İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə41/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   37   38   39   40   41   42   43   44   ...   160

 

121


törəmişdir. Nadirdən qabaq da, ondan sonra da bu torpaq müxtəlif hadisələr və zəmanənin 

fitnəkarlıqları nəticəsində ayaqlar altında tapdalanmışdır. Bütün bunların  səbəbini aramış olsaq, 

cəhalət və nadanlıqdan başqa bir şey olmadığını görərik. Doğrudan da bu məmləkətin halına 

ağlamaq lazımdır. Mən bu uzun sürən bədbəxtlik və fəlakətin cəhalət və nadanlıq üzündən 

olması haqqında yeddi yüz səhifəlik bir kitab yazmışam, onun nəşr olunmasına müvəffəq olsam, 

bir cildini də sizə göndərəcəyəm. Onu oxuyandan sonra biləcəksiniz ki, nə həngamə imiş.” 

 

  

 



Şamı yedik, süfrəni yığışdırdılar. Möhtərəm cənab bir qədər də öz sərgüzəştindən danışdı. 

Misirin ticarətindən və sairədən soruşdu. Bu haqda bildiklərimi söylədim. Saat beş idi, mənzilə 

qayıtmaq üçün izin istədim. Buyurdu fayton hazırlasınlar. Təkidlə razılaşmadım. Fanar yandırıb, 

nökərlərdən iki nəfərinə buyurdu ki, məni mənzilə çatdırsınlar. Durub yenə də əlini öpmək 

istədim, qoymadı. 

 

  



 

“İndiyədək vətəndəki nöqsanların səbəblərini axtarmaq yolunda çəkdiyim cəfaları sizi görməklə 

tamamilə unutdum. Bir para nanəciblərin ürəyimə vurduğu söz yaraları sizin fərmayişlərinizin 

məlhəmi ilə sağaldı. Bu gözlənilməz nemətin şükrünü yerinə yetirməkdə acizlik çəkirəm. Ümid 

edirəm ki, bundan sonra allahın köməyi ilə işlər düzəlsin.” 

 

  



 

“Qüssə eləmə,” -- dedi. -- “Allah kərimdir. İnşaallah, yaxşı olacaq. Ancaq dua eləmək lazımdır 

ki, oğulun ömrü atanın ömründən daha uzun olsun. Kaş bütün övladlar atasından sonra ölə. Mən 

də duanı yalnız bir nəfər üçün deyil, hamı haqqında eləyirəm.” 

 

  

 



Nəyə işarə etdiyini başa düşdüm. Dedim:  

 

  



 

“İlahi, amin!” 

 

  

 



Vidalaşıb evdən çıxmaq istərkən dedi:  

 

  



 

“Əgər bu tezlikdə getməsən yenə də buraya gəl.” 

 

  

 



“İstəyirəm ki, mümkün qədər tez gedim,” -- dedim.  

 

  



 

Yola düşərkən dedi: 

 



 

122


  

 

“Yaxşı yadıma düşdü. Bir xabnamə vardır. Dayanın onu verim sizə, oxuyun.” 



 

  

 



Əyləşdim. Möhtərəm cənab dedi: 

 

  



 

“Bir nəfər sizin kimi milli təəssüb dərdinə və vətənpərvərlik xəstəliyinə düçar olmuş adamla 

tanışlığım var. Hərdən bir yanıma gəlir. Günlərin birində bizə gəldi, sizə vermək istədiyim həmin 

kağızı mənə verib dedi: "Bu gecə bir yuxu görmüşəm, ayılan kimi yazdım ki, yadımdan 

çıxmasın. Budur, oxuyun, mümkünsə yozun".” 

 

  



 

Oxudum. Təbiri aydın idi. Dedim: "Büsbütün aydın olduğu üçün onu lap asanlıqla yozmaq olur. 

O ki, su verir, üzünə gülab səpir -- vəliəhddir". 

 

  



 

Buyur oxu, sizinlə bir dərddə olan şəxsin yuxusu budur. 

 

  

 



Kağızı aldım. Belə yazılmışdı: 

 

  



 

"Dünən gecə yuxudan qabaq məmləkətin pərişanlığı haqqındakı düşüncələr yaxamdan əl 

çəkmirdi. Öz-özümü məzəmmət edib deyirdim: "A kişi, sənə nə dəxli var ki, bu ölkədə bir ovuc 

alçaqlar zalımdırlar, bir neçə milyon, nəfər isə məzlumdur. Onlar saylarının o qədər çox 

olmasına baxmayaraq, zülmdən azad olmaq üçün birləşmədikləri halda daha sənə nə qalıb ki, 

onlara hər gün olunan zülm və təcavüzə görə tək və tənha öz həyatının şirinliyili özünə zəhər 

eləmisən, gecə-gündüz vətənin tərəqqisi, millətin səadəti, məmləkətin işlərində iltizam 

yaranması, vətəndaşların rifahı, ədalətin hökm sürməsi arzusu və həsrətilə ömrünü qüssə-kədərlə 

başa vurursan. Ay dəli, dünyanın dərdi, qəmi sənə qalmayıb ki!" Bu fikir-xəyalla əlbəyaxa ikən 

məni yuxu apardı. 

 

  

 



Yuxuda gördüm ki, Nasiriyyə xiyabanındayam. Ağsaqqal saçları pırtlaşıq, halı pərişan, orta 

boylu, münasib əndamlı, qiymətli paltar geymiş bir qoca kişi göründü. Cavan bir oğlan onun 

qolundan tutmuşdu. Qoca iztirab içində cavanla söhbət edir, yol getdiyi halda hər an dönüb 

nigarançılıqla ətrafına baxırdı. Birdən bərk qarma-qarışıqlıq düşdü. Bazar əhli ilə bir ovuc alçaq 

lat-lüt birlikdə qocanı ortaya alıb, onu soymağa başladılar. Bəziləri onu yaraladılar, üz-gözünü, 

əl-ayağını tikə-parça elədilər. Bir parası da qocanın paltarlarına tikilmiş cəvahirləri dartıb ələ 

keçirdi. Onu tamamilə talayıb lütləyəndən sonra yarıcan halda bir tərəfə tulladılar. Yazıq qoca 

taqətdən düşmüş bir halda zəif səslə qışqırıb deyirdi: "Ay naxələf övladlarım, ay vəfasız, 

mərifətsiz naməkbəhəramlar, günahım nədir ki, məni belə təhqirlə torpaq üstündə 

sürükləyirsiniz?! Hansı təqsirin müqabilində mənə bu kimi ağır əzablar verirsiniz?" 




 

123


 

  

 



Vurulan yaraların şiddətindən əldən düşərək ağladığı halda qoca özündən getdi. Oradakı 

adamlardan bir neçəsi cavan adama xitabən dedilər: "Axı məgər sən müsəlman deyilsən? Bu 

əldən düşmüş yazığın qolundan tut, üzünə bir ovuc su çilə, düşmənləri başı üzərindən qovub 

kənar et!" 

 

  

 



O fəlakətli, günüqara qoca huşdan getdiyi halda düşüb qalmışdı. Cavan da hər an bir kəsə 

yalvarır, yardım diləyirdi. Nə edə bilərdi? Məsəl var, deyərlər: "boğulan adam çöpə də əl atar". 

Ancaq heç kəs onu himayə etmir, yardım göstərmirdi. 

 

  



 

Yarasını bağlamaq adı ilə qocanın yanına gələn bir adam başqa bir yara da vurub gedirdi. Bir 

başqası qocanın paltarını tikmək bəhanəsi ilə yaxınlaşır, sonra onun köynəyini əynindən çıxarıb 

aparırdı. Belə bir vəziyyətin dəhşətləri üzündən az qalırdı ki, ruhum bədənimdən çıxsın. Öz-

özümə deyirdim: "İlahi, bu nə həngamədir. Bu qoca kimdir, onun günahı nədir ki, bu qədər 

zülmü ona rəva görürlər? Heç bir kəs də yardım göstərmir?! Birindən soruşdum: Bu məzlum 

qocanın adı nədir? Dedi: Məgər onu tanımırsan? Dedim: Xeyr. Dedi: adı "İranxan"dır. Bu 

talançıların da hamısı onun öz övladlarıdır ki, tərbiyəsizlik üzündən atalarının üzünə ağ 

olduqları, onun sözündən çıxdıqlarına görə sərvətdən və iftixardan məhrum qalmışlar. Atanın 

bütün var-yoxunu, əmlakını heçə-puça çıxardıqları üçün indi iş gəlib oğurluq və quldurluğa 

çatmışdır. Gördüyün kimi, onlar atalarını qara günə salıb, həyatdan bütün naümid etmişlər.... 

 

  



 

Qocaya yaxınlaşıb yaralarına baxmaq istədim. Yaralarının öldürücü olduğunu gördüm. Onların 

bəzisi irinləyib sümüyə işləmiş, qanı zəhərləmişdi. Bu kimi xəstəliyi sağalda bilən həkim gərək 

ya Loğmanın müəllimi, ya Məryəm oğlu İsanın şagirdi ola idi. Vəziyyətin dəhşətindən canıma 

lərzə düşdü və bu lərzənin şiddətindən ayıldım.... 

 

  



 

Bu yuxunu oxuyandan sonra ərz elədim: 

 

  

 



“Bu yuxunun təbiri gün kimi aydındır. Ancaq camaatın "axı sən müsəlmansan, bu məzlum və 

taqətdən düşmüş qocaya kömək elə" -- deyə müraciət etdiyi o cavan bəs kimdir?” 

 

  

 



Dedi: 

 

  



 

“O cavan haman yuxunu görənin özüdür ki, sənin kimi və başqaları kimi onlar da gərək daxili və 

xarici işlər nazirlərindən, hərbi nazirin kötəyindən qorxmasınlar, onun-bunun məzəmmət 

etməsinə və lağa qoymasına fikir verməsinlər. Hər yerdə ucadan qışqırıb deməlisiniz ki, yeri-




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə