15
Səthi tənəffüs – döş qəfəsinin kifayət qədər ekskursiya etməməsi, zəif
tənəffüs hərəkətləri.
Hərəki fəallığın azalması – spesifik əlamət olmasa da (MSS-nin
zədələnmələrində, sepsisdə də ola bilər), TPS-yə dair digər əlamətlərlə yanaşı ona
da fikir vermək lazımdır.
Apnoe – tənəffüsün 20 saniyədən çox dayanmasıdır və bradikardiya və
sianozla müşayiət olunur.
mərkəzi apnoe – döş qəfəsində hərəkət qeyd olunmur, hava axını yoxdur
obstruktiv apnoe – döş qəfəsində aktivlik saxlanılır, hava axını yoxdur
Əgər körpədə yuxarıda göstərilən əlamətlərdən ikisi və ya daha artıq qeyd
olunarsa, bu tənəffüs çatışmazlığını göstərir.
Pnevmoniyanın qarşısını peyvəndlər vasitəsi ilə, adekvat qidalanma və ekoloji
təsirlərin aradan qaldırılması yolu ilə almaq mümkündür.
Müasir zamanda əvvələr olduğu kimi antibiotiklərlə müalicə etmək olar.
16
PNEVMONİYANIN ETİOLOGİYASI,
İNKİŞAFINA SƏBƏB OLAN RİSK FAKTORLARI
Pnevmoniyanın etiologiyası patogenetik formalarından asılı olaraq dəyişir.
Beləki,
xəstəxanadan kənar pnevmoniyalar (ev, küçə) əsasən endogen burun,
udlaq bakterial florasının aktivləşməsi nəticəsində əmələ gəlir. Ekzogen yoluxma
da istisna edilmir. Aspirasion pnevmoniyaların daha çox ehtimal edən törədiciləri
anaeroblardır. Nozokomial pnevmoniyaların (xəstəxana daxili) pnevmoniya
törədiciləri şöbədə yayılmış antibiotiklərə davamlı ştamlarla təsdiqlənir.
Nozokomial pnevmoniyalar stasionarda olduğu 48 saat ərzində, yaxud
aşkarlanır, erkəın (4 sutka) və gecikmiş (4 sutkadan artıq) olur.
Klinik müşahisələr təsdiqləyir ki, klinik sağlam uşaqların 10-20%
pnevmokokkların, 3-7% hemotil çöplərin, mikoplazmaların, xlamidiyaların, 20-
45% müxtəlif tipli staphilokokların tranzitor daşıyıcılarıdırlar. KRVİ, soyuqlama
yaxud müxtəlif stress faktorların təsirindən sadalanan flora “aktivləşərək”
pnevmoniyanın inkişafına gətirə bilər.
Həkimin praktik fəaliyyətində pnevmoniyanım konkret etiologiyasının təyini
xeyli çətinliklərlə üzləşir. Pnevmoniya kəskin xəstəlik olduğundan bir çox hallarda
evdə müalicə olunur və nəticədə mikrobioloji müayinə üçün materialın
köçürülməsi texniki çətinliklərlə rastlaşır.
70-80% ev pevminyaları Streptococues pneumonia tərəfindən törədilir.
İkinci sırada Haemoplilus influenzoe (10-15% xəstələrdə) yerləşir. Bəzən
bu törədicilərin birgə pnevmokokko-hemafil etiologiyası aşkarlanır.
10-12% xəstələrdə Mikoplazma pnevmonia, Clamidia pneumonia yaxud
Chlamidia psitaci.
İlk aylı körpələrdə afjebril lakin davamlı öskürəklə müşahisə olunan
pnevmoniyaların törədicisi Chlamidia trachomatis
Erkən yaşlı uşaqların aspirasion pnevmoniyaları (qastroezafaqal reflüksla
izah olunan qusma və qaytarmalar nəticəsidə) qrammaənfi flora (E.coli və
s.) tərəfindən törədilir.
17
Staphilokoklar pnevmoniyanın etiologiyasında mövqelərini xeyli
itirmişdirş
Ağır pnevmoniyalar bir qayda olaraq qarışıq -qarışıq flora –bakteriya
bakteriya, virus bakteriya, virus –mikoplazma assosiasiyaları ilə törədilir.
Virus
pnevmoniyaları
nadir xəstəlik olub qrip (hemorragik
pnevmoniyalar) adeno virus və RS virus mənşəli olur. Virus
pnevmoniyanın diaqnozu rentgenoqramda dəqiq konturu olmayan
pnevmonin kölgələrin tez itən seqmentar kölgələrin əsasında, bakterial
pnevmoniyalı xarakteri olan hemoqramda dəyişiklərin olmaması,
antibiotiklərin effektsiz olması.
Yaş qrupundan asılı olaraq
Endoqen bakterial floranın aktivləşməsi
Ekzoqen yoluxma
Pnevmokokklar,
pnevmositlər,
Streplococcus
pnevmonia,
Klebsiela
pnevmoniae, influenza pnevmoniae tip B, mikoplaxma, xlamidiya E.coli,
bakteriya-bakterya, bakteriya-virus, virus mikoplaxma assosiasiyası, rinoviruslar,
respirator sintial Virus, qrip və paraqrip virusları, adenoviruslar, əksər hallarda
bakterial torədicilərlə bərabər.
Yeni doğulmuşlarda pnevmoniyanın törədiciləri müxtəlifdir, bir sıra
faktorlardan asılıdır, əsasən yaşla əlaqəli fərqlənir.
Streptococus pnevmoniya – uşaqlarda geniş yayılmış səbəbkardır.
Haemopilus influenzae type P (HİB) – ikinci sırada durur.
Respirator
sinutial virus, qrip, paraqrip (xüsusən yenidoğulmuşlarda)
Pnevmosistlər
Yenidoğulanlarda bakterinal törədicilərin bir başa bronxial ağara daxil
olmasından (burada ümumi immunodefisitlə yanaşı yerli müdafiə güvvələrin
zəif yetərli olmaması qeyd olunmalıdır).
Surfaktantın
birincili defekti (alveolyar membrananın elastikliyi və karkasını
təmin edən bioaktiv maddə)