İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə45/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   41   42   43   44   45   46   47   48   ...   160

 

134


 

  

 



Dedi: 

 

  



 

“Pulun yoxdursa, sonra göndərərsən.” 

 

  

 



Dedim: 

 

  



 

“Xeyr, heç bir şey almayacağam.” 

 

  

 



Hacı əl çəkmədi: 

 

  



 

“Onda Misirdə əla yeriyən on batman firuzə varımdır. Barı bunları al.” 

 

  

 



“Ərz elədim ki, heç nə almayacağam.” 

 

  



 

“Elədə bəs niyə buraya gəlmisən?” 

 

  

 



“Ancaq gəzməyə, səyahət eləməyə.” 

 

  



 

“Yaxşı, Tehranı necə gördün, bəyəndinmi?” 

 

  

 



“Doğrusu, Tehranda ürəyiaçan bir şey görmədim.” 

 

  



 

“Necə ki, yəni görmədim?” 

 

  

 




 

135


“Bu şəhərdə sizin kimi sərvətli şəxs olduğu halda indiyədək vətəndə ticarətin tərəqqisi, əmtəə və 

ticarət mallarının artması üçün kompaniyalar, milli bank təsis olunmalı idi. Bu vaxtadək buradan 

Təbrizə bir dəmir yolu çəkilməyibdir ki, sizin gəlirinizin çoxalmasına, ticarət əlaqələrinin 

genişlənməsinə, vətənin isə abadlaşmasına və əhalinin rahatlığına səbəb ola idi. Bunlardan əlavə, 

paytaxt olan belə bir böyük şəhərdə varlılardan neçə nəfəriniz bir yerə toplaşmamısınız ki, əlbir 

olub millətin yetim və başsız balaları üçün bir yetimxana açaydınız, bununla da bu dünyada 

başınız uca olaydı. Axirət dünyasında da rəhmət qazana idiniz.” 

 

  



 

Dedi: 


 

  

 



“Maşallah, İbrahim bəy, elə bir ucdan bu kimi mühüm məsələləri sayırsan, daha  bilmirsən  ki, 

bunların hamısı üçün pul lazımdır. Pul harada idi, ay rəhmətliyin oğlu.” 

 

  

 



Dedim: 

 

  



 

“Hacı əmi, bu nə fərmayişdi. İyirmi ildir ki, İranın bütün gəliri sizin cibinizə dolur. Misirdə 

özünüzdən eşitdim ki, bir dənə yüz tümənlik cəvahiri divan və saray adamlarına beş yüz tümənə 

satırsınız. Bundan əlavə, İranın bütün şəhərlərinin bazarlarında çuval-çuval, xırman-xırman qara 

puldur ki, səpilibdir. Hər yeri sizin qara pullar bürümüşdür. Camaat deyir: siz iyirmi beş kürur 

qara pulu İranın bu başından o başına səpmisiniz. Bunların hamısının sərmayəsi daş çatlasa üç 

yüz tüməndən artıq olmaz. "Gör təfavüt haradan haraya kimidir?"” 

 

  



 

Gördüm məclisdə oturanlar dodaqlarını dişləyib mənə işarə edirlər ki, sus. Məlum məsələdir ki, 

bu sözlər Hacının da məzaqına xoş gəlməyəcək idi. Hirslənib yerindən qalxdı, qeyz ilə dedi: 

 

  



 

“Füzulluq sənə atandan miras qalmışdır.” 

 

  

 



Sonra qollarını çırmadı; bununla göstərmək istəyirdi ki, dəstəmaz alıb namaz qılmaq əzmindədir. 

Bu bəhanə ilə qapıya tərəf yönəldi və yaxasını mənim acı sözlərimin əlindən qurtardı. Mən 

qaldım, bir də o məclisdə əyləşənlər. Onların hamısı mənim Hacı ilə olan cəsarətli danışıqlarıma 

təəccüb edir, heyrətlə bir-birinin üzünə baxırdılar. Nəhayət, onlardan biri məndən soruşdu: 

 

  

 



“Məşədi, sən haralısan?” 

 

  



 


 

136


“Cəhənnəmliyəm,” -- deyib, ayağa qalxdım. Məlum oldu km, Hacı məni ona görə çağırmışdı ki, 

özünün dediyi kimi, xalçadan, firuzədən bir qədər mənə satsın, mənim bütün var-yoxumu bu 

alverdə ələ keçirməklə köhnə haqq-salam və duz-çörək borcunu ödəmiş olsun. 

 

  



 

Xülasə, Tehranda üç-dörd gün də qalandan sonra ayın onunda Məşədi Həsəni göndərdim poçtda 

dördatlı bir furqon kirayə eləyib, bizi Qəzvinə çatdırsın. Özüm də Hacıxanla vidalaşmağa 

getdim. Onların qapısına çatdıqda Qulaməlini gördüm. 

 

  

 



Dedim: 

 

  



 

“Hacıxana deyin filankəs gəlib.” 

 

  

 



Hacıxan qapıya çıxdı, dedi: 

 

  



 

“Bismillah, buyurun!” 

 

  

 



“Vidalaşmağa gəlmişəm,” -- dedim. 

 

  



 

Dedi: 


 

  

 



“Nə danışırsan?” 

 

  



 

“Bəli, getmək lazımdır.” 

 

  

 



Soruşdu: 

 

  



 

“Nə vaxt, haraya?” 

 

  

 




 

137


Dedim: 

 

  



 

“Bu gün, Qəzvinə tərəf yola düşürəm. Oradan da Azərbaycana gedəcəyəm.” 

 

  

 



“Ay baba, nə tələsirsən?” -- dedi. 

 

  



 

“Daha bəsdir, çox pis keçdi. Bu ölkədə mənim dilxoşluğum yalnız o möhtərəm cənabı 

görməkdən ibarət oldu. Məni o böyük şəxsiyyətlə tanış etdiyinizə görə sizə son dərəcə 

minnətdaram. Nə qədər təşəkkür etsəm də azdır. Doğrudan da, böyük adamdır. Mənim 

bəndəçiliyimi ona çatdırın. Ona həmişə xeyir-dua edəcəyəm.” 

 

  



 

Dedi: 


 

  

 



“Əmin Zərbi gördün?” 

 

  



 

“İnşaallah, xeyrini görərsən,” -- dedim. 

 

  

 



“Məgər ondan bir xeyir gələr ki, mən də görüm. Qara torpaq onun xeyrini görsün. İndiyədək 

mənə neçə dəfə müəyyən işlər tapşırıb, zəhmətini çəkmişəm. Onların müqabilində günlərin 

birində mənə bir firuzə bağışladı. Özü də onu çox təriflədi. Sonra kimə göstərdim, bircə qran 

qiymət qoydular. Mən də bu Qulaməliyə bağışladım.” -- Üzünü Qulaməliyə tərəf tutub dedi:  

 

  

 



“Qulaməli, belə deyilmi?” 

 

  



 

Qulaməli dedi:  

 

  

 



“Bəli, cibimdədir!” 

 

  



 

Vidalaşdıq. Nə qədər xahiş elədi ki, yola salmağa gəlsin, mən razı olmadım. İki tümən 

Qulaməliyə ənam verib xudahafizləşdim. 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə