İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə48/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   44   45   46   47   48   49   50   51   ...   160

 

145


  

 

“Bəli, dedim,” -- azərbaycanlıyam. 



 

  

 



Bir söz deməyib ötdüm. Sonra gördüm bütün hücrələrdə belə bir həngamə vardır. Yusif əmiyə 

dedim: 


 

  

 



“Yusif əmi, gəl gedək. Bu ölkədə nəyə baxsan kədərlidir. Daha mən bircə bunu bilməmişdim ki, 

elm öyrətmək üçün gərək qışqırıb nərə çəkəsən.” 

 

  

 



Mədrəsədən bir neçə addım uzaqlaşmamış birdən "çəkil, çəkil" səsi ucaldı. Fərraşların "gözünü 

yum", "üzünü çevir", "yuxarı get", "aşağı gəl" deyə saldıqları qışqırıq səsi göylərin qulağını 

batırırdı. Gördüm hər iki tərəfdən fərraşlar cərgə ilə gəlirlər. Şahrudda gördüyüm kimi idi. 

Fərraşların sırası arasından bir kalyaska keçirdi. Camaat küçədə üzünü divara çevirib 

dayanmışdı. Şahrudda da bu təmtəraqı görmüşdüm. Amma orada camaatın üzünü divara 

çevirməsini görməmişdim. Biz də camaata qoşulub, üzümüzü divara tutduq. Yusif əmiyə 

Şahrudda öyrətmişdilər ki, belə vaxt ruku eləsin, yəni əyilib ikiqat olsun. Yazıq kişi üzü divara 

təzim halında dayandı. Məlumdur ki, arxası xanıma idi. Fərraşlar belə xəyal elədilər ki, istehza 

üçün belə etmiş, qəsdən dalını xanıma göstərir. Mən də üzü divara dayanmışdım. Bir vaxt 

gördüm vurhavurdur. Yazıq Yusif əminin baş-gözünə hey yumruq, sillə, dəyənəkdir ki, dam-

divardan yağır. Biçarə hey qışqırıb deyirdi ki: "Baba, məni niyə vurursunuz, axı mənim təqsirim 

nədir?" 


 

  

 



Mən də irəli gedib dedim: 

 

  



 

“Canım, axı müsəlmansınız, bu biçarə qəribi nə üçün döyürsünüz?” 

 

  

 



Dedilər: bu köpək oğlu şahzadə xanıma ədəbsizlik edibdir. 

 

  



 

Ağızlarına gələn söyüşü verdilər. Kalyaska çıxıb getdi. Fərraşlar Yusif əmini aparmaq istədilər. 

Mən nə etməli olduğuma məəttəl qalmışdım. Ona-buna yalvarmağa başladım: 

 

  



 

“Ay baba, vallah, bu kişi qəribdir, sizin yerin vəziyyətini bilmir. O, öz aləmində təzim 

eləmişdi....” 

 

  




 

146


 

Gördüm bu sözlərin heç bir təsiri yoxdur. Yadıma düşdü ki, belə məqamlarda bu ölkənin mənfur 

rəsminə görə pul hər bir müşkülü asanlaşdırır. Cibimdən yavaşca bir beşqranlıq çıxartdım. Pulu 

görən kimi heyləri açıldı, mum kimi yumşaldılar. Əlimdən pulu cəld qapıb getdilər, biz də xilas 

olduq. Amma Yusif əmi ağlayırdı. Mən ondan utanırdım. Ancaq yazıq bilmirdi ki, mən özüm 

Tehranda ondan daha pis kötək yemişəm. Nə isə, ona dil-ağız eləyib, biçarəni bir qədər 

sakitləşdirdim, mənzilə getdik. Nahar əvəzinə dalbadal papiros çəkib tüstü yedik. Öz-özümə 

deyirdim ki: "Əgər sabah gecəni Hacı Qulamrzaya vədə verməsəydik, elə bu saat bu şəhərdən 

çıxıb gedərdik". Sözün qısası, iyirmi dörd saat mənzildə oturub heç yerə çıxmadıq. Sabahısı gün 

axşamçağı Hacının adamı gəlib, mehmanxana xidmətçisindən mənim mənzilimi soruşdu, 

göstərdilər. Gəlib salam verdi, dedi: 

 

  



 

“Buyurun gedək, Hacı sizi gözləyir.” 

 

  

 



Gördüm Yusif əminin könlü yoxdur, dedim:  

 

  



 

“Yaxşı deyil, vədə vermişik, getmək lazımdır. Darıxma, inşaallah, sabah bu şəhərdən çıxıb 

gedərik.” 

 

  



 

Ayağa durub, Hacının adamı ilə birlikdə mənzildən çıxdıq. Hacı öz evinin qapısı qabağında bizi 

hörmətlə qarşıladı. Yol göstərib, qonaq otağına apardı. Bizdən başqa on-on iki nəfər də qonaq 

var idi. Salam verib əyləşdik. Xoş-beş və kef-əhvaldan sonra hər tərəfdən söhbət başlandı. 

Qonaqlardan biri dedi: 

 

  



 

“Bu gün Hacı Novruzəlinin oğlunun halına ürəyim yandı. Başdan-ayağa lüt idi. Bir   eşşəyə tikan 

yükləyib, satmaq üçün çöldən şəhərə gəlirdi. Məlum idi ki, dolanacaqları ancaq bununladır.” 

 

  



 

O biri dedi:  

 

  

 



“Bizə nə, öz günahıdır.” 

 

  



 

Üçüncüsü dedi: 

 

  

 




 

147


“Yox, elə deyil, onların özlərinin nə günahı var, bütün bu təqsirlər axund molla Əhməd 

pişnamazın boynunadır. Bu yazıqların başına külü o ələdi.” 

 

  

 



Dördüncüsü dedi: 

 

  



 

“Ağayi-mən, bunlar nə sözdür; bütün bunlar allahın işləridir. Onun səbəbi bizdən gizlidir. Elə, 

ola bilsin, Hacı Novruzəli də o qədər var-dövləti zülm ilə tollamış imiş. Buna görə də üç-dörd il 

ərzində məhv olub aradan getdi.” 

 

  

 



Guya bizim kimi qərib olan başqa birisi soruşdu:  

 

  



 

“Hacı Novruzəli kimdir, indi haradadır?” 

 

  

 



Ona nəql etdilər ki, Hacı Novruzəli Gərrus əhalisindən olan mötəbər bir tacir idi. Üç arvaddan 

səkkiz oğlu, üç qızı var idi. Öləndə övladlarına altmış min tümən nəqd, çoxlu mülk qoyub getdi. 

Məmləkətin ruhanilərindən hər biri bu bədbəxt vərəsələrin bir-ikisini yanlayıb, hərəsini bir tərəfə 

çəkdi. İmam Cümə Hacı Novruzəlinin vəsisi, həm də oğlu onun kürəkəni idi. İstəyirdi Hacının 

bütün var-dövlətinə tək özü sahib çıxsın. Nəhayət, iş məhkəməyə, dava-mürafiəyə düşdü. İki 

dəfə hakim dəyişildi. Hər biri irsdən öz yağlı payını ələ keçirib kənara çəkildi. Vərəsələr yenə də 

çəkiş-bərkişdə idilər. Gah bunu tutub dama basırdılar, gah o birini. Bəzən də bir-ikisi bəstdə 

otururdu. Hakimlər o şəxsin irsindən vərəsələrdən daha çox pay apardılar. Axırda vərəsələrə cüzi 

bir şey qaldı. Onlardan ikisi şüursuz idi. Əllərinə keçən irsi qumara qoydular. İndi heç bir şeyləri 

yoxdur. Baş götürüb Həştərxana qaçdılar, arvad-uşaqları burada ac qalıblar. Hacının o altmış min 

tümən sərvətindən bu gün ki, onun vəfatından dörd il keçir, altmış dinar qalmayıbdır. 

 

  



 

Qonaqlar çox heyifsiləndilər. Hey çay-qəlyan idi ki, gəlirdi. Söhbət də getdikcə qızışırdı. 

 

  

 



Məclisin yuxarı başında oturan bir şəxs üzünü qonaqlardan birinə tutub-ucadan dedi. 

 

  



 

“Cənab Şəmsüşşüəra, təzəlikdə bir şey qələmə almısınızmı?” 

 

  

 



Haman şəxs xüsusi bir naz-qəmzə ilə dedi:  

 

  




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə