100
İ
NFORMASİYANIN ÖTÜRÜLMƏSİ
Aşağıdakı şəkillərin tarix baxımından ardıcıllığını müəyyən edin. Onların əsasında in-
formasiyanın ötürülmə üsullarını təsvir edin.
Nәticәni müzakirә edәk:
- Bu vasitələrin hər biri ilə hansı növ informasiya ötürülür?
- Sizcə, informasiyanın ötürülməsinin daha hansı üsulları cəmiyyətin inkişafında
böyük əhəmiyyəti olmuşdur?
İnsan cəmiyyətində informasiya mübadiləsi olmasa idi, ümumiyyətlə, cəmiyyət
inkişaf etməzdi. Toplanmış informasiyaların, əldə olunmuş biliklərin insanlar
arasında yayılması, bir nəsildən başqa nəslə ötürülməsi bəşəriyyətin inkişafının
başlıca amili olmuşdur.
İnformasiyanın ötürülməsi ilə bağlı istənilən prosesi aşağıdakı çox sadə sxemlə
göstərmək olar.
İnformasiya
mənbəyi
Rabitə kanalı
İnformasiya
qəbuledicisi
F ә a l i y y ә t
22
Adi və mobil telefonlarla danışıq zamanı informasiyanın keçdiyi yolu necə
təsəvvür edirsiniz?
İnternet vasitəsilə informasiya necə ötürülür?
LAYİHƏ
5
101
• V fəsil •
İnformasiya texnologiyaları
•
İnformasiya mәnbәyindәn çıxan informasiya
rabitә kanalından keçərək
informasiya qәbuledicisinә çatır. Bu sxemdəki üç hissənin
hər birinin öz xassələri,
başqa sözlə, parametrləri var və ötürülmənin keyfiyyəti bu parametrlərdən asılı olur.
İnformasiyanın ötürülməsinin yuxarıda göstərilən sxemi sadələşdirilmiş sxemdir.
Əslində isə həmin proses aşağıdakı şəkildə baş verir.
İnformasiya mənbəyi canlı varlıq, yaxud texniki qurğu (məsələn, kompüter) ola
bilər. İnformasiya oradan
kodlaşdırıcı qurğuya (məsələn, modemə) daxil olur. Bu
qurğu ona daxil olan informasiyanı ötürmək üçün əlverişli formaya çevirir. Rabitə
kanalından (məsələn, telefon xəttindən) keçən informasiya
dekodlaşdırıcı qurğuya
(məsələn, modemə) düşür ki, bu qurğu kodlaşdırılmış məlumatı qəbuledicinin başa
düşdüyü formaya çevirir.
Verilənləri bir kompüterdən başqasına ötürmək üçün həmin verilənləri daşıyan
müəyyən növ aralıq bağlayıcıya ehtiyac var. Bu bağlayıcı
rabitә kanalı adlanır. Belə
kanala nümunə kimi bu gün həyatımızda mühüm rol oynayan telefon şəbəkəsini gös-
tərmək olar. Telefon sistemi dünyadakı bütün telefon şəbəkələrinin – yerli, uzaqmə-
safəli, mobil və peyk rabitəsi şəbəkələrinin toplusudur. Telefon şəbəkəsi səs rabitəsi
üçün nəzərdə tutulsa da, indi ondan verilənlərin (faks, e-poçt, canlı audio və video)
ötürülməsi məqsədi ilə də istifadə olunur.
Verilənləri kanal vasitəsilə göndərmək üçün istər fiziki, istərsə də simsiz rabitə
vasitələri lazım olur.
Fiziki vasitәlәr. Verilənləri daşımaq üçün fiziki vasitələrin bir neçə növü var:
•
Sarınmış cütlük kabeli. Telefon sistemlərinin əksəriyyətində istifadə olunan bu
kabel çox ucuzdur. Bu kabel bir-birinə sarınmış iki ayrıca izolyasiya olunmuş na-
qildən ibarətdir. Naqillərdən biri siqnalı daşıyır, o biri naqil isə yerlə əlaqələn-
dirilir. Yerlə əlaqələndirilmiş (ucu torpağa bağ-
lanmış) naqil radiomaneələri “udur” və bu-
nunla da o biri naqillə ötürülən siqnalı qoruyur.
•
Koaksial kabel. Əsasən televiziya sənayesində
istifadə olunan bu növ kabellər kompüter şəbə-
kələrində də geniş yayılıb. Koaksial kabel iki
naqildən: silindrik formalı ekrandan və onun
içərisində izolə edilmiş mərkəzi teldən ibarət
olur. Bu izolyasiyaya görə koaksial kabeldən
İnformasiya
mənbəyi
Kodlaşdırıcı
qurğu
Rabitə kanalı
Dekodlaşdırıcı
qurğu
İnformasiya
qəbuledicisi
•
Fiziki vasitələr
•
Simsiz vasitələr
•
Sarınmış cütlük kabeli
•
Koaksial kabel
•
Fiber-optik kabel
•
Radiosiqnallar
•
Mikrodalğalar
•
Peyk rabitəsi vasitələri
S ö z l ü k
LAYİHƏ