İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə51/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   47   48   49   50   51   52   53   54   ...   160

 

153


 

Dedim: 


 

  

 



“Əmican, bədənim yaman çirkdir, özüm də yorğunam. İstəyirəm dalandara deyəm, bəlkə məni 

öz evinə aparsın, su qızdırsın çiməm. Siz gedin, mən bir az yatıb yorğunluğumu almaq 

istəyirəm.” 

 

  



 

Yusif əmi getdi. Mən də yatdım. Bir saatdan sonra yuxudan oyandım. Arzumu dalandara dedim. 

Dedi: 

 

  



 

“Burada hamamların xəznəsinin suyunu ayda bir dəfə dəyişirlər. Mənim qardaşım bir hamam 

icarə eləyib işlədir. Sabah onun hamamının suyunu dəyişəcəklər. Hələ heç kəs hamama 

girməmiş mən sizi apararam canasinərliklə çimərsiniz.” 

 

  

 



Çox sevindim, canına dua elədim. Sabahı gün dalandar öz vədini yerinə yetirdi. Hamamdan 

sonra karvansara hamballarından birini bələdçi götürüb, yüksək məqamlı seyidin -- Şeyx 

Səfiəddinin qəbrini ziyarət etməyə getdik. Kəmali-təvazö və sidq ürəklə o pak türbəyə varid 

olduq. O uca dərgahın xadimlərindən biri bizi şeyx həzrətlərinin qəbri üstə apardı. Ziyarətnamə 

oxuyub fatihə göndərdik. Sonra cənnətməkan Şah İsmayılın qəbri üstə getdik. Orada da fatihə 

oxuduq. Bu əsnada milli və məzhəbi tariximizin səhifələrini zinətləndirən o pak irqli padşahın 

yüksək hümməti nəzərimdə canlandı. Onu indiki vəziyyətlə müqayisə etdikdə məni ixtiyarsız 

ağlamaq tutdu. Dedim: -- "Ey pak türbənə qurban olduğum! Sən on üç yaşında ikən bu dövlətin 

və bu müqəddəs məzhəbin əsasını möhkəmləndirdin. Qeyrətinə qurban, indi başını torpaqdan 

qaldır, gör sənin fərsiz xələflərin o mətin məzhəbi və dövləti nə dərəcədə xar eləyib hörmətdən 

salmışlar. Şiə ruhanilərindən təkcə quru ad qalıbdır. Hamısı var-dövlət, rəyasət, məqam ələ 

keçirmək fikrindədirlər. Bir nəfər belə peyğəmbərin şəriətini yaymaq fikrində    deyil. Onların 

əsas fikir-xəyalları müridlərinin sayını artırmaq, haqlı-haqsız hökumət işlərinə müdaxilə 

etməkdən ibarətdir. Onların heç biri sənin ehya etdiyin pak məzhəbin rövnəqi və əzəmətini 

artırmaq haqqında düşünmür. Əsas məqsədləri budur ki, nə yolla olur-olsun, hər şeydən əvvəl, 

beş-altı para abad, məhsuldar kənd ələ keçirsinlər. Sonra asudəliklə atlarını hər tərəfə çapsınlar. 

Bir dava üçün ariz-məruzun əlinə bir-birinə zidd hökmlər verir, öz evlərini tikmək üçün hər 

ikisinin evini yıxırlar. Beləliklə, onlar pak şəriətin dəyişilməz hökmlərini də təhrif edib, öz 

mənfəətlərini təmin etmək üçün bir  vasitəyə çevirirlər. Müsəlmanların vəziyyətini 

yaxşılaşdırmaq əvəzinə onları daha da pis günə salırlar ki, bununla da "alim xarab olanda aləm 

xarab olar"  məsəlinin  doğruluğunu sübuta yetirirlər.  

 

  



 

Nə isə, bu ürəkyaxıcı xəyallardan  ayrılıb, cənnətməkan birinci şah Təhmasibin qəbri üstünə 

gəldik. Burada da fatihə verib, o dindar padşaha rəhmət oxuyandan sonra tamaşa eləyə-eləyə    

çinixanaya gəlib çatdıq. Bunları müxtəlif yerlərdən nəzir ünvanı ilə bu abidəyə  göndərmişdilər. 

Doğrudan da, olduqca maraqlı və tamaşalı idi. O dəyirmi otaqda yerdən  tavanadək o qədər 

qiymətli çini qab düzmüşdülər ki, adam baxdıqca doymur.... 

 



 

154


  

 

Bu məqbərə və onun yanındakı olduqca əzəmətli məscid çoxlu xərc götürmüşdür. Bunun özü də 



həmin məscidin banisinin yüksək hümmətinə bir dəlil ola bilər. Ancaq onun qorunmasına 

lazımınca qayğı bəslənilməmişdir. İndi təmirə ehtiyacı var. Deyirlər məqbərənin çoxlu vəqfləri 

var. Ancaq məlum deyil, hansı allahdan qorxmayan namərd aparıb yeyir. İranda bu kimi yerlərə 

vəqf olunan əmlakın ancaq quru adı qalıbdır. Həqiqətdə onların gəliri bütünlüklə oğurlanır.... 

 

  

 



Ziyarəti başa çatdırdıqdan sonra xadimlərə ənam verib mənzilə qayıtdıq. Onun sabahı günü 

Narınqalanın tamaşasına getdik. Bu, olduqca möhkəm, bir qaladır. Onu nə qədər tərifləsəm də 

başa gəlməyəcəkdir. Qalanın darvazası yanında bir qoca kişi dayanmışdı. Deyəsən, topçu idi, 

qalanın keşiyini çəkirdi. Əlində bir qılınc tutub divara söykənmişdi. Qalanın iki dolanbac 

xəndəyi var. Üstlərindən salınmış yalnız iki körpü vasitəsilə şəhərdən qalanın içinə girmək 

mümkündür. Körpülərdən keçdik. Qalanın içi olduqca genişdir. Hakimin oturduğu imarət də 

buradadır. Əla məscidi və hamamı var. Müxtəlif yerlərdə on-on iki top gördüm. Bunlar da qədim 

zamanların yadigarı idi. İndi onlarla bir iş görmək olmaz. Hətta demək olar ki, indi onlar heç öz 

metalının da pulunu çıxarmazlar. Topxananın yanında bir para boş hücrələr gördüm. Guya 

bunlar əsgərlərin mənzilləridir. Lakin heç bir əsgər   görmədik. İçərisini görmək üçün 

hücrələrdən birinə daxil olmaq istədim. Ancaq üfunət iyi az qaldı beynimi partlatsın. Gördüm 

hamısı bu sayaqdır. Yaylığı burnuma tutub geri qayıtdım.... 

 

  

 



Ürəyim kədər və qəmdən şiddətlə döyündüyü halda mənzilə döndük. Səhər tezdən dalandar gəlib 

bizə dedi: 

 

  

 



“Ağa, siz nə üçün getmirsiniz?” 

 

  



 

“Hara?” -- dedim.  

 

  

 



Dedi: 

 

  



 

“Bu gün Narınqala meydanında camış döyüşdürəcəklər, tamaşası var. Şəhərin bütün əhalisi 

oraya toplaşıbdır.” 

 

  



 

Yusif əmiyə dedim: 

 

  

 



“Gəlsənə biz də gedək, bir az tamaşa eləyək. İşimiz ki, yoxdur?” 


 

155


 

  

 



Meydana getdik. Gördük doğrudan da qəribə həngamədir. Şəhər camaatı hər tərəfdən tökülüb 

buraya gəlmişdilər. Mən təəccüb eləyirdim. Deyirdim, görəsən bu qədər adamın bir işi-gücü 

yoxdur? 

 

  



 

Az sonra məlum oldu ki, bu iki cəngi camışdan biri Şeyx Səfi məqbərəsi xuddambaşısının, o biri 

isə naibüssədrindir. Bunların ikisi də Ərdəbil ruhanilərindəndir. Şəhər əhalisinin yarısı 

xuddambaşının, qalan yarısı da naibüssədrin müridləridir. Camışları çəkib gətirdilər ortalığa. 

Mən baxıb gördüm hər iki tərəf yaraq-əsbablı gəlmişdir. Hamısında ağac, dəyənək, qəmə-

qəddərə və tapança var idi. Aralarında vuruşma düşəcəyi ehtimal olunurdu. Xülasə, camışları bir-

birinin canına saldılar. Bu iki dilsiz-ağızsız heyvan əvvəlcə bir az bir-birinə baxdılar, elə bil 

dilsiz olmalarına baxmayaraq, bir-biri ilə danışdılar. Sonra buynuz-buynuza verib kəllə gəldilər. 

Bir-birinin canına düşdülər -- vur ki, vurasan. Kəllənin zərbindən hərdən dizə çöküb, döş-döşə 

verirdilər. Nəhayət, bir neçə ağır yara aldıqdan sonra xuddambaşının camışı dönüb qaçdı. Bu 

vaxt camaatdan qəribə bir hay qalxdı. Naibüssədrin adamları onun camışının başına toplaşdılar. 

O dilsiz heyvanı dövrəyə alıb, biri gözündən öpür, o birisi əl-ayağını sığallayırdı. Bir tərəfdən də 

qiymətli təzə şallar gətirib heyvanın belinə, boynuna saldılar. Şənliklə, əl çala-çala, oynaya-

oynaya camışı meydandan çıxarıb apardılar. 

 

  

 



Mən də qeyri-ixtiyari olaraq bu vəziyyətə baxıb, mat məbhut qalmışdım. Dərindən ah çəkib öz-

özümə dedim: "İlahi, necə olardı ki, bu səyahətdə mən həmin dəhşətli həngamə əvəzinə vətənin 

müdafiəsindən qələbə ilə dönmüş bir iranlı sərdarın təntənə ilə qarşılanmasına rast gələ idim. 

Görə idim ki, bədxah düşməni məğlub edib, qarşısında neçə top, sursat və hərbi qənimətlə bu 

şəhərə varid olur. Əhali də onun vətən qarşısında göstərdiyi bu xidmətinə görə dam-divardan 

başına gül-çiçək yağdırır, bu vəhşi qışqırığın əvəzinə gözəl, ürəyə yatan vətən şərqiləri oxuyur. 

İndi bu dilsiz heyvanın boynuna saldıqları bu şalları payəndaz kimi o məşhur sərdarın ayağı 

altına salır. O biri tərəfdən də millət ruhanilərinin təkbir və minacat səsi ucalıb, bu qələbənin 

şükrünü yerinə yetirirlər...." 

 

  



 

Müəllif burada ağlayır, əziz oxucular isə özləri bilirlər, istərlər ağlarlar, istərlər gülərlər. 

 

  

 



Bu günümüz də belə keçdi. Başqa bir gün şəhərin kənarına çıxdıq. Məlum olduğu kimi, Ərdəbil 

dünyanın qədim şəhərlərindən biridir. Çox gözəl və geniş bir düzənlikdə vaqe olub. Lakin elə bir 

bağ-bostanı yoxdur. Görünür, iqlimi əlverişli olmadığından belədir. 

 

  



 

Şəhərin ticarəti Xəzər dənizinin kənarında Rusiya sərhəddində vaqe olan Astara limanına yaxın 

olduğuna görə müəyyən əhəmiyyətə malikdir. Rusiyadan bir çox əmtəə və ticarət malları bu 

şəhərdən keçib Azərbaycana gəlir. Ona görə də mötəbər və yaxşı karvansaraları vardır. Amma 

ölkənin halına, ticarətin vəziyyətinə xeyirli olan mötəbər tacirləri, şirkətləri və kompaniləri əsla 

yoxdur. 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə