İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə40/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   36   37   38   39   40   41   42   43   ...   160

 

119


Bildiyiniz kimi, İtaliya məmləkəti İrandan çox-çox kiçikdir. XIX əsrin əvvəllərində o ölkənin 

bütün maliyyatı beş milyon tümən idi. Amma bu gün əlli milyon tümən olubdur. Onun əhalisi də 

bu nisbətlə artmışdır. Başqa dövlətlərdə də vəziyyət eynidir. Desəm ki, Londonda nəşr olunan 

"Tayms" qəzeti mətbəəsinin gəliri İranın bir illik gəlirindən artıqdır, əlbəttə, bizim savadsız 

vəzirlərimiz buna inanmayacaqlar. Halbuki bu, günəşdən aydın bir həqiqətdir.  Hələ vəzirlərimiz, 

hətta  sədr-əzəmimiz  bugünədək bilmirlər ki, bank təsis etmək, kağız pulu işə salmaq nə yolla 

ola bilər. Millət nümayəndələri məclisi, yəni parlament nə kimi bir şeydir.  Hələ bugünədək İran 

vəzirlərindən birinin ölkəmizin gəlirinin artırmaq haqqında düzgün bir tədbirə əl atdığını, bu 

haqda  bir layihə hazırladığını  görməmişik. Ona görə ki, vəzirlərimizin çoxu   savadda, bilikdə, 

beynəlmiləl hüquq və dövlətlər arasındakı diplomatik əlaqələr sahasində və  mehtərləri, çayçıları 

və nökərlərindən heç də üstün və yüksək   deyillər. Onları fərqləndirən cəhət budur ki, ya ərəbcə 

şerlərin mənasını başa düşür, ya da ki, babaları tərəfindən bu vəzifə onlara irs qalmışdır. Bu o 

deməkdir ki, onlar atadan, babadan bu dövlətə və millətə xain olmuşlar. Elə sələflərinin xidmət 

kimi cilvələndirdikləri bu xəyanətə görə də onlar iyirmi kürurluq İran əhalisinin özlərinin satın 

alınmış qulu hesab edir, adam yerinə qoymurlar. 

 

  



 

Xülasə, bu dinsiz vəzirlərdən adam soruşub deyə ki, ey möhtərəm vəzirlər, millət içərisindən bir 

nəfəri başqa yerə səfərə gedəndə qayıdan baş hədiyyə üçün faydalı bir sovqat gətirir. Bəs siz üç 

dəfə Avropanı səyahət etdiniz, məmləkətin çoxlu pullarını xərclədiniz. O qədər xərcin, yol əzab-

əziyyətinin müqabilində vətənə və həmvətənlərinizə özünüzlə nə kimi bir hədiyyə gətirdiniz? 

Onlar bu sualın   müqabilində heç bir söz deyə bilməzlər. Ancaq qoy mən deyim: Gətirdikləri -- 

eybəcərliklərdən və fisqü fəsaddan başqa bir şey deyildir. 

 

  



 

Yadımdadır, bir dəfə Yapon ölkəsindən bir nümayəndə heyəti səyahət əzmi ilə alman torpağına 

varid olur. Günlərin birində top istehsal edən karxanaya tamaşaya gedirlər. Almanlarda şübhə 

yaratmamaq üçün əllərində qələm-kağız olmadan heyət üzvlərindən hər biri bu sənayenin 

incəliklərindən birini uzaqgörən dəqiq fikrin fırçası ilə hafizə lövhəsində rəsm edir, öz xoşbəxt 

vətənlərinə qayıdandan sonra haman maşını eyni ilə düzəldib çoxlu miqdarda top istehsal edirlər 

ki, alman toplarından əsla fərqlənmir. Bu əhvalatı o zamankı qəzetlərdə yəqin ki, siz də oxumuş 

olarsınız. Daha mən xidmətlərinə şərəfyab olmuş olduğunuz bu alçaq, bədxah vəzirlərin milli 

təəssübü, şahpərəstliyi, vətənpərvərliyi və millətsevərliyi, dəyanəti və əmanəti haqqında bundan 

artıq nə deyim?! Onların hiyləgərliyi qorxusundan mən bütün yazılarımı və hazırladığım 

layihələri səndən və bir neçə sınanmış səmimi dostumdan başqa heç kəsə göstərməmişəm. Çünki 

indiki zamanda bu kimi fikirlərin adamın ölümünə və ya işdən çıxarılmasına səbəb olduğunu 

yaxşı bilirəm.” 

 

  



 

Dedim: 


 

  

 



“Cənab, insanın adının əbədi yaşamasına səbəb ola bilən bir iş görməsindən daha ləzzətli 

dünyada nə ola bilər? Mənə elə gəlir ki, Alman sədr-əzəmi prins Bismarkın adını dost və ya 

düşmən olmalarına baxmayaraq, səkkiz yaşlı uşaqdan tutmuş həştad yaşlı qarıyadək hamı uzun 

müddət hörmətlə yad edəcəkdir. Hərçənd ki, vətənimizin bədbəxtliyi üzündən mərhum Mirzə 

Təqi xan Əmiri-kəbirdən heç bir şey yadigar qalmamışdır. Daha doğrusu, əslində ölkətnin və 

millətin bədxahları və xainləri ona macal vermədilər ki, bir şey yadigar qoysun. Amma bununla 




 

120


belə indiyədək dinsiz və yaltaq bir tarixçidən başqa, iranlılardan heç bir kəsin o böyük kişinin 

adını hörmətsizliklə yad etdiyini, bir rəhmət oxumaqla onun pak ruhunu şad etmədiyini 

görməmişəm. Hamı onun vətənpərvərlik hisslərinin yüksəkliyi qarşısında hörmətlə baş əyir. 

Bundan əlavə, belə bir məsəl var: "Möhtəsib bazardadır" -- deyərlər. Eşitdiyimə görə, bu 

zalımların, yəni Firon və Nəmrudun* tör-töküntüləri olan bu alçaqların əhalidən zorla qoparıb 

yığdıqlarını yuxarı başdakılar tutub əllərindən alırlar. Özlərindən də olmasa, öldükdən sonra nə 

vasitə ilə olur-olsun, bir neçə qat artıqlaması ilə vərəsələrindən saldırırlar.” 

 

  



 

O dedi: 


 

  

 



“Doğrudur, qızılı başqası aparır, günahı bunların boynunda qalır. Ancaq bunlar nə öz övladları 

haqqında düşünür, nə də qiyamət günündə sorğu-sualdan çəkinirlər. Badənin hərarətindən beyni 

coşub huşunu itirmiş sərxoşlar kimi bu beyti zümzümə eləyirlər: 

 

  



 

Çün dünən keçmiş, sabahdan bir xəbər yoxdur hələ.  

 

Sən bu gün fikrində ol, Sədi, ki, düşməz heç ələ. 



 

  

 



Onlar uşaqlıqdan əzbərlədikləri bu rindanə beyti o qədər oxuyurlar ki, bütün ömürləri başa çatır. 

 

  



 

Biz hər gün eşidər və qəzetlərdə oxuyuruq ki, filan dövlətin vəziri istefaya çıxdı. Bu istefanın 

neçə səbəbi olur. Ya xəstəlik üzündəndir və hakimlərin göstərişi ilə müəyyən müddət işdən 

ayrılıb müalicə olunmalıdır ki, sağaldıqdan sonra farağatla yenə də vətənə xidmət etsin, ya da 

qocalıq və zəiflik üzündən öz vəzifəsini layiqincə yerinə yetirə bilməməsidir. İstefaya çıxmağın 

daha çox baş verən bir ümdə səbəbi də vətənpərvərlik mülahizəsinə görədir. Yəni o vəzir vətənin 

mənafeyi, sülh və ya müharibə xüsusunda bir tədbir düşünür, onun icra edilməsi üçün millətin 

məşvərət məclisinə qanun layihəsi gətirir. Ancaq onun fikrini düzgün hesab etməyərək layihəsini 

rədd etdikdə o vəzir də öz şərəfini, namusunu, etibarını qorumaq və gələcəkdə hər cür töhmətdən 

yaxasını qurtarmaq üçün öz məqamından əl çəkir. Təəssüflər olsun ki, bizim vəzirlərimiz yüz il 

vəzirlikdə qalsalar da, ölkəni min bir təhlükəyə düçar etsələr də, nə öz bacarıqsızlığından utanar, 

nə də könüllü olaraq işdən kənara çəkilərlər. 

 

  

 



Bu xoşagəlməyən vəziyyətin davam etməsinin əsas səbəbi elmsizlikdir və indiyədək mən nə 

qədər fəryad qoparıb deyirəm ki, bizim üçün məktəb lazımdır, elm lazımdır, vəziyyətimiz ancaq 

bugünkü elmlər və fənlərdən başı çıxan savadlı, elmli adamların hümməti ilə dəyişilə bilər, fayda 

vermir ki, vermir. Bu korlar görmürlər ki, Qərb dövlətlərinin bütün hörmət və iftixarının səbəbi 

elmli və   bilikli olmalarındadır. Eləcə də Şərq xalqlarının  xarlığı və zilləti elmsizlik və cəhalət 

üzündəndir. Bu ağılsızlar nəzərə almırlar ki, sonuncu əsrdə İranın hərc-mərcliyinin, şahlığın eyni 

sülalə və nəsildə qalmayıb, üzük kimi hər gün bir barmağa taxılmasının səbəbi elmsizlik və 

qanunsuzluqdan başqa bir şey deyildir. Bütün bu pozğunluqlar zülmdən, zülm isə cəhalətdən 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə