.
Plevranın sürtünmə küyü.Bu əlavə küy plevranın "quru" zədələnməsi
zamanı baş verir. Plevra lövhəciklərinin səthi fibrin təbəqə ilə örtüldükdə, qeyri-
bərabər qalınlaşdıqda və kələ-kötür olduqda meydana gəlir. Tənəffüsün hər
ikifazasında eşidilir, sakit, incə və ya əksinə kobud, güclü ola bilər. Çox zaman
lokal olaraq maksimal tənəffüs ekskursiya yerlərində (döş qəfəsinin aşağı yan
hissələri) və ya paylar arası plevrada eşidilir. Döş qəfəsinin səthində yaranan küy
kimi eşidilir, stetoskop ilə sıxdıqda güclənir. Öskürəkdən sonra plevranın
sürtünmə küyü dəyişmir, "minimal" tənəffüsdə də eşidilməkdə davam edir.
Sonuncunun təyin edilməsi üçün həkim uşağa təklif edir ki, dərindən nəfəs
alsın, əli ilə ağzını və burnunu tutsun, bundan sonra nəfəs vermədə olduğu kimi
diafraqma və ya qabırğasi ilə hərəkət etsin. Bu zaman xırıltı və krepitasiya yox
olur, plevranın sürtünmə küyü isə qalır.
Həmçinin ağciyər toxumalarında yaranan və yuxarı tənəffüs yollarından
ötürülən xırıltıları fərqləndirmək lazımdır. Onları ayırmaq üçün keçirici xırıltıların
başqa əlamətlərindən də istifadə etmək olar: onlar burun və ağız üzərində yaxşı
eşidilir, kürək və döş fəqərələrinin tin çıxıntılarına yaxşı ötürülürlər.
Xırıltılar dinlənildikdə mütləq onların səsi qeyd edilir.
Auskultasiya zamanı bronxofoniya müayinəsi (səsin keçməsi) aparılır, bu
da səs titrəyişinin palpator müayinəsinin analoqu hesab edilir. Eyni zamanda
bronxofoniya bronxial tənəffüsün ekvivalenti hesab edilir, ona paralel olaraq
dəyişir və həmin mahiyyətə malik olur. Bronxofoniya müayinə edildikdə pıçıltılı
nitqdən istifadə edilir. Uşaq tərkibində “Ş” hərfi olan sözləri pıçıltı ilə deyir.
Kiçik uşaqlarağladıqda və ya qışqırdıqda bronxofoniya aparılır. Ön və yan səthlər
müayinə edildikdə bronxofoniya etalonu vidaci oyma üzərində eşidilən səs olur.
Əgər auskultasiyanın istənilən başqa nöqtəsində analoji pıçıltı eşidilirsə, simptom
57
müsbət hesab edilir. Arxa səth müayinə edildikdə etalon səsin eşidilmə yeri I-II
fəqərələr nahiyəsi hesab edilir. Yadda saxlamaq lazımdır ki, kürəklərarası nahiyədə
sağ bronxun proyeksiyasındanormada bronxofoniyanın müsbət simptomu
mümkündür.
Dombrovskiy simptomu- Zirvə nahiyəsində ürək tonları eşidilir, sonra
fonendoskop ürəyin zirvə nahiyəsindən üfüqi xətt üzrə sağ orta qoltuq xəttinin
kəsişməsi nöqtəsinə qədər keçirilir. Sağlam uşaqlarda burada praktiki olaraq
tonlar eşidilmir.Əgər ürək tonları burada da zirvədə olduğu kimi yaxşı eşidilirsə,
simptom müsbət hesab edilir.
Uşaqlarda pnevmoniyanın təsnifatı
Morfoloji formaları :
Ocaqlı pnevmoniyalar 1-2 sm ölçüdə bir yaxud bir neçə infiltrat ocaqları
Ocaqlı birləşmiş –nəhəng bir neçə ocaqların birləşməsində infiltrasiya
Destruktiv proseslər yaxud sinpnevmonik plevritlə fəsadlaşa bilər
Seqmentar –infiltrasiyanın hüdudları seqment sahəsi ilə məhdudlaşır.
Poliseqmentar- bir neçə seqmqnti əhatə edir. Lobar pnevmoniya pnun bir
variantıdır.
Krupoz (lobar) pnevmoniya – mərhələli morfoloji və fizikal dəyişmələr ilə
xarakterizə olunur.
İnterstitial – pnevmoniyanın nadir formasıdır. Ağ ciyərlərin
interstitiyasında dəyişikliklərlə xarakterizə olunur. Daha çox immun xəifliyi
xəstələrdə müşahidə olunur.
Süni –tənəffüs ilə bağlı pnevmoniyalar:
1.
Erkən –ilk 3-4 sutka ərzində inkişaf etmiş.
2.
Gecikmiş- 3-4 gündən sonra
Dostları ilə paylaş: |