22
KLİNİK ƏLAMƏTLƏR
Pnevmoniya – ağ ciyərə təsir edən kəskin respirator infeksiyanın bir
formasıdır, ağ ciyərin iltihabıdır. Pnevmoniyanın klinik əlamətləri uşağın yaşından,
xəstəlik önü fondan, xəstəliyin morfoloji formasından və törədicinin
xüsusiyyətlərindən asılıdır.
Aşağıdakı simptomların müxtəlif dərəcələri ilə özünü biruzə verir:
orqanizmin infeskiyaya ümumi reaksiyası (intoksikasiya əlamətləri – ümumi
vəziyyətin pisləşməsi, qida qəbulunun zəifləməsi, hərarətin yüksəlməsi).
ağ ciyərlərdə lokal dəyişmələr (perkutor səsin qısalması, kütləşməsi,
tənəffüsün zəifləməsi, xırıltılar).
rentenoqramda infiltrativ kölgələr (alveolların eksudatla dolması nəticəsində
(əsasən polinuklear neytrofillərlə dolu).
öskürək.
tənəffüs çatızmazlığı (tənqnəfəslik, köməkçi əzələlərin iştirakı.
Simptomlar və gedişat
Adətən, ocaqlı pnevmoniya qəfildən inkişaf edir. Xəstəlik soyuqdəymədən
sonra başlayır. Öskürək tədricən artır və xəstəliyin başlanğıcından 1-2 həftə sonra
kifayət qədər asanlıqla ayrılan selikli-irinli bəlğəm olur. Viruslu pnevmoniyada
bəlğəm çox vaxt qan tərkibli olur. Xəstəni düzgün olmayan qızdırma narahat edir:
bədən temperaturu 37 - 39 °C arasında dövr edir. Qızdırma zəiflik, tərləmə, üşütmə
ilə müşaiyət olunur.
Xəstəliyin ilk simptomlarında evə həkim çağırmaq və onun nəzarəti altında
müalicəyə başlamaq lazımdır. Əgər güclü müalicə aparılmasa, bu hal bir neçə həftə
və ay davam edə bilər. Viruslu pnevmoniyaların müddəti azdır, lakin gedişatları
xeyli ağırdır və böyük təhlükə mənbəyidirlər. Bakterial pnevmoniyada nadir
hallarda ürək-damar çatışmazlığı ağırlaşmaları olur; viruslu pnevmoniyada bu
ağırlaşmalar adidir. Xəstəliyin ağırlığı ağ ciyərin zədələnmiş hissələrinin sayından
asılıdır.
23
Yenidoğulmuşlarda və erkən yaşlı körpələrdə pnevmoniyanın
xüsusiyyətləri
Pnevmoniya bu qrup uşaqlarda tək ağ ciyərlərin funksiya pozulmaları ilə
muşaiət olunmur. Eyni zamanda sinir sidik ifrazat və həzm sistemi orqanları
tərəfindən ağır pozulmalarla gedir. Daha çox kiçik ocaqlı olur.
Yenidoğulanlarda iltihab prosesi geniş sahəni əhatə edir
Virus pnevmoniya zamanı bronchial epiteliy zədələnərək bakterial
yoluxmaya şərait yardır.
Əzələ sistemi zəifliyi səbəbindən qabırğa arası nahiyyənin tənəffüs hərəkəti
zaman gərilməsi
Hərarət çətinliklə düşür, bronchial ağacın zəngin qandamar təchizatına görə
Burun dodaq üçbucağın göyərməsi və gərilməsi
Ağır fəsadlar təhlükəsi yenidoğulanlarda ilk aşağıdakı əlamətlər əmələ
gəldikdə dərhal aktiv tədbirləri zəruri edir:
Öskürək və yüksək hərarət
Zökəm və bəlğəm ifrazı
Təngnəfəslik və urək sıxmalarının artması
Dəri örtüyünün göyərməsi
Ümumi qan analizində leyykositlərin artması
Birtərəfli iltihabi proses alveolların çox sayına görə (100-150 mln.) letallıqla
nəticələnmiyə bilər, ancaq qaz mübadiləsini pozaraq yenidoğulmuşların qanında
karbon qazının miqdarını artıraraq baş beyin fəaliyyətinin pozulması ilə
səciyələnir.
Vaxtından əvvəl ağ ciyər toxumasının zəif və inkişafsız olması onlara dərhal
intensiv terapiya, yaxud süni ventilyasiya ehtiyacı olur.
Kliniki əlamətlər
Qeyd etmək lazımdır ki, 15-25% xəstə uşaqlarda fizikal simptomlar və
öskürək olmaya da bilər.
24
ÜST-nin tövsiyələrinə görə pnevmoniya üçün səciyyəvi əlamətlər aşağıdakılardır:
Bədən hərarəti >380С, 3 gün və daha çox müddət ərzində
Təngnəfəslik. TS dəqiqədə:
0-2 ay uşaqlarda 60 və daha çox
2-12 aylıq uşaqlarda 50 və daha çox
12 ay-5 yaşlı uşaqlarda 40 və daha çox
5 yaşdan böyük uşaqlarda 28 və daha çox
5 yaşadək uşaqlarda döş qəfəsinin dartılması ağır pnevmoniyanın əlamətidir.
Tənəffüsün sayını müəyyən etmək üçün müşahidə tam 1 dəqiqə ərzində
aparılmalıdır. Uşaq sakit halda olmalıdır (qidalandırılmamalıdır və ağlamamalıdır).
2 ayadək uşaqlarda birinci dəfə saydıqdan sonra tənəffüs tezləşmiş kimi
qiymətləndirilirsə, ikinci dəfə tam bir dəqiqə sayılır və ikinci sayılmanın nəticəsinə
əsaslanaraq tezləşmiş tənəffüsün olması barədə qərar qəbul olunur.
Bronxial obstruksiyanın mövcudluğu (fitverici tənəffüs) böyük ehtimalla
tipik,
xəstəxanadankənar
qazanılmış pnevmoniyanı istisna edir. Belə
pnevmoniyalar yüksək hərarət, titrəmə, döş qəfəsində ağrı, bəlğəmli öskürəklə
səciyyələnir.
Аtipik pnevmoniyalar çox saylı xırda köpüklü yaş xırıltılar, adətən
asimmetrik, pnevmonik fokusun üzərində artan ikitərəfli krepitasiya ilə fərqlənir.
Bir neçə gün və ya həftə ərzində tədricən artan əlamətlər, baş ağrısı, halsızlıq,
süstlük kimi simptomlar üstünlük təşkil edir. Öskürək quru olur. Adətən atipik
pnevmoniyalar üçün toksikoz xarakterik deyil. Hərarət mikoplazmoz zamanı
yüksək olur, xlamidioz zamanı isə 1-6 aylıq körpələrdə olmur.
М. Pneumonia tərəfindən törədilən atipik pnevmoniyalar əksər hallarda çox
saylı xırdaköpüklü assimetrik xırıltılarla müşahidə olunan yayılmış bronxitlə
yanaşı gedir və bu hal diaqnostik əhəmiyyət daşıyır.
Dostları ilə paylaş: |