İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə37/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   33   34   35   36   37   38   39   40   ...   160

 

112


onu aldada bilməyəcəklər. Nəsr yazmaqda az-çox bacarığı olanlar da onun Avropa səfərini 

dünyanı fəth etmək əzmində olan Filipp oğlu İskəndərin yürüşündən də üstün tuturlar. Şahın 

İngiltərə mələkəsi ilə görüşünü Süleymanla Bilqeys əhvalatı kimi qələmə verirlər. Beləliklə bir 

tərəfdən bu içiboş sözlərlə o yazığı aldadıb başını qatırlar, o biri tərəfdən də özləri rəiyyəti çapıb-

talayır, ölkəni viran edirlər. Allaha and olsun, bunların vətəndə əmələ  gətirdikləri xarabkarlıq 

Çingizin İrana etdiyi hücumlardan törənən viranlıqdan da betərdir.” 

 

  

 



“Bəs bu işlərin axırı necə olacaq?” -- deyə soruşdum. 

 

  



 

Dedi: 


 

  

 



“Əslinə baxsan, bizim hələ ümidimiz tamamilə kəsilməyib. Yenə bir ümid yolu var. Çünki 

təbiətin işlərindən biri də budur ki, insanın hər bir işə həvəsi, şövqü otuzdan əlli yaşınadək olur. 

Ondan sonra bədənin bütün qüvvələri zəifləməyə başlayır. Şahımıza gəldikdə isə onunku bu 

işlərdən çoxdan keçibdir.... Təəssüf ki, şahlıq vəliəhdə çatanda keçmişdən elə bir şey qalmayacaq 

ki, ona əsaslanaraq müəyyən islahat əmələ gətirə bilsin. Olan-qalan -- adlarını vəzir qoyub, 

ölkədəki bərbad vəziyyətin ilk müsəbbibləri sayılan bir ovuc alçaq məsxərəbaz, yaltaq və 

rüşvətxorlardan ibarət olacaq. Biçarə vəliəhd işin başlanğıcında kələfin ucunu tapa bilməyəcək. 

Belə pərişan  bir vəziyyət onun özünü də çaşbaş salmazsa o, böyük hünər göstərmiş olar. Hər 

halda, o vaxt ayıq və iradəli bir vəzir lazımdır ki, xarici siyasət qarşısında müqavimət göstərib, 

qonşulara məmləkətin daxili işlərinə qarışmaq fürsəti verməsin. Yalnız belə bir şərait yarandıqda 

yeni şah ölkənin idarəsi üçün tədbir görə bilər. Vətənimizin indiki və gələcək vəziyyətinin 

müxtəsər təsviri bundan  ibarətdir. Bununla belə, deyilməli mətləblər çoxdur. Əgər ikinci dəfə 

buraya gəlsəniz hamısını kağız üzərində görəcəksiniz....” 

 

  



 

Bunları deyib, möhtərəm cənab ucadan qışqırdı:  

 

  

 



“Uşaqlar, şam gətirin!” 

 

  



 

Bu möhtərəm cənabın söhbətlərindən mən o dərəcədə sevinmişdim ki, az qalırdı şadlığımdan 

oynayam. Xidmətçi gəlib dedi: 

 

  



 

“Buyurun, şam hazırdır.” 

 

  

 



Süfrə olduqca zəngin idi. Cürbəcür ləzzətli xörəklər hazırlamışdılar. Bilmirəm onların şamı hər 

gecə belə rəngarəng və təntənəli olur, yoxsa mənim xatirim üçün bu dəstgahı açmışdılar. 




 

113


 

  

 



Süfrə başında əyləşdik. Heç kəs yox idi. Yalnız o kiçik yaşlı uşaq bizimlə süfrə başında 

oturmuşdu. Mən dedim: 

 

  

 



“Bu gün ağazadə ilə söhbət eləyib, ondan çox ağıllı sözlər eşitdim. Allah saxlasın, əgər bizim 

qocalarımızın bu kiçik uşaq qədər ağlı və dərrakəsi olsa idi heç bir qəmimiz olmazdı.” 

 

  

 



“Məgər o sizin yanınıza gəlmişdi?” -- deyə möhtərəm cənab soruşdu. 

 

  



 

“Bəli,” -- dedim. -- “Xidmətçi ilə çay gətirmişdilər. Aramızda söhbət oldu.” 

 

  

 



Möhtərəm cənab dedi: 

 

  



 

“Əgər meyliniz varsa, məmləkəti idarə etmək qaydaları haqqında sizinlə hikmət üzündən qısaca 

söhbət eləyim?” 

 

  



 

“Ürəkdən istərdim,” -- dedim.  

 

  

 



Buyurdu: 

 

  



 

“Əzizim, bu məsələ hamıya bəllidir ki, məmləkət və şahlıq adlanan dövlətin həqiqi mənası 

müəyyən qaydalar əsasında bir yerdə toplanmış insan cəmiyyətindən ibarətdir. Nəzəri və əməli 

hikmətin incəliklərindən və hadisələrin xüsusiyyətləri sirlərindən xəbəri olan bir para uzaqgörən 

arif tədqiqatçının əqidəsinə görə ictimai quruluşların vəziyyəti həqiqətdə insanın fərdi əhval-

ruhiyyəsi kimidir. Çünki dərindən baxanda görürsən ki, bir çox hallarda insanların ictimai və 

fərdi yaşayış vəziyyətləri bir-birinə oxşayır....” 

 

  



 

Filosoflar deyirlər: insanın ömrü üç mərhələyə -- inkişaf etmə, sabitləşmə və ölgünləşmə 

dövrlərinə bölündüyü kmmi, dövlətlər və bəşər cəmiyyətlərinin də üç mərhələsi olur. Ancaq 

insan orqanizminin zəifliyindən və ya güclülüyündəm asılı olaraq bu üç mərhələnin vəziyyəti 

müxtəlif adamlarda fərqli olur. Yəni orqanizmi zəif adamlarda ölgünləşmə dövrü güclü olur və 

sağlam adama nisbətən daha tez gəlib çatır. İnsanların ömründə nəzərə çarpan bu cəhət 




 

114


dövlətlərin və bəşər cəmiyyətlərinin də həyatında özünü göstərir. Dövlətlər də zəif olduqda, 

onların inkişaf, sabitləşmə və ölgünləşmə mərhələləri qısalır. Buna görə da bir para qədim 

ictimai quruluşlar orqanizmi zəiflədiyinə görə, sürətlə aradan gedir, inkişaf mərhələsində 

sabitləşir, sabitləşmə dövründə ölgünləşir. Necə deyirlər, əcəl-mayallaq olur, təbii vaxtından 

əvvəl devrilir. Bunun əksinə olaraq bir parası da güclü və sağlam orqanizmə malik olduğuna 

görə inkişaf və sabitləşmə dövrü uzanır. Keçmiş tarixə diqqətlə fikir verilsə bu iki incə məsələ 

hamıya aydın olar. 

 

  



 

Fərdi insanın və bəşər cəmiyyətinin bu üç mərhələsi üçün xüsusi tədbirlər və işlər lazımdır. 

Cəmiyyəti idarə etməyi öhdəsinə almış tədbirli adamlar bunları yaxşı bilirlər. Ona görə ki, onlar 

cəmiyyət tərəfindən bu iş üçün seçilmiş adamlardırlar. Cəmiyyətin sağlamlığını qorumaq kimi 

mühüm bir vəzifə onların öhdəsindədir. Məmləkətin və ya cəmiyyətin məzacında bir dəyişiklik, 

inqilab görünən kimi onlar müəyyən əlac və tədbirlə xəstəliyi müalicə etməyə başlayırlar. Belə 

bir vəziyyətdə onların cüzi qəflətindən böyük fəsadlar törəyir. Ruhi və cismani xəstəliklərdə 

ümumi qaydalar olduğu kimi, onlar da bu xəstəni müalicə etməkdə olduqca diqqətli olmalıdırlar. 

Məlumdur ki, qoca bir kişiyə yararlı olan dərmanı südəmər uşağa vermək olmaz. Eləcə də uşağın 

dərmanı qoca kişidə istənilən təsiri oyada bilməz. Gərək müalicə xəstənin məzacına uyğun olsun. 

Əks təqdirdə o ancaq zərər vermiş olar. Məlum olduğu kimi, insan orqanizmi dörd ünsürdən 

ibarətdir və onun ixtiyarı duyğular vasitəsilə danışmaq qabiliyyətinə malik olan vücudun qüdrətli 

əlinə tapşırılmışdır. Cəmiyyəti idarə etmək ixtiyarı da insan orqanizmindəki duyğulara bənzəyən 

vəzirlər və məsul işçilər vasitəsilə danışan varlığın misli olan şahın bacarıqlı əlindədir. Onun 

dörd ünsürü də ruhanilər, vəzirlər, tacirlər və təbəələrdir. Ruhani zümrəsi cəmiyyətdə insan 

orqanizmindəki qanın misalındadır. Qan dirilik mənbəyi olub, əsasən qəlbdə yerləşən ruhun 

bütün canlandırıcı feyzlərini bədən üzvlərinə yayır. Ona görə ki, həyat mənbəyi olan ruhun özü 

lətif bir cövhərdir. O, son dərəcə incə olduğundan öz-özlüyündə bədəndə cərəyan edə bilməz. 

Belə olduqda, cərəyanetmə qabiliyyəti və qüdrəti aydın olan qan, ruhu özü ilə götürüb, tük 

damarların olduqca dar yollarından keçir və bədənin ən dərin nöqtələrinə çatdırır ki, onun feyzi 

orqanizmin bütün üzvlərinə yayılmış olsun. Bunun nəticəsində də qan dolandıqca bədən üzvləri 

yaşayır və təravətlənir. Şəriət və həqiqət amilləri də bədəndə ruh mənziləsində olan şərif elmləri 

feyz mənbəyindən bilavasitə və ya bilvasitə alıb, mülayim bir dillə cəmiyyətin bədəni hökmündə 

olan kütlələrə çatdırırlar. İnsanın bədəni yaşamaq bəxş edən ruhdan feyziyab olduğu kimi, 

kütlələr də alimlər vasitəsilə onlara təlqin edilmiş elmlərin feyzindən canlanırlar. Beləliklə də 

izzət və iftixarla yaşamaq dövrünü uzadırlar. 

 

  

 



Cəmiyyətdə qoşun -- bədən mülkündəki bəlğamə, tacirlər -- səfraya, rəiyyət və kəndlilər isə 

sövdaya bənzəyirlər. Bu üç ünsürün təbiəti birinci ünsürdən fərqli olaraq torpaqla bağlıdır. Bu 

dörd ünsür həmişə qarşılıqlı surətdə bir-birindən faydalanır. Onlar adi qaydada davam edərsə, 

bədənin sağlamlığı təmin olunar, onların özləri də bir-birinin fəaliyyətindən faydalanar. Bu 

faydalanma nəticəsində cəmiyyətin intizamı da möhkəmlənər, dövlətin özü də lazımınca 

qüvvətlənib güclənər. Belə olduqda bu dörd ünsürün həmişə müvazinətdə saxlanılması lazım 

gəlir ki, kəmiyyət və keyfiyyət cəhətcə biri digərinə üstün gəlməsin. Bu incə cəhətə riayət 

olunmasa, dörd ünsür arasındakı nisbətlərin pozulması nəticəsində bədənin sağlamlığına rəxnə 

toxunar, dövlətin məzacı pozular. Sədinin dediyi kimi: 

 

  



 

Bu dörddən hər biri qalib gələrsə.  

 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə