İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə33/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   29   30   31   32   33   34   35   36   ...   160

 

100


taxmışdı. Mahud əba örtüb Hacıxanın arxasında dayanmışdı. Hacıxan məni zəif, solğun 

gördükdə soruşdu: 

 

  

 



“Olmasın azar, nə xəbərdir? Bu gün Məşədi Həsən əhvalatı mənə söylədi. Dedi ki....” 

 

  



 

Mən onun sözünün arasına girib, mətləbi tamamlamağa qoymadım. Çünki qorxdum Yusif əmi 

hal-qəziyyədən xəbərdar olsun. Üzümü Yusif əmiyə tutub dedim: 

 

  



 

“Əmican, siz tez samovara od salın.” 

 

  

 



Yusif əmi otaqdan çıxan kimi Hacıxan dedi: 

 

  



 

“Ay bəy, bu nə bəladır ki, sənin başına gəldi?” 

 

  

 



“Daha olan olub, keçən-keçibdir.” 

 

  



 

“Axı necə oldu ki, səni bu qədər döydülər?” 

 

  

 



Əhvalatı təfsilatı ilə nəql etdim. Təəccüblə dedi: 

 

  



 

“Sən dəli olmusan nədir? Bu ölkədə məgər bü kimi sözləri qürur və təkəbbürdə özünü firon və 

Şəddaddan üstün hesab edən hərbi nazirin yanında danışmaq olar? Bunların əlindən məmləkəti 

çapmaqdan, dövlətə, millətə xəyanət etməkdən başqa bir iş gəlməz. Dövrün vəziyyətindən heç 

bir şey başa düşmürlər. Mən özüm də aldığım bu xanlıq ləğəbindən utanıram. Ancaq neyləyəsən, 

bütün xanlar ya mənim kimi, ya da məndən betərdirlər. Hamısı eyni düşüncə və fikrə malikdirlər. 

Görüş dairəsi hamısında darısqaldır. Ancaq bircə şey haqqında düşünürlər. Mən əvvəldən nə 

məqsədlə bu nanəcibləri görmək istədiyini bilsəydim onların yanına getməyinə əsla razı 

olmazdım. Bunların əvəzinə səni möhtərəm bir zatın yanına aparardım. Görərdin ki, o, 

insaniyyət və mərifətin cövhəri, qeyrətin, vətənpərvərliyin canlı nümunəsidir. Onun pak zatı 

millətə məhəbbət palçığı ilə yoğrulmuşdur. Öz könül lövhəsində Vətən adı, vətənə məhəbbətdən 

başqa bir söz yazmamışdır. Vətənpərvərlərin qibləgahı olan o möhtərəm zat səninlə bir 

dərddədir. Vətənə məhəbbət uğrunda başına gələn bu münasibətin müqabilində səni elə bir feyzə 

və nemətə çatdıracağam ki, indiyədək gördüyün bütün cövrü-cəfanı unudasan. İndi möhtərəm 




 

101


şəxsin yanına gedib danışacağam, elə eləyəcəyəm ki, o, səni öz hüzuruna çağırsın. Qeyrət və 

təəssübün kövsər suyundan sənə o qədər badə içirsin ki, atəşin tamamilə sönsün.” 

 

  

 



Hacıxan sonra soruşdu:  

 

  



 

“Halın indi necədir?” 

 

  

 



“Zərər yoxdur,” -- dedim. -- “Bunların hamısı keçər. Hələ eşqin əvvəlidir.” 

 

  



 

Çay hazırlandı. İçdik. Bir az da söhbət elədik. Hacıxan Yusif əmi ilə bir az zarafatlaşdı, sonra 

vidalaşıb getdi. Sabahı gün gördüm bir nəfər gəlib dalandardan mənim adımı və mənzilimi 

soruşur. Göstərdilər. Çıxıb yuxarı gəldi. Ədəblə salam verib dedi: 

 

  

 



“Sizi bir yerdən istəyiblər. Xahiş elədilər, əgər vaxtınız varsa oraya təşrif gətirəsiniz. Nişan bu 

ki, Hacıxan sizə bir şey vədə eləyibdir.” 

 

  

 



O saat mətləbin nə yerdə olduğunu anladım. Dedim:  

 

  



 

“Siz bir qədər əyləşin, mən bu saat gələrəm.” 

 

  

 



Tez bazara gedib, dörd tümənə bir əba alıb evə qayıtdım. Əlqərəz, yola düşdük. Bir az getdikdən 

sonra məni müşayiət edən dedi: 

 

  

 



“Meyliniz varsa tramvayla gedək.” 

 

  



 

“Xeyr,” -- dedim. -- “Gəzə-gəzə getməyimiz yaxşıdır.” 

 

  

 



Nəhayət, təntənəsi sahibinin əzəmətindən xəbər verən böyük bir imarətin qapısına gəlib çatdıq. 

İçəri girdik. Al-əlvan gül-çiçəklə bəzənmiş gözəl, səfalı bir bağ gördüm. Bir dəstə xidmətçi 

hərəsi bir tərəfdə öz işi ilə məşğul idi. Heç kəsin o biri ilə işi yox idi. Pillələri yuxarı qalxıb, 



 

102


imarətin ikinci mərtəbəsinə çıxdıq. Böyük bir zaldan keçdik. Otaqlardan birinin qapısı qabağında 

bir xidmətçi dayanmışdı. Pərdəni qaldırdı. Simasında nəcabət və böyüklük əlamətləri aşkar 

görünən bir şəxs kürsü üstündə əyləşmişdi. Elə bil insan paltarı geymiş mələk idi. O möhtərəm 

zatın simasını, cazibəli, mərd sifətini görən kimi məndə olan bütün qəm-kədər yox oldu. Səmim-

qəlbdən salam verdim. Mehriban, gülərüzlə salamımı alıb buyurdu: 

 

  



 

“Bismillah, buyurun.” 

 

  

 



Mən xalçanın üstündə əyləşdim.  

 

  



 

“Yaxın gəlin, yaxın gəlin,” -- buyurdu və yanındakı kürsüyə işarə edib orada əyləşməyimi 

təkidlə xahiş elədi. Mən göstərdiyi yerdə əyləşdim. Kef-əhval soruşub, xoş-beş mərasimini 

yerinə yetirdikdən sonra dedi: 

 

  

 



“Sizin adınız İbrahim bəymidir?” 

 

  



 

“Bəli,” -- dedim.  

 

  

 



Buyurdu: 

 

  



 

“Misirin havası çox istidir. Bu uzun müddətdə necə dözüb orada yaşayırsınız? Eşitmişəm, uzun 

illərdən bəri orada məskən salmısız.” 

 

  



 

“Bütün çətinliklər adət vasitəsilə asanlaşır,” -- dedim. -- “Biz də oranın ab-havasına adət 

eləmişik.” 

 

  



 

Buyurdu: 

 

  

 



“Doğrudur, hər şey adətdən asılıdır.” -- Azca sükutdan sonra əlavə elədi: -- “Böyüklərdən birinin 

sizin haqqınızda hörmətsizlik göstərdiyini eşitmişəm. Həqiqətən çox təəssüf etdim, hədsiz 

kədərləndim. Amma nə etməli, yanmaq və dözmək lazımdır. Təəssüflər olsun! Sizin canınız sağ 

olsun, onlara da allah insaf versin. Doğrusu budur ki, mən istədim sizinlə söhbət eləyəm, görəm 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə