İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə54/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   50   51   52   53   54   55   56   57   ...   160

 

163


Əlqərəz, sonra məlum oldu ki, hakimə yalnız iyirmi baş at-qatır lazım imiş. Bu qədər vur-tut, 

hay-küy, ticarətin pozulması və xalqın zərərə düşməsi onun üçün imiş ki, hökumət fərraşları 

yoxsul çarvadarlardan iki yüz tüməndən artıq mədaxil ələ gətirsinlər. Bununla belə, vilayətin heç 

bir taciri ağzını açıb bir demədi ki, axı belə zülm olmaz. Sanki, pənah allaha, onlar bu qədər 

zülmü çəkmək və ona dözmək üçün yaranmışlar. 

 

  



 

Qorxusundan qaçıb gizlənmiş çarvadarımızın on dördüncü gün baş-qulağı göründü. Yük-

yapımızı bağlayıb yola düşdük. Yolda Yusif əmi məndən soruşdu: 

 

  



 

"Misirdə təbrizli Əhməd əfəndinin nəql etdiyi hadisə yadındadırmı?" 

 

  

 



"Hansı hadisə?" -- deyə soruşdum. 

 

  



 

Dedi: 


 

  

 



"Əhməd əfəndi nəql eləyirdi ki, günlərin birində Tehranda bir mirpənc xəstələnir. Gecə yarısı öz 

nökərini şəhərin məşhur həkimlərindən birinin yanına göndərir ki, gəlib xanı müalicə eləsin. 

Yazıq həkim isti yatağından durub xəstələnmiş xanın yanına gəlir. Onu müayinə edir, dərman 

yazandan sonra çıxıb evinə qayıtmaq istəyir. Xanın fərraşı qapıda həkimin yaxasından tutub 

qulluq pulu tələb eləyir. Həkim deyir: "Əzizim, mən gecənin bu vaxtında evimdən durub buraya 

gəldim, sənin ağanı müalicə elədim, mənə zəhmət haqqı babətindən bir şey vermədi ki, mən də 

sənə bir pul verim". Fərraş deyir: "Hədər danışma, mən sənin atanın nökəri deyiləm. Gərək 

mənim qulluq haqqımı verəsən". Həkim əlacsız qalıb xanın yanına qayıdır. Ona deyir: "Mirpənc 

cənabları, fərraş məndən qulluq pulu istəyir. Mən ki, sizdən bir şey almadım". Mirpənc deyir: 

"Həkimbaşı, bu köpək uşaqları fərraşdırlar, belə sözlər qulaqlarına girməz. Get, azdan-çoxdan bir 

şey ver, razı sal!" 

 

  



 

Siz o vaxt yazıq Əhməd əfəndiyə ağır sözlər deyib, onu qeyrətsiz adlandırdınız. İndi məlum oldu 

ki, o kişi doğru deyirmiş, bu gün öz gözünüzlə gördünüz ki, haman bəhanə ilə özünüzdən qulluq 

haqqı istədilər." 

 

  

 



Dedim: 

 

  



 

"Yusif əmi, daha danışma, sən allah, danışma, mənimki mənə bəsdir." 

 

  



 

164


 

  

 



  

 

  



 

ƏRDƏBİL SƏYAHƏTİNİN İCMALI 

 

  

 



  

 

Bu vilayətdə əhalinin başı mollabazlığa qarışıbdır. Hər dükanda, hər evdə söhbət filan 



müctəhiddən, filan şeyxülislamdan və ya pişnəmazdan gedir. Bəziləri də camışların 

döyüşdürülməsi haqqında söhbətlərlə günlərini keçirirlər. Biri deyir: "Ağanın camışı ona görə 

basıldı ki, kəllə vuranda gün üzünə düşürdü". Söhbətlər bu minvaldadır. Dünya və axirətdən 

tamamilə xəbərsizdirlər. Ümumi sərvəti artırmağın xeyrindən, təsərrüfat elmi və 

vətənpərvərlikdən büsbütün qafildirlər. 

 

Ölmüşlər, amma diridirlər. Diridirlər, amma ölmüşlər. 



 

  

 



Çarvadar, Yusif əmi, bir də mən hərə bir atın üstündə Marağaya tərəf gedirdik. Hava çox soyuq 

idi. Gün batana yaxın Nir kəndinə çatdıq. Bu kənd Sayın gədiyinin şimal tərəfində vaqe olubdur. 

Yavaş-yavaş qar yağırdı. Kənd evlərindən birinin qapısını döyüb yer istədik. Bizə tövlənin 

səkisini göstərdilər. Dedim: 

 

  

 



"Burada mal-heyvanla bir yerdə yatmaq çətindir. Bizə bir otaq verin, neçə istəsəniz kirə haqqı 

verərik." 

 

  

 



Ev sahibi dedi: 

 

  



 

"Bundan başqa yerimiz yoxdur." 

 

  

 



Çarəsiz qalıb orada düşdük. Çarvadar aftafada bir az su qaynadıb çay dəmlədi, içdik. Bir toyuq 

bişirib şam elədik. Səhərəcən qar yağdı. Hündürlüyü yarım arşından artıq oldu. Misirdə qar üzü 

görmədiyimə görə çox təəccübləndim. Bütün yollar bağlandı. O günü də qaldıq. Gecə xəbər 

gətirdilər ki, gədiyin başında karvan qarın çoxluğundan yol gedə bilməyib, yüklərini töküb 

qayıdıb. Karvanla gedənlərdən iki nəfəri on-iyirmi baş heyvanla qar altında qalıb ölmüşlər. 

 

  



 


 

165


Xülasə, havanın açılması ümidi ilə tam on dörd gün tövlənin səkisində mal-heyvanla həmmənzil 

idik. Bu müddətdə nə dərəcədə darıxdığımız haqqında bir söz demək iqtidarında deyiləm. Bizim 

nələr çəkdiyimizi hörmətli oxucular özləri təsəvvür edə bilərlər. Çünki ömründə qar-çovğun 

görməmiş, həmişə gəmilərin və qatarların birinci dərəcəli yerlərində müsafirət eləyib, mədəni 

ölkələrin ən yaxşı mehmanxanalarında mənzil tutmuş bir adamın çarəsizlik üzündən on dörd gün 

belə bir yerdə mal-heyvanla qalmasının nə qədər cansıxıcı olması hamıya bəllidir. Əgər Ərdəbil 

ilə Marağa arasında dəmir yolu olsa idi, bu məsafəni altı-yeddi saata rahatlıq və asudəliklə 

keçmək olardı. Amma, təəssüflər olsun ki, belə bir yol yoxdur və olmayacaq. 

 

  

 



Əlqərəz, on dörd gün heyvanlarla həmsöhbət olduqdan sonra o tərəfdən karvan gəlib çatdı, yolun 

açıldığını, gədikdən keçməyin mümkün olduğunu xəbər verdilər. Dayanmadan atları minib yola 

düşdük. Gədiyin ağzına çatdıq. Onun dərə-təpəsindən keçənə kimi çəkdiyimiz məşəqqəti 

danışmaqla qurtaran deyil. 

 

  

 



Biçarə iranlılar müsafirətin bu kimi çətinliklərinə adət eləyiblər. Xarici millətlərdən hər kəsin bu 

tərəflərə yolu düşsə iranlıların canının bərkliyinə və dözümlülüyünə, dövlət başçılarının isə hər 

şeydən qafil olmalarına məəttəl qalar. Məlum olduğu kimi, hal-hazırda yer üzünün hər bir 

nöqtəsində dəmir  yollar çəkilmişdir. Hətta Həbəş və Sudan zənciləri, Afrika vəhşiləri də ondan 

istifadə edirlər. Bu nemətdən yalnız bədbəxt iranlılar məhrum qalmışlar. Tutaq ki, nə dövlətin, nə 

də millətin belə bir işi görməyə gücü çatmır. Bəs nə üçün    başqa qərəzsiz kompanilərə tapşırmır 

və allah bəndələrini bu qədər çətin yolların məşəqqətindən xilas etmirlər? Nə üçün gərək hər il 

bu yollarda vətən övladının bir neçəsinin canı hədər getsin? Vallah, demək olar ki, bu gün 

dunyanın heç bir yerində millətin yoxsul təbəqəsinin həyatına İrandakı kimi    xor baxılmır. Elə 

hey deyirlər ki, dünən filan dağın başında, ya filan dərənin təkində karvan qar altında qalıb, 

onlardan on nəfəri öldü, iyirmi heyvan tələf oldu. Daha bunu hesaba almırlar ki, o on nəfərin hər 

birinin beş-altı baş külfəti var. Onların halına arvad-uşaqlarından başqa heç kəsin ürəyi yanmır. 

At-qatırın tələf olması da ölkənin sərvətinin azalmasına səbəb olur. İndi təsəvvür etmək lazımdır 

ki, bu qarın yağması və yolların bağlanması tamamilə gözlənilməz idi. Çünki hələ qış 

gəlməmişdi. Buna baxmayaraq, bizi on dörd gün məəttəl elədi. Qış fəslindəki müsafirətin nə 

dərəcədə çətin olmasını elə buradan təsəvvür etmək olar. Pənah allaha! 

 

  

 



Xülasə, min zəhmət və məşəqqətlə altı saatdan sonra özümüzü Sayın gədiyinin başına çatdırdıq. 

Beş saat da üzüaşağı gah piyada, gah da at üstündə yol gəldikdən sonra mənzilə yetişdik. Bu 

mənzil Sarab qəsəbəsinin kəndlərindən biridir. Sarabın çox mötəbər və münbit kəndləri var. 

Ancaq bizim olduğumuz mənzilin havası çox pis idi. Azca dincəldikdən sonra yola düşdük. 

Üçüncü gün Sarıqaya adlı mənzilə çatdıq. Çarvadar dedi: 

 

  



 

"Bura Marağa gömrüyünün yol nəzarətçilərinin yaşayış məntəqəsidir. Gərək burada atlar 

yemlənsin. Özümüz də bir-iki saat dincəlib, sonra yola düşməliyik." 

 

  



 

Bir su kənarında düşüb oturduq. Yaxınlıqdakı daxmadan üç nəfər çıxıb bizə tərəf gəldi. Salam 

verib əyləşdilər. Məlum oldu ki, bunlar yol nəzarətçiləridir. Az keçməmiş Marağa tərəfindən də 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə