İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə31/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   27   28   29   30   31   32   33   34   ...   160

 

92

“Yaxşı, yaxşı, qayıdan baş.” 



 

  

 



İçəri girdik. Əsəd bəy fərraşbaşının sorağını tutduq. Otağını göstərdilər. Gördüm on yeddi 

yaşında gözəl bir oğlandır. Əynində başdan ayağa güləbətinli sərdarısı var idi. Vüqarla yuxarı 

başda əyləşmişdi. Salam verib, kəmali-ədəblə Hacıxanın məktubunu təqdim elədim. Oxuyub 

soruşdu: 

 

  

 



“Kimdəndir?” 

 

  



 

Dedim: 


 

  

 



“Gərək möhürü və imzası olmuş ola.” 

 

  



 

Dedi: 


 

  

 



“Möhür və imza Məmmədəlidir. Amma tanımıram.” 

 

  



 

Dedim: 


 

  

 



“Hacıxandır.” 

 

  



 

Kağızı mənim üstümə tullayıb: 

 

  

 



“Bu gün olmaz,” -- dedi. Sonra üzünü yana çevirdi. Yaxınlaşıb kağızı yerdən götürmək bəhanəsi 

ilə yavaşca bir imperial ovcuna qoyaraq dedim: 

 

  

 



“Fərraşbaşı, mən qəribəm, həm də müsafirəm, təvəqqe eləyirəm....” 

 

  



 


 

93

Mən sözümü qurtarmamış imperialı görən kimi dedi: 



 

  

 



“Deyin qulluqçu Mirzağa gəlsin buraya.” 

 

  



 

Gördüm üzü günəş kimi şölə saçan, ondan da xoşgül bir oğlan gəldi. Əsəd bəy soruşdu:  

 

  

 



“Vəzir təkdirmi?” 

 

  



 

“Yox,” -- dedi, -- “sərtib Gərrusi oradadır. Pul təhvil verir, nazir də oradadır.” 

 

  

 



Əsəd bəy mənə dedi: 

 

  



 

“Bir az əyləş.” -- Sonra Mirzağaya tapşırdı ki, vəzir tək olan kimi ona xəbər versin. 

 

  

 



Yarım saatdan sonra Mirzağa gəlib, hamının getdiyini bildirdi. Fərraşbaşı otaqdan çıxdı. Az 

sonra qayıdıb məni işarə ilə çağırdı. Durub onun dalınca getdim. Ağzını qulağıma yaxınlaşdırıb 

dedi: 

 

  



 

“Bu qulluqçuya bir zad ver.” 

 

  

 



“Gözüm üstə,” -- dedim.  

 

  



 

Üç dənə beş qranlığım var idi, çıxarıb hamısını verdim. Pərdəni qaldırdı. Gördüm vəzir pul 

kisələrini iki fərraşa yükləyib başqa qapıdan yola saldı. Ortalıqda   bir az qızıl pul qalmışdı. 

Vəzir onları bircə-bircə  tərəzidə çəkirdi. Mən baş əyib əllərim döşümdə dayanmışdım. Bu 

vəziyyət on dəqiqədən artıq davam elədi. Vəzir pulları çəkib tirmə kisəyə qoyandan sonra üzünü 

mənə tərəf çevirdi. 

 

  

 



“Nə istəyirsən?” -- dedi.  

 



 

94

  



 

“Ərzim var,” -- dedim.  

 

  

 



“De görək!” 

 

  



 

Daxili və xarici işlər nazirləri ilə görüşən vaxt söylədiyim ilk sözləri deyib əyləşmək izni 

istədim. Təəccüblə məni başdan ayağa qədər süzüb dedi: 

 

  



 

“Ağa füzul, sözünü ayaq üstə deyə bilməzsənmi? Xəstə-zad deyilsən ki?!” 

 

  

 



“Ərzim bir qədər uzundur,” -- dedim. 

 

  



 

“Nə qədər uzun olur-olsun, ayaq üstə dayan, söylə,” -- dedi. 

 

  

 



Gördüm oturmağa icazə verməyəcək. Qanı da bərk qara idi. Bir söz desəydim yanından qova 

bilərdi. Bununla belə dedim: 

 

  

 



“Cənab vəzir, sizi and verirəm islampənah padşahın cıqqasına, izin verin    oturum, öz dərdimi 

söyləyim.” 

 

  

 



İstər-istəməz dedi:  

 

  



 

“Əyləş görək.” 

 

  

 



Mən oturdum. Ərz elədim: 

 

  



 

“Mən allahın bir səyyah bəndəsiyəm. Özüm də Cəfəriməzhəb müsəlmanam. Bütün Avropa 

ölkələrini gəzmişəm. Bir çox dövlətlərin qoşunlarını görmüşəm. Onların nizam-intizamından, 

hərbi nazirlərinin halından  xəbərdaram. Müqəddəs Məşhəd    şəhərindən paytaxt hesab olunan 




 

95

bu şəhərə qədər mən sərhəd qoşunlarının   kazarmasından, top-topxanadan, sursatdan, qaladan, 



müdafiə xəttindən, bürcdən bir iz-əsər görmədim. Təkcə Məşhəd şəhərində bir neçə nəfər sərbaz 

gördüm. Kaş ki, heç onları da görməyə idim. Hamısı muzdurların, palçıq işində işləyən  

fəhlələrin günündə idilər. İndi bu qədim tarixə malik olan dövlətin hərbi naziri olan cənabınızdan 

soruşuram: İran dövlətinin vəziyyəti iki haldan kənarda deyil. Ya bütün qonşularla sülh ilə rəftar 

edib, xatircəmsiniz ki, heç bir müharibə olmayacaqdır. Belə olduqda daha bu qədər sərtip, 

mirpənc, əmirtuman, sərdar əkrəm, sərdar əfxəm, sərdar əzəm, hərbi nazirlik və kağız üzərində 

yazdığınız  iki yüz min nəfərlik qoşun nəyə lazımdır? Mübarək ərki qorumaq üçün iki-üç fövc 

qoşun kifayət elər. Hər şəhəri də bir hakimə tapşırarsınız. O da otuz-qırx nəfər maaşsız türk və 

iraqlı fərraşı ilə haman şəhəri qoruyar. Ona görə ki, iranlı padşaha itaət etməyi özünə borc bilir. 

Tutaq ki, belə olmadı, ikinci hal üz    verdi. Belə fərz edək ki, İran dövlətinin qarşısına bir 

düşmən çıxacaq. İran dövləti də onunla müharibə etməyə məcbur olacaq. Belə olduqda sizin 

müasir dövrün tələb etdiyi səviyyədə təlim görmüş qoşununuz bəs hanı? Müharibə sursatı, 

düşmənin qarşısını ala bilən silah, top-tüfənginiz haradadır? Silah anbarları, qoşun üçün lazım 

olan geyim hanı? Sizin sərhəd qoşunlarınız neçə fövcdür? Onlar    sərhəddin hansı mühüm 

nöqtələrində yerləşdirilmişdir? Sizin hərbi xəstəxanalarınız hanı? Ordularınızın həkimləri, 

cərrahları kimlərdir? Dava-dərman və cərrahlıq üçün lazım olan avadanlığınızı harada 

yerləşdirirsiniz? Millət və vətən yolunda şəhid olanları və yaralananları hansı nəqliyyat  vasitəsi 

ilə müharibə meydanından arxaya daşıyacaqsınız? Vətəni və dini müdafiə edən mücahidlər üçün 

məmləkətin hansı yerlərnidə saxlolar tikibsiniz? Düşmənin    hücumlarını dəf etmək üçün hansı 

yerlərdə zəruri vaxtlarda işə yarayan möhkəm  və alınmaz qalalar düzəltmisiniz? Dörd tərəfdən 

vətənimizə göz dikən saysız-hesabsız düşmənlərin qarşısını iyirmi yaşlı sərtiplərlə, altmış yaşlı 

əsgərlərlə almaq olarmı? Bu qədər iyirmi yaşlı sərtiplər dövlətin və millətin yolunda hansı parlaq 

xidmətlərinə görə sərtiplik  həmayili və qılıncına layiq hesab   ediliblər?” 

 

  



 

Söz buraya çatanda vəzirin rəngi ağappaq oldu. Qorxunc səslə bağırdı: 

 

  

 



“Əsəd, Əsəd, Əsəd!” 

 

  



 

Əsəd bəy fərraşbaşı gəldi. Vəzir dedi:  

 

  

 



“Bu füzul, ağzı yava köpək oğlunu hansı it oğlu buraya buraxıbdır?” 

 

  



 

Əsəd bəy qorxa-qorxa dedi: 

 

  

 



“Qurban, Hacıxan mənə bir məktub yazmışdı.” 

 

  



 

“....Yemişdi atasıynan,” -- dedi. -- “Vurun bu köpək oğlunu, vurun! Vurun! Çəkin atın bayıra!” 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə