2
39
• II fəsil •
Kompüter
•
Diskin təmizlənməsi proqramını ən azı ayda bir dəfə
çalışdırmaq məsləhətdir. Disk Cleanup dialoq pəncərə-
sinin More Options səhifəsində sistemin istifadə olun-
mayan komponentlərinin axtarılması üçün nəzərdə tutul-
muş bir neçə parametr tapa bilərsiniz.
Kompüterinizdə nə vaxtsa quraşdırdığınız proqramlar bir müddətdən sonra lazım
olmaya bilər və siz onları diskdən uzaqlaşdırmaq istəyərsiniz.
Quraşdırılmış proqramların uzaqlaşdırılması
1. Disk Cleanup proqramını başladın.
2. More Options səhifəsinə keçin.
3. Programs and Features bölümündə Clean up düyməsini çıqqıldadın.
Kompüterinizdə quraşdırılmış proqramların siyahısı açılacaq.
4. Silmək istədiyiniz proqramın adını çıqqıldadın. Proqramın adı seçdiriləcək, onun
altında isə təsviri çıxacaq.
5. Gərəkli olan proqramı seçdirdikdən sonra Uninstall/Change düyməsini
çıqqıldadın. Ekrana silinmə əməliyyatının təsdiq olunması xəbərdarlığı çıxacaq.
6. Seçilmiş proqramı həqiqətən sistemdən
silmək istəyirsinizsə OK, əks halda Cancel
düyməsini çıqqıldadın.
F ә a l i y y ә t
2
Təyinatını dəqiq bilmədiyiniz proqramlara toxunmayın!
Diqqәt !!!
•
Disk Cleanup
•
Task Manager
S ö z l ü k
LAYİHƏ
40
Bəzən işlədiyiniz proqram "donur". Ora-bura çıqqıldatmağınız və klaviaturanın
müxtəlif klavişlərini basmağınız da heç bir nəticə vermir. Doğrudur, əməliyyat sis-
temi özü problemi tapıb aradan qaldırmağa cəhd edir.
Ancaq sizin gözləməyə vaxtınız yoxdursa,
Task Manager adlı xidməti proqra-
mın köməyilə özünüz “asılıb qalmış” proqramın işini sona çatdıra bilərsiniz. Bu
üsulla vaxtınıza qənaət etsəniz də, nəzərə alın ki, yadda saxlanılmamış bütün veri-
lənlər itəcək. Əgər üzərində işlədiyiniz sənəd sizin üçün çox vacibdirsə və onun sax-
lanmasını istəyirsinizsə, bir neçə dəqiqə gözləyin və əməliyyat sisteminə problemi
həll etməyə imkan verin.
"Asılıb qalmış" proqramın işinin dayandırılması
1. Tapşırıqlar zolağının kontekst menyusunu açın. Bunun üçün zolağın üzərində
siçanın sağ düyməsini çıqqıldadın. Menyudan Start Task Manager bəndini seçin
(yaxud
klavişlər kombinasiyasını basın). Uyğun pəncərə
açılacaq.
2. Applications səhifəsinə keçin. Burada hazırda işlək vəziyyətdə olan proqramların
siyahısı əks olunur. Proqramların durumuna (statusuna) diqqət yetirin. Hazırda
çalışan proqramların statusu "Running" ("İşləyir"), "asılıb qalmış" proqramların
statusu isə "Not responding" ("Cavab vermir") olur.
3. Paint proqramını başladın və Applications səhifəsindəki dəyişiklikləri izləyin.
4. Siyahıda Paint proqramının adı olan sətri seçin və End Task düyməsini
çıqqıldadın.
Paint proqramı icrası dayandırılacaq və onun adı siyahıdan silinəcək.
•
Nәzәrә alın ki, bu әmәliyyat, adәtәn, "asılıb qalmış" proqramlar üzәrindә aparılır.
F ә a l i y y ә t
3
LAYİHƏ
42
1. Kompüterin əsas xarakteristikalarını sadalayın. Kompüterinizin
parametrlərini necə öyrənə bilərsiniz?
2. Windows əməliyyat sistemində idarəetmə panelinin hansı rolu var?
İdarəetmə paneli olmayan kompüter ola bilərmi? Cavabınızı izah edin.
3. Diskdə müəyyən həcmə malik ən kiçik yaddaş bloku necə adlanır?
4. Sərt diskə həcmləri 305 Kb, 604 Kb və 2340 Kb olan üç fayl yazılıb. Hansı
faylların ölçüsü ilə diskdə tutduğu yer eyni olacaq?
5. Task Manager proqramı nə üçündür?
6. Evinizdə
kompüter varsa, onun disklərindən birinin fraqmentləmə təhlilini
aparın.
Diskin tam həcmini, boş sahənin həcmini və boş yerin faizini,
klasterin ölçüsünü müəyyən edin.
7. Hansı mülahizələr yalandır?
a) Prosessorun takt tezliyi herslə ölçülür.
b) Keş-yaddaş kompüterin sərt diskində yerləşir.
c) Operativ yaddaşın həcmi sərt diskin yaddaşından çoxdur.
d) Xidməti proqramlar kompüterin sistem proqramlarına aiddir.
e) Task Manager proqramı vasitəsilə proqramın işini dayandırmaq olar.
f) ScanDisk proqramı kompüteri lazımsız fayllardan təmizləyir.
8. İki kompüterin parametrlərini müqayisə edin. Hansı
kompüterin
parametrləri daha yaxşıdır? Cavabınızı izah edin.
Notebook X1/1920×1080/Intel® Core™ i7/2.5 GHz /RAM 16Gb/ HDD 256
Gb/Veb-kamera 1.3 Мpiksel/Windows 8.1 (64-bit)/25.4×38.1×3.3 sm/2.7 kq
Notebook X2/1366×768/Intel® Celeron®/2.16 GHz/ RAM 4Gb/HDD
1500Gb/Veb-kamera 0.3 Mpiksel/Windows 8.1 (64-bit)/38.1×25.9×2.54
sm/2.6 kq
ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR
LAYİHƏ