İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə44/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   40   41   42   43   44   45   46   47   ...   160

 

130


 

  

 



“Mərhum Mirzə Hüseyn xan Müşirüddövləni tanıyıram, amma o Nəcəfəli xam kimdir? Onu 

tanımıram.” 

 

  

 



Dedim: 

 

  



 

“O da Şeyx Möhsün xan İstambulda səfər olan vaxt general konsul idi. Sonra da kargüzar 

vəzifəsi ilə Misirə və Bağdada getdi. Öz dövrünün rəhmsiz adamlarından biri idi. Onun qoyduğu 

bidətlər İstambulda və sair Osmanlı ölkələrində hələ də icra olunur, biçarə iranlıların evini yıxır. 

Onun zülmü və bidətlərindən İran dövləti və millətinin şərəfinə, heysiyyətinə vurulan və 

vurulmaqda olan rüsvayçılıq ləkəsi deyilməklə başa gələn deyil. 

 

  

 



O kafər oğlunun zülmün şərh etsək, 

 

Başqa bir ləfz ilə danışaq gərək.” 



 

  

 



Məşədi Həsən dedi: 

 

  



 

“İndi haraya gedək?” 

 

  

 



“Karvanı darülfünün məktəbinə tərəf çək,” -- dedim. 

 

  



 

“Gözüm üstə,” -- dedi. 

 

  

 



“Siz məni sarbanlığa qəbul etsəniz, mənim heç bir sözüm yoxdur.” 

 

  



 

“Mən dəvə olaram,” -- dedim. 

 

  

 



“Amma, bilmirəm, ağa bunu qəbul edər, ya yox.” 

 



 

131


  

 

Bir az zarafatlaşdıq. Gülə-gülə yola düşdük. Mədrəsənin qapısına çatdıq. Qapıda bir fərraş 



dayanmışdı. Mən ona dedim: 

 

  



 

“Qardaşım, biz burada qəribik, səyahət üçün bu şəhərə gəlmişik, mədrəsəni gəzib tamaşa 

eləməyə izin verərsənmi?” 

 

  



 

Fərraş dedi: 

 

  

 



“Tamaşa eləmək olar. Ancaq bu gün cümədir, heç kəs yoxdur.” 

 

  



 

Doğrudan da, bizim heç yadımızda deyildi ki, bu gün cümədir. Dedim: 

 

  

 



“Heç olmasa məktəbin vəziyyəti ilə azacıq tanış ola bilərikmi?” 

 

  



 

Fərraş etiraz etmədi. Bizi darülfünunun içərisinə apardı. Hər şey öz qaydasında idi. Həqiqətən də 

adam onları gördükcə fərəhlənirdi. Divardan hesab dərsi, diktə və inşadan imtahan üçün yazı 

taxtaları asılmışdı. Gedib onlardan birinin qarşısında dayandım, onu öpdüm, üz-gözümü onun 

üzərinə sürtdüm. Seyid soruşdu: 

 

  



 

“Bu nə üçündür? Taxtanı öpməyin nə mənası var?” 

 

  

 



Dedim: 

 

  



 

“Ağa, bu taxtalar müqəddəsdir. Kaş İranın hər bir şəhərində min yerdə bu müqəddəs taxtalardan 

asıla idi. Çünki bunlar mənim və sənin başıucalığına səbəb olar.” 

 

  



 

Seyid dedi: 

 

  

 




 

132


“Qəribədir, quru taxtadan sənə, mənə nə kimi başıucalıq ola bilər?” 

 

  



 

Dedim: 


 

  

 



“Ağa, sənə daha bir sözüm yoxdur deyəm.” 

 

  



 

Xülasə, oradan, da çıxıb mənzilə gəldik. Çox yorulmuşduq. Tez şamı yeyib yatdıq. Sabah nahar 

çağınadək mənzildə oturduq; Məşədi Həsən gəlib çıxmadı. Nahardan sonra bir az yatdım. Bir 

vaxt gördüm Yusif əmi məni oyadır. 

 

  

 



“Nə xəbər var?” -- deyə soruşdum. 

 

  



 

Dedi: 


 

  

 



“Hacı Məhəmməd Həsən Əmin Zərb adam göndərib sizi istəyir.” 

 

  



 

“De ki, mənzildə yoxdur,” -- dedim. 

 

  

 



“Olmaz, çünki əvvəl soruşdular, mən dedim siz evdəsiniz.” 

 

  



 

Əlacsız qalıb ayağa durdum, amma heç könlüm istəmirdi. Çünki əvvəl də onu görəndə 

vəziyyətindən xoşum gəlməmişdi. Səxavətli adam deyil. İki dəfə Məkkəyə gedib. Hər dəfə bizim 

evdə neçə gün qonaq qalıb. Rəhmətlik atam onun zəhmətlərini çox çəkmişdi. Ancaq atam 

öləndən sonra mənə bir başsağlılı da yazmadı. Bundan əlavə, çox tamahkar və nadürüst kişidir. 

Hər bir biçarəni çənginə salan kimi aldadıb, on tümənlik firuzəni əlli tümənə sırıyacaq. Əksinə, 

birinin barmağında yüz tümənlik brilyant üzük görərsə, onu min hiylə ilə on tümənə əlindən 

alacaq. Allah xatirinə bir adama salam belə verməz. Məlum idi ki, məni çağırmaqdan da məqsədi 

ancaq bir şey qoparmaq idi. Nə eləyəsən, getmək lazım idi. 

 

  



 

Otaqdan çıxdım. Gördüm, qapı ağzında bir başı əmmaməli qoca kişi dayanıb. Məni görən kimi 

dedi:  

 



 

133


  

 

“Hacı Əmin Zərb sizi istəyir.” 



 

  

 



Onunla birlikdə gedib Hacının hücrəsinə çatdıq. Hücrəyə daxil olub salam verdim. 

 

  



 

“Ay əleykəssəlam, ağa Mirzə İbrahim bəy. Ya allah, buyur. Ay qoçaq, neçə gündür    buradasan, 

bəs nə üçün məni bir yoxlamamısan? Dünən mənə sənin burada olmağını Hacıxan xəbər verdi. 

Kefin, əhvalın necədir? Mərhum Hacının vəfatı məni çox mütəəssir elədi. Allah ona rəhmət 

eləsin. Sizin və ailənizin başı sağ olsun. Haradan gəlirsiniz?” 

 

  



 

“Məşhəddən gəlirəm,” -- dedim.  

 

  

 



“Hacı Məliki gördünüzmü?”  

 

  



 

“Xeyr.” 


 

  

 



“Bəs nə üçün?” 

 

  



 

“Tanışlığım yox idi. Elə bir adam da olmadı ki, məni onun yanına aparsın.” 

 

  

 



“Bəs Məşhəddə nə aldın?” 

 

  



 

“Heç bir şeyi.” 

 

  

 



Çox gözəl, mənim burada bir qədər Sultanabad xalçası varımdır. Çox gözəl maldır. Misirdə, 

İstambulda yaxşı satılar. Bunları özünlə apar. Sizə ucuz hesab elərəm. Çox gözəl, çörəkli maldır. 

” 

 

  



 

“Xeyr, heç bir şey almayacağam,” -- dedim. 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə