İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə38/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   34   35   36   37   38   39   40   41   ...   160

 

115


Bədən qəlibindən ruh çıxıb gedər. 

 

  



 

Qeyd etdiyim kimi, bir millətin əsas ictimai varlığını təşkil edən təbəələr məmləkətin 

orqanizmində sövda yerindədir. Tibb elmində sübuta çatdırıldığı kimi, xörəyin həzmindən sonra 

mədəyə qida çatmadıqda mədənin tamamilə boş qalmaması üçün insanın dalağı mədəyə bir 

qədər sövda çatdırır. Bu onun üçündür ki, mədənin fəaliyyəti pozulmasın, eləcə də ölkənin 

mədəsi yerində olan dövlət xəzinəsi boşaldıqda təbəələr və əkinçilər öz əməklərinin məhsulunu 

nəqddən, cinsdən toplayıb, həmin mədəyə doldurmaqla onu qidalandırırlar. Çünki o boş 

qaldıqda, dövlətin sağlamlığı pozulur. Bu cəhətdən də təbəənin halına qalmaq dövlət üçün 

olduqca zəruridir. Məhz ona görə də keçmişdəki böyük padşahlardan çoxu hökumətin və 

səltənətin bəqası və davamı üçün ilk vasitə olan bu incə məsələni dərk etmiş, rəiyyətin rifah 

halını təmin etmək, onun qayğısına qalmaq yolunda səy göstərmişlər. Onlar kəndləri 

abadlaşdırmaq, kəndliləri və əkinçiləri hər cür zərərdən qorumaqla öz yerindən tərpənməməyə, 

canla-başla torpağı becərməyə, əkini artırmağa həvəsləndirmişlər. 

 

  



 

Bu da məlumdur ki, bədən mülkündə sövdanın artması sayıqlama, xəyal, xülya, yuxusuzluq kimi 

bir sıra ruhi xəstəliklərin törənməsinə səbəb olur. Bunların nəticəsində ruh zəifləyir, bədən 

müəyyən dərəcədə arıqlayır. 

 

  

 



Bəzən rəiyyət və kəndlilərlə mülkədarlar arasında ixtilaf əmələ gəlir. Hətta onlar dövlət 

mükəlləfiyyətlərini ödəməkdən boyun qaçırırlar. Ancaq sövda xəstəlikləri o qədər də qorxulu 

olmadığı kimi, rəiyyət və kəndlilərdən də dövlətə və məmləkətə o qədər böyük zərər gözlənilmir. 

Azacıq tədbirlə qışqır-bağırlarını kəsmək olur. Hər halda onların da rifahı və rahatlığı etidal 

həddindən gərək kənara çıxmasın. 

 

  



 

Dedik ki, tacirlər və alverçilər zümrəsi ölkənin orqanizmindəki səfraya bənzəyir. Səfra bədən 

mülkündə olan məsrəfsiz, kəsif maddələrin təbii məcralar vasitəsilə dəf edilməsinə səbəb olur. 

Şübhəsiz ki, səfra normal dərəcədə olduqda bədənin sağlamlığına və salamatlığına səbəb 

olacaqdır. Lakin təbii həddini aşdıqda işlər yenə də pozulacaq. 

 

  



 

Tacir təbəqəsi yeməkdə, geyimdə, ev təcəmmülatında ifrata vardıqda və öz xərclərini artırdıqda 

getdikcə iş tamahkarlığa, möhtəkirliyə, başqalarının haqqını danmağa gəlib çatır. Beləliklə də 

cəmiyyətdə yoxsulluq şiddətlənir, əhali arasında ümumi iflas törənməsinə səbəb olur. 

 

  

 



Qoşunu da məmləkətin orqanizmindəki bəlğəmə oxşatdıq. Bəlğəmin həddindən çox olması 

sağlamlığın pozulmasına, orta səviyyədə olması isə həyatın davam etməsinə səbəb olduğu kimi, 

cəmiyyətin nizam-intizamının davamı məsələsi də bu dörd əsas tərkib hissəsi arasındakı 

nisbətlərin orta vəziyyətdə müvazinətdə saxlanılmasından asılıdır. Hərçənd ki, bunları həqiqi 

etidala səbəb olan müəyyən bir vəziyyətdə saxlamaq qeyri-mümkündür, amma elə etmək 



 

116


lazımdır ki, nisbətlərin pozulması müəyyən həddi keçməsin. Çünki nisbətlər pozulduqca 

orqanizmdə xəstəlik əmələ gələcəkdir. 

 

  

 



İnsan sabitləşmə dövrünü keçirəndən sonra təbii qocalıq dövrünə qədəm qoyur. Bu vaxt bədən 

mülkündə bəlğəm artır. O da orqanizmdə soyuqluq və rütubət əmələ gətirir və öz hökmünü icra 

edir. Bəlğəm ixrac olub sakitləşdikcə onun yeri təbii olaraq dolur. Onda başqa ünsürlər də 

təbiətən ona təbdil olunmağa meyl göstərirlər. Bununla təcrübədə aydın olmuşdur ki, hər bir 

dövlətin qoşunu sabitləşmə mərhələsini keçirdikdən sonra çoxalır. Onun miqdarı nə qədər 

məhdudlaşdırılsa da yenə də cəmiyyətin başqa zümrələrinin meyli ona artır. Qoşun silkinə daxil 

ola bilməsələr də, onlar çalışırlar ki, geyimdə və davranışda özlərini hərbçilərə oxşatsınlar. 

Beləliklə, nə yolla olur-olsun, sabitləşmə dövründən sonar hər bir dövlətin qoşununun miqdarı 

artır. Bu halda insan öz orqanizmində artmağa başlayan bəlğəmin qarşısını ala bilmədiyi kimi

dövlət də qoşunun artmasının qarşısını ala bilməyəcək. Onun artmasının qarşısını almağa nə 

qədər səy göstərsə də müvəffəq olmayacaq. Yaxşısı budur ki, başqa ünsürlərə zərər yetişməməsi 

şərtilə onun artması ilə razılaşsın. Çünki bu, təbiətin hökmüdür, onun əleyhinə çıxmaq 

faydasızdır. 

 

  



 

Dörd ünsürü cəmiyyətin tərkib hissələri olan dörd sinfə oxşatdıq və dedik ki, danışma 

qabiliyyətinə malik olan varlıq -- şah mənziləsindədir, düşüncə qabiliyyəti vəzir, idrak 

qabiliyyəti -- müfti deməkdir. Mədəni xəzinəyə, dadbilmə hissini sərrafa, qidanı saxlama 

qabiliyyətini xəzinədara, qidanı həzməverən cihazı hesabdara və s. qüvvələri ölkənin işlərini 

idarə edən məmurlara bənzətdik. Ona görə də bədənin mədəsi yerində olan xəzinəyə hər nə 

toplanarsa, onu müəyyən əndazə ilə lazım olan hissələrə bölüşdürməlidir. Belə olduqda bütün 

hissələr öz payını almaqla, cəmiyyətin bütün zümrələri öz səyi və işinə görə ondan 

faydalanacaqdır. Bu o vaxt ola bilər ki, bölgü ədalətlə aparılsın. Belə olmasa, birinin daha çox 

qüvvətlənməsi digərinin zəifləməsinə və arada düşmənçilik törəməsinə səbəb olacaq. Onda 

məmləkətin də sağlamlığı pozulacaq, getdikcə çürümə prosesinin vüsəti artıb, dövlətin məzacını 

da zəiflədəcəkdir. Dövlət bu minvalla sabitləşmə dövrünün sonunadək davam edə bilər. Ancaq 

maliyyə vəziyyəti tədricən pozular, xəzinə boşalar, nəhayət, tamamilə sıradan çıxar. Onda hər 

cür izzət və iftixar o cəmiyyəti tərk edər, dövlət qüdrətdən məhrum olar. Bu kədərli hala səbəb 

olan hər bir alçaq isə qiyamətədək hamının nifrətini və lənətini qazanar, tarix də onun adını 

xainlərin və bədəməllərin cərgəsində yad edər. 

 

  

 



Sözün qısası, bu izahatdan aydın oldu ki, hər bir insan həyatı fərdi halda üç mərhələdən -- 

inkişafetmə, sabitləşmə, ölgünləşmə mərhələlərindən təşkil tapdığı kimi, bəşər cəmiyyətindən 

ibarət olan məmləkətlər və dövlətlər də eynilə həmin üç mərhələdən gəlib keçirlər. Lakin bu üç 

keyfiyyətdən hər hansının bir-birinə zidd tələblərə malik olması da aydın məsələdir. İnkişafetmə 

mərhələsində insanın ata-ana tərbiyəsi və himayəsinə ehtiyacı olduğu kimi, hər bir dövlət də 

yarandığı və təşəkkül tapdığı dövrdə tədbirli adamların köməyinə və təəssübünə möhtacdır. 

Cəmiyyətdə hər kəs öz maaşının qeydində olaraq güzəranı üçün bir vasitə axtarıb tapdığı kimi, 

dövlətlər də ədalətli qanunlar sayəsində vergi toplamaq vasitəsilə xəzinəsini doldurur. Lazım 

gələn vaxtlarda cəmiyyətin rifahını və varlığını qorumaq üçün ondan istifadə edir və bununla da 

əhalinin yaşayışı nizama salınır. 

 

  

 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə