58
Aşağıdakı faktorlala əsasən qurulmuşdur:
1.
Morfoloji dəyişiklər
2.
Yoluxma şərtlər
3.
Etiologiya
4.
Gedişi (tipik, atipik), kəskin , uzanılmış (4 həftədən-həftəyə qədər)
5.
Ağırlıq dərəcəsi
6.
Fəsadların olub olmaması
Fəsadlaşmış və fəsadsız
Ağ ciyər fəsadları
Fəsadlaşmış
Ağ ciyərlərdən kənar fəsadlar
Ağ ciyər fəsadları:
Sinpnevmonik plevrit
Metapnevmonik plevrit
Ağciyər destruksiyası
Ağciyər absesi
Ağ ciyərlərdən kənar fəsadlar:
İnfeksion toksiki şok
DDL (damar daxili laxtalanma)
Ürək-damar çatmamazlığı
Respirator disstres
59
ƏLAVƏLƏR
KRX zamanı ilk müayinədə situasiyaya uyğun diaqnostik sxem
Situasiya №1. Obstruksiya yoxdur, temperaturdan asılı olmayaraq aşağıdakı
simptomlar müşahidə olunur:
Tənəffüsün tezləşməsi (bir aya qədər körpələrdə 60, 2-12 ayda -50, 1-4
yaşda bir dəqiqədə 40)
Qabırğa arası əzələlərin gərilməsi
İniltili tənəffüs
Burun dodaq üçbucağının sianozu
Toksikoz əlamətləri (xəstə habitusu, yeməkdən, işməkdən imtina,
yuxulamaq, yüksək temperaturda avazımaq)
Tövsiyyə olunur: Ümumi vəziyyət ağır kimi qiymətləndirilir, pnevmoniyanın
yüksək ehtimalı olduğundan antibiotik təyin edilir, xəstə stasionara göndərilir.
Situasiya №2. Əgər Situasiya №1 sadalanan əlamətlər yoxdursa, ancaq
Üç gündən artıq 38°C temperatur
Pnevmoniyanın lokal fizikal göstəriciləri
assimmetrik xırıltılar varsa
Pnevmoniyanı ehtimal etmək olar, təsdiq yaxud inkar
etmək üçün
Tövsiyyə olunur: Qanın ümumi analizi edilməlidir, rentgenoqrafiyaya
göndərilməlidir. Bunları etmək mümkün olmadıqda antibiotik təyin edilməlidir.
Tənəffüs çatmamazlığı varsa hospitalizasiya edilməlidir.
Situasiya №3. KRX və bronxial obstruksiyalı uşaqlarda
xırıltıların assimmetriyası
iltihab istiqamətli hemoqram olduqda
Tövsiyyə olunur: Pnevmoniyanı təsdiq yaxud inkar etmək üçün
pentenoqrafiya aparılmalıdır, tənəffüs çatışmazlığı olduqda hospitəlizə edilməlidir.
Situasiya 4. Körpədə yuxarıdakı situasiyalarda olan əlamətlər yoxdur, febril
temperatur 1-2 gündən müşahidə olunur.
60
Tövsiyyə olunur: Pnevmoniyasız KRX kimi evdə nəzarətə götürmək.
Qeyd:
Hospitalizasiyaya göstərişlər sırasına yuxarıda deyilənlər
əlavə olaraq mütləq qaydada xəstəlik öncə vəziyyət (premorbid
fon) nəzərə alınmalıdır (hipotrofiya, konstitusiya anomaliyaları,
raxit, anemiya və s.) ailəmin zəif sosial statusu, valideynlərin
psixoloji xüsusiyyətləri.
Ümumdünya səhiyyə təşkilatının (ÜST) qəbul etdiyi proqrama əsasən (1974)
bütün dünyada uşaqlar vərəm, poliomielit, tetanus, difteriya, göyöskürək, qızılca,
parotit, hepatit infeksiyalarına qarşı mütləq peyvənd olunmalıdır.
Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizə işinə
səhiyyənin prioritet sahələrindən biri kimi böyük əhəmiyyət verilir. Son illər
respublika ərazisində keçirilən irimiqyaslı kompleks tədbirlər nəticəsində bəzi
yoluxucu xəstəliklərin tam ləğvinə, digərlərinin isə dinamik şəkildə azalmasına
nail olunmuşdur.
İlk növbədə spesifik profilaktika vasitələri ilə idarə olunan infeksiyalara qarşı
aparılan məqsədyönlü tədbirlər öz müsbət nəticələrini göstərmişdir.
Azərbaycan digər Avropa dövlətləri ilə yanaşı poliomielitdən azad ölkə kimi
sertifikat almışdır.
Peyvəndlər təqvimə uyğun planla aparılir. Azərbaycan Respublikasında qəbul
olunmuş peyvənd təqvimi 20-ci cədvəldə göstərilmişdir. Bu cədvəldə 11
infeksiyaya qarşı peyvəndləşdirməvə təkrar peyvəndləşdirmənin aparılma
müddətləri göstərilmişdir.
Əgər uşaq bir infeksiyaya qarşı peyvənd alıbsa, digər infeksiyaya qarşı 2
aydan tez peyvənd aparmaq olmaz. Hər hansı bir ərazidə xəstələnmənin artması
qeyd edilərsə və ya xüsusi təhlükəli infeksiyanın gətirilmə qorxusu olarsa,
epidemik göstərişlərə görə başqa infeksiyalara qarşı peyvənd aparıla bilər.