İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə39/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   35   36   37   38   39   40   41   42   ...   160

 

117


Böyümə yaşlarında insan gündən-günə tərəqqi etdiyi kimi, dövlətlər də yarandığı gündən 

etibarən sabitləşdiyi həddə qədər mal-dövlət, calal və şövkət etibarilə tərəqqiyə doğru meyl 

göstərir. Onun fəaliyyəti və əməlləri o zamanadək ədalət və insaf prinsiplərinə uyğun olmuş və 

o, müvazinəti qorumaq şərtilə rəftar etmişdirsə, sabitləşmə dövrü davam edəcəkdir. O, izzət və 

iftixarla yaşayacaqdır. Ərəbcə məşhur bir məsəl var: işlərin ən gözəli orta vəziyyətdə olan işdir. 

Ölgünləşmə dövründə qocalıq üzündən insanın qüvvəsi tükənir, bütün gücü və duyğuları 

gündən-günə sarsılır. Cəmiyyətdə də vəziyyət bu şəkildədir. Ölgünləşmə dövründə dövlətin 

əsasları süstləşir. İnsan orqanizmində güc və hiss mənbəyi olan təbii hərarət və rütubət azaldıqda 

nəhayət həzm cihazı zəifləyir və mədə xəstəliyə tutulur. Dövlət orqanizminin də təbii hərarəti və 

rütubəti mənziləsində olan vəzirlərlə bədənin başqa qüvvələri mənziləsində olan şahlıq 

dəstgahındakı xadimlər arasında işlərin kəmiyyəti və keyfiyyəti üstündə ixtilaf əmələ gəlir. 

Onların arasındakı nifaq və ziddiyyətlər cəmiyyəti təşkil edən dörd ünsürün pozulması və 

zəifləməsi ilə nəticələnir ki, bu da öz növbəsində xəstəliyin ümumiləşməsi və şiddətlənməsinə 

səbəb olur. 

 

  

 



Saqqalın ağarması, alnın qırışması insanların qocalması və yaşa dolması əlamətlərindəndir. 

Cəmiyyətdə də bəzək-düzək və gərəksiz zinətlərə alışma adətləri həmin cəmiyyətin qocalması və 

zavala doğru üz qoyması əlamətidir. Ona görə ki, yuxarı təbəqə sabitləşmə dövründən sonra 

tənbəlliyə, istirahətə və xoş-güzərana meyl göstərir. Varlılar bir-biri ilə rəqabətə girişib, öz cah-

cəlallarını artırmağa, şan-şöhrətlərini genişləndirməyə çalışır və keçmiş milli iftixarları büsbütün 

unudurlar. Bu hal getdikcə başqa siniflərə də sirayət edir. Ortabablar da ev, paltar xüsusunda 

yalnız vəzirlərlə deyil, hətta şahlarla da yarışırlar. Beləliklə, ümumi xərclərin və sərf olunan 

vəsaitin miqdarı artmağa başlayır. Sərkərdələr və hərbçilər də bu adətə və dəbə qoşulurlar. Onlar 

da səfərdə olub dağda-daşda əziyyət çəkməkdənsə, evdə oturub istirahət etməyi üstün tuturlar. 

Düşmənlə vuruşmağı, vətəni qorumağı unudurlar. "Hamının əcəli yazılmışdır" kəlamına müvafiq 

olaraq, onların haqqında da qəza məhkəməsində yazılıb imza olunan nə varsa icra olunur. "Allah 

kimi istəsə məhv edər, kimi istəsə yaşadar" ayəsi sübuta çatır, əcəl-mayallaq olurlar və əcəl-

mayallaq haqqında deyilənlər doğrulur. 

 

  



 

Beləliklə də aydın olur ki, bəzi ictimai quruluşların ölgünləşməsi təbii vaxtından əvvəl baş verə 

bilər. İnsanda da bu hadisəni müşahidə etmək olur. Bir şəxs özünü zəhərləyərsə, yaxud özünü 

dənizə atarsa, əlbəttə, təbii əcəli çatmadan öləcəkdir. Eləcə də ədalətli və insaflı qanunların icrası 

əvəzinə haqsızlıq və zülmkarlıq edən bir dövlət öz dağılması və məhvini sürətləndirmiş olur. Heç 

şübhə yoxdur ki, belə bir hökumətin əsası onun ölgünləşmə zamanı gəlib çatmamış dağılacaqdır. 

Tale bir şəxsin ömrünün ölgünləşmə mərhələsi dərəcəsinə çatdığını müəyyənləşdirmişdirsə, onda 

ya o adamı öz sağlamlığını şəxsən qorumağa vadar edəcək, ya da onu təcrübəli bir həkimlə 

rastlaşdıracaq ki, onun vasitəsilə xəstəliklərdən xilas olsun. Eləcə də, əgər allahın təqdiri bir 

dövlətin ölgünləşməsinin son həddə çatmasını istəsə, o dövlətin başçısını düzgün yola hidayət 

edər, təcrübəli həkim yerində olan uzaqgörən vəzirlərin, təmiz əqidəli vəkillərin əli ilə onu 

qüvvətləndirər, öz təbii ömrünü tamamilə başa vurmaqda ona kömək edər. 

 

 

 



  

 

Sözün qısası, hər bir dövlətin varlığı və davamı onun düzgün siyasətindən  asılıdır....  



Vəzirlərdən  və hakimlərdən hər hansı bu düzgün yoldan çıxıb, nəfsin təmənnası ilə həvavü 


 

118


həvəs dalınca getsə, şübhəsiz ki, özlərinin məhvinə çalışmış olacaqlar. Necə ki, ərəblər deyir: 

"Dövlət küfr ilə davam edə bilər, zülm ilə yox". 

 

  

 



Mən dedim: 

 

  



 

“Allaha şükür ki, siz siyasətin bütün rəmzlərindən baxəbərsiniz. Hökumət fəlsəfəsini də dərindən 

bilirsiniz. Belə olduqda nəyə görə siz bütün bu incə məsələləri dövlətin məşvərət məclisində irəli 

sürüb müzakirə etmirsiniz? Nə üçün siz dövlətin başqa vəzir-vəkillərini dövlət idarələri və 

dəstgahını islah etmək lüzumu məsələsində özünüzlə şərik və həmrəy etmirsiniz? Belə etsəniz, 

onların köməyi və həmrəyliyi ilə işiniz irəliləyər, vətən və vətən övladı bu təhlükədən xilas olar.” 

 

  

 



Dedi: 

 

  



 

“Ürəyimin yarasına bundan artıq duz səpmə. Bu haqda nə qədər danışdım, nə qədər qışqırıb 

bağırdım səsimə səs verən olmadı. Söz eşidən qulaq hanı, haqqı görənlər haradadır? Bu 

fəryadlara qulaq asan kimdir? Bu qəbildən olan sözləri eşidən hanı? Səadət və başıucalığa səbəb 

olan bu kimi nəsihətləri qəbul etmək üçün iki şey lazımdır: biri elm, digəri insaf. Heyf ki, biz 

bədbəxtlər bunların ikisindən də məhrum qalmışıq. Şahın ətrafında bu gün iki yüz nəfərdən artıq 

yüksək rütbəli adam var. Onların hər biri öz növbəsində sədr-əzəm və vəzir olmaq arzusundadır. 

Bu arzu ilə də fürsət dalınca gəzir və günləri sayırlar. Özləri də bilirlər ki, bu məqsədə çatmaq 

üçün pul və rüşvət verməkdən başqa bir yol yoxdur. Buna görə də rəiyyəti talamaq üçün gündə 

bir bəhanə dalınca gəzir, hər hansı yolla olur-olsun lazım olduqda kisənin başını açmaq üçün onu 

doldurmaq fikrindədirlər. Onların fikri-zikri ancaq budur ki, nə kimi hiylə ilə bir-birinin ayağı 

altına sabun çəkib yerə yıxsınlar, onun məqamını ələ keçirsinlər. Onların xəyalına gəlməyən bir 

şey varsa, o da vətən sevgisi və milli qeyrətdən ibarətdir. 

 

  



 

Deməli, təkrarən ərz elədiyim kimi, onlar ortalıqda qanun olduqda nəinki öz məqsədlərinə nail 

ola bilməyəcəklərini, həm də ildə otuz-qırx min tümən mədaxildən əllərinin çıxacağını başa 

düşürlər. Belə olduqda bugünkü fironluq dəstgahlarına, onları müşayiət edən atlı dəstəsinə, 

xüsusi tövləyə, dəstə-dəstə nökər-kənizə gərək əlvida desinlər. Məhz buna görə də, qanunun 

verilməsi və icrası bir tərəfə qalsın, adını belə eşitmək istəmirlər. 

 

  

 



Bu yaramaz işlərin şum nəticələri üzündəndir ki, vaxtilə yer üzünün behişti olan İran indi viran 

olubdur. Keçmiş vaxtdarda yer üzünün ən əziz millətlərindən olan əhalisi bu gün gördüyümüz 

xar və zəlil vəziyyətə giriftar olubdur. Bir adamın, ixtiyarı yoxdur ki, onlardan məmləkətin 

xarabalığı və əhalinin pərişanlığının səbəbini soruşsun. 

 

  

 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə