İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə35/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   31   32   33   34   35   36   37   38   ...   160

 

106


“Mən günüqaranın təqsiri nə idi ki, bu dözülməz vəziyyətin səbəbini soruşmaq üstündə ömrümdə 

eşitmədiyim söyüşləri mənə söyləməkdən əlavə o qədər döydülər ki, yorğan-döşəkdən dura 

bilmədim.” 

 

  



 

Söz buraya çatanda birdən-birə qəhərləndim, boğazım tıxandı, ixtiyarsız olaraq hönkür-hönkür 

ağladım. O möhtərəm cənab məndən də bərk ağladı. Durub qollarını məhəbbətlə boynuma 

doladı, məni mehribancasına qucaqlayıb üzümdən, gözümdən öpdü. Ağlaya-ağlaya əlimdən 

tutub dedi: 

 

  



 

“Mənimlə gəl.” 

 

  

 



Otaqdan çıxanda xidmətçi ilə on-on iki yaşlı bir oğlanın qapının dalında dayanıb bizim halımıza 

ağladıqlarını gördüm, amma mənə elə gəldi ki, onlar mətləbdən xəbərsizdirlər, bizim 

ağlamağımızı görüb köyrəlmişdilər. 

 

  



 

Bir-iki otaqdan keçdik. Möhtərəm cənab üçüncü otağın qapısı qabağında dayandı. Cibindən bir 

açar çıxarıb qapını açdı. Gördüm kitabxanadır. Kitablar otağın dörd dövrəsində xüsusi səliqə və 

gözəl tərtiblə düzülmüşdü. Bir kürsü ilə masa gətirib: 

 

  

 



“Əyləşin,” -- dedi. Sonra gedib altı cild kitab gətirdi və əlavə etdi: -- “Kitabımız çoxdur, amma 

heç birisi bunlar qədər sizin dərdinizə yaramaz. Siz bunları oxumaqla məşğul olun, mən gərək 

gedəm. Bu gün salam günüdür. Ola bilsin ki, gec gələm. Sizin üçün hər şey hazırdır. Nə vaxt 

istəsəniz buyurun çay-çörək gətirsinlər.” 

 

  

 



Bir qutu papiros çıxartdı, önümdəki masanın üstünə qoyub dedi: 

 

  



 

“Nə qədər ki, Tehranda qalacaqsınız -- mənim qonağımsınız.” 

 

  

 



Mən öz təşəkkürümü bildirdim. O vidalaşıb getdi. 

 

  



 

Kitablara tamaşa eləməyə başladım. Gördüm dövlətlərin qanun məcəllələrini bir sırada düzüblər. 

Bunların içində Osmanlı dövlətinin qanunu, rus zakonu, İngiltərə və Fransa qanunları da var idi. 

Başqa tərəfdə qurtuluşun rəhni olan islam qanunşünaslığına və üsuluna aid kitablar var idi. Bu 

kitabxananın vəziyyəti məni hədsiz dərəcədə sevindirdi. Sonra möhtərəm cənabın özünün verdiyi 



 

107


o altı cild kitabı gözdən keçirməyə başladım. Gördüm əlyazmasıdır. Gözəl və pakizə yazılmışdır. 

Bunların o möhtərəm cənabın öz əsərləri olduğunu anladım. İngiltərə və Fransa qanunlarından 

islamın müqəddəs şəriətindəki hökmlərə zidd olan maddələri çıxarıb bir cilddə toplamış və hər 

birinin dünya və axirətdəki zərərlərini məntiqi dəlillərlə ayrıca şərh etmiş, onların insanlığın 

yüksək şəninə yaramadığını sübuta yetirmişdi. Bu cildin adını "Lənətə gəlmiş qanunlar kitabı" 

qoymuşdu. Bu adı kitabın cildində iri xətlə yazmışdı. Osmanlı qanun kitabından da bir neçə 

maddə ayırıb, onlara "Mərdud" ünvanı vermiş, bəzilərinin altında yazmışdı: "Çox gözəldir, 

amma bu gün İranın vəziyyətinə və iranlıların məzaqına müvafiq deyil". Qalanlarının altında qol 

çəkib yazmışdı:    "İslamiyyətin müqəddəs şəriətinin hökmləri ilə heç bir ziddiyyəti yoxdur. 

Hamısı sağlam əqlə, mətin fikrə uyğundur". Onların düzgünlüyünün və ya yanlışlığının isbatı 

üçün islamın fiqh kitablarından, hədislərdən və böyüklərin kəlamından  kifayətləndirici dəlillər 

gətirmiş və izahlar vermişdi. Onları da oxuduqca adam    ruhlanırdı. O möhtərəm cənabın elm, 

siyasət və müasir biliklər sahəsindəki qüdrətinə və əhatəsinə heyran qaldım. Öz-özümə dedim: 

"İlahi, bu qeyrətli şəxs, başının belə qarışıq olmasına baxmayaraq, özümüzün və özgələrin bu 

qədər kitablarını mütaliə və hər birini dərindən tədqiq etmək fürsətini necə tapmışdır?...”  

Xidmətçi otağa girib dedi: 

 

  

 



“Bismillah, buyurun, nahar hazırdır.” 

 

  



 

“Əziz qardaşım,” -- dedim, -- “mütaliənin ləzzəti məni doyurubdur. Bu ruhani qidadan ayrılıb 

cismani qida ilə məşğul ola bilmirəm. Siz, zəhmət olmasa, bircə stəkan çayla bir tikə pendir-

çörək gətirin. Xahiş edirəm başqa şey olmasın.” 

 

  

 



Xidmətçi dedi: 

 

  



 

“Mənə buyurublar sizin meyliniz necə istəsə elə də eləyim. Bu saat necə ki, buyurdunuz elə də 

edəcəyəm, narahat olmayın.” 

 

  



 

Xidmətçi getdi. Az sonra bir stəkan çayla, pendir-çörək gətirdi. Səhər xidmətçi ilə birlikdə bizim 

halımıza ağlayan kiçik oğlan da gəlib ədəblə salam verdi. Xidmətçi getdi. Oğlan əyləşib, şəkilli 

bir kitaba baxmağa başladı. Mən çayı içdim. O, utana-utana məndən soruşdu: 

 

  

 



“Siz atamla nə üçün ağlayırdınız, bizi də ağlatdınız?” 

 

  



 

“İş elə gətirdi,” -- dedim. 

 

  

 




 

108


Uşaq aydın cavab istədi: 

 

  



 

“Yox, xahiş edirəm səbəbini aydın deyəsiniz. Mən gedib anama dedim. Buyurdu  sizdən gəlib 

soruşam.” 

 

  



 

“Onda yaxşı olar ki, atandan soruşasan,” -- dedim. 

 

  

 



“Atam bizə deməz,” -- dedi. -- “Özü də bizim yanımıza çox az gəlir. Evdə olanda həmişə bu 

otaqda əyləşib oxumaqla, yazmaqla məşğul olur.” 

 

  

 



“Onda qulaq as deyim. Sənin atanın "İranabad" adlı bir kəndi var. Orada bir xəstəlik törənibdir. 

O kəndin sakinlərinin halına ağlayırdıq.” 

 

  

 



Sonra soruşdum: 

 

  



 

“Məktəbə gedirsənmi?” 

 

  

 



“Bəli, Darülfünuni-Nasiriyə gedirəm.” 

 

  



 

“Yaxşı oxu, inşaallah, sən də vəzir olarsan.” 

 

  

 



“Kifayət qədər biliyim olarsa, əlbəttə ki, olaram.” 

 

  



 

“Bəs elmin olmasa necə, onda vəzir olmazsan?” -- deyə soruşdum. 

 

  

 



“Yox,” -- dedi. -- “Allah eləməsin.” 

 

  



 

“Nə üçün?” 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə