İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə32/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   28   29   30   31   32   33   34   35   ...   160

 

96

 



  

 

Daha bilmədim ki, nə oldu. Hey sillə, təpik idi ki, yağış kimi mənim üz-gözümə yağırdı. Bir vaxt 



gördüm ki, nə çiynimdə əba qalıb, nə də başımda papaq. Beş-altı nəfər əl-ayağımdan, yaxamdan 

tutub sürüyür. Pilləkanların başında belimdən elə bir təpik ilişdirdilər ki, axırıncı pillədən düşüb 

yerə sərildim, neçə nəfər də aşağıdan hücum çəkdilər. Tutub zindana aparmaq istədilər. Dedim: 

 

  



 

“Baba, allah rizasına, əl çəkin mənim yaxamdan. Vəzir buyurdu ki, salın bayıra, daha demədi ki, 

dama basın.” 

 

  



 

Dedilər olmaz! 

 

  

 



Məşədi Həsən özünü yetirdi.  İngiliscə soruşdu: 

 

  



 

“Aman, qardaşım, sənə nə oldu?” 

 

  

 



Cavab verdim: 

 

  



 

“Olan oldu. Amma tutmaq hökmü verməyibdir. Bir təhər elə buradan başımızı götürüb qaçaq.” 

 

  

 



“Pulun var?” -- deyə Məşədi Həsən soruşdu. 

 

  



 

“Heç nə yoxumdur,” -- dedim. 

 

  

 



“Saatını çıxart,” -- dedi. 

 

  



 

Nə qədər istədim saatımı cibimdən çıxaram, bacarmadım, əlim əsirdi. Məşədi Həsən cibimi cırıb, 

saatı çıxartdı. Zənciri ilə fərraşlara verdi. Onlar bizim yaxamızdan əl çəkib, saata qiymət 

qoymaq, dəyərini bölüşdürməklə məşğul oldular. Biz aradan çıxdıq. Küçədə özümə gələndə 

gördüm ki, başım açıqdır, əbam da çiynimdə deyil. Məşədi Həsənə dedim:  

 



 

97

  



 

“Qardaş, tutalım ki, əbasız getmək olar, axı başıaçıq neyləyim?” 

 

  

 



Məşədi Həsən fərraşlardan birinə bir qran vəd edib, papağımın dalınca göndərdi. Fərraş 

papağımı gətirib bir qranı aldı. Bu dəfə də qarovulların girinə keçdik; onlar da bizdən çaypulu 

istəyirdilər. Bilmirəm, Məşədi Həsən onlara nə verdi. Oradan da bir təhər keçdik. Əzilmiş, 

didilmiş bədən, axsaq ayaq və ağlar gözlərlə bir təhər evə tərəf yollandıq. Yolda Məşədi Həsənə 

yalvarıb iltimas elədim ki, mənim başıma gələn hadisə haqqında Yusif əmiyə bir kəlmə belə 

deməsin. 

 

  

 



Evə çatdıq, Yüsif əmi məni görən kimi dəhşət içərisində özünü mənə çatdırıb dedi: 

 

  



 

“Vay, vay, bəy ağa, sənə nə olub, rəngin niyə belə qaçıb, nə üçün bədənin əsir?” 

 

  

 



Dedim: 

 

  



 

“Cavab vermək halım yoxdur, yorğan-döşək gətirin.” 

 

  

 



Yusif əmi yorğan-döşək gətirən kimi mən huşsuz düşdüm. Özümə gələndə gördüm çıraq yanır. 

Neçə nəfər mənim ətrafıma toplaşmışdı. Onlardan biri nəbzimi bir əli ilə tutmuş, o biri əlini 

alnıma qoymuşdu. Bildim ki, həkimdir. Mən gözlərimi açan kimi həkim soruşdu: 

 

  



 

“Necəsən, haran ağrıyır?” 

 

  

 



“Heç yerim ağrımır,” -- dedim.  

 

  



 

Həkim üzünü Yusif əmiyə tutub dedi: 

 

  

 



“Qorxma, allah haqqı, heç bir qorxusu yoxdur.” 

 

  




 

98

 



Gördüm Yusif əmi ağlaya-ağlaya deyir: 

 

  



 

“Ay həkimbaşı, qurbanın olum, buna bir şey olsa mən daha anasının yanına gedə  bilmərəm. 

Gərək özümü öldürüm.” 

 

  



 

Həkim yenə də dedi: 

 

  

 



“Allahın bəndəsi, and içirəm ki, heç nəyi deyil. Bir az iztirab keçirib, ürəyi narahatdır. Bu da ona 

qəflətən üz verən kədərli bir hadisədən ola bilər. Əhəmiyyəti yoxdur, keçib gedər. Əgər içki 

içəndir, bir az konyak, ya da köhnə çaxır verin içsin. Onda rahatlanar.” 

 

  



 

Yusif əmi dedi: 

 

  

 



“İndiyəcən içməyib, əgər lazım bilirsinizsə, çarə yoxdur, verməliyik içsin.” 

 

  



 

Mən bunu eşidən kimi dedim: 

 

  

 



“Allah eləməsin, ölsəm də içmərəm. Yusif əmi, mən xəstə deyiləm. Ürəyini sıxma.” 

 

  



 

Dikəlib yerimdə oturdum. Həkim dedi: 

 

  

 



“Bir şeylə başını məşğul eləyin. Nəyə çox həvəsi varsa onu verin. Şer kitabı verin, ya da çalan, 

oxuyan çağırın, bir az kefi kökəlsin.” 

 

  

 



Yusif əmi dedi: 

 

  



 

“"Tarixi-Nadiri" kitabını daha çox xoşlayır.” 

 

  



 

99

 



Həkim güldü, bunu Yusif əminin sadəlövhlüyünə yozdu. Sonra dedi: 

 

  



 

“Bir az nanə cövhəri alıb gətirin, çay qoyun, iki-üç damcı çayına damızdırın verin içsin.” 

 

  

 



Həkim iki şüşədə içməli dərman üçün nüsxə yazıb verdi. Həm də tapşırdı ki, hər iki saat 

yarımdan bir yarım fincan qəhvə içdirin. 

 

  

 



“İnşaallah, daha bundan sonra həkim-zad lazım olmayacaq,” -- dedi. -- “Əgər lazım olarsa yenə 

də mənə xəbər verin, gələrəm, allah amanında.” 

 

  

 



Məşədi Həsən beş qran həkimə verdi. Özü də dərmanları almağa getdi. Az keçmədən dərmanla 

qayıtdı. Bu vurhayda mən tez-tez Məşədi Həsənə işarə ilə andırırdım ki, mətləbi Yusif əmidən 

gizlin saxlasın. Birdən yadıma düşdü ki, yazıq Məşədi Həsən nahar da yeməyibdir. Üzr istədim. 

 

  



 

Dedi: 


 

  

 



“Heç eybi yoxdur, canınız sağ olsun.” 

 

  



 

Yusif əmi məndən soruşdu:  

 

  

 



“Bəs sən özün harada nahar yemisən?” 

 

  



 

“Mən başqa yerdə nahar yemişəm,” -- dedim.  

 

  

 



Məşədi Həsən güldü. 

 

  



 

Xülasə, o hadisə zamanı aldığım zərbələr üzündən iki-üç gün bayıra çıxa bilmədim. Dördüncü 

gün Hacıxan məni yoluxmağa gəldi. Amma onun aşpazı Qulaməli o vaxt gördüyümün əksinə 

olaraq təmiz, təzə paltar geymişdi. Başına təzə yumurta qılıqlı papaq qoymuşdu. Belinə xəncər 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə