İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə36/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   32   33   34   35   36   37   38   39   ...   160

 

109


 

  

 



“Atam həmişə savadsız vəzirlərə lənət oxuyur. Axı doğrudan da, savadları olmaya-olmaya necə 

vəzirlik edirlər?! Bir molla başında əmmamə, çiynində əba minbərə çıxanda ondan məsələ 

soruşsalar o düzgün cavab verə bilməzsə, əlbəttə, utanacaq, belə deyilmi? Savadsız vəzirlərdən 

də bir söz soruşsalar bilmədikdə, məlumdur ki, xalq içində başıaşağı olacaqlar.” 

 

  

 



Bu uşağın huşu, zəkası məni heyran etdi. Dedim: 

 

  



 

“Afərin, afərin! Mən dua elərəm, sən bilikli, savadlı vəzir olarsan. Heyf ki, o günü görmək üçün 

mənim ömrüm vəfa etməyəcək. Amma, inşaallah, bizim övladımız o xoşbəxt zamanı görəcək və 

sənin kimi ağıllı vəzirin nazirliyindən faydalanacaqlar.” 

 

  

 



“Sizin neçə yaşınız var?” -- deyə soruşdu. 

 

  



 

“İyirmi doqquz yaşım var,” -- dedim. 

 

  

 



“Əgər mən yaxşı oxusam, alim olsam, əlli yaşımda vəzir ola bilərəm. İndi on iki yaşım var. Otuz 

səkkiz il bundan sonra.” 

 

  

 



Gördüm barmaqları ilə hesab edir. Azca fikirdən sonra başını qaldırıb dedi: 

 

  



 

“Onda sizin də altmış yeddi yaşınız olacaq. Qorxmayın, qorxmayın! Adam var ki, doxsan il, yüz 

il yaşayır. Atamın indi altmış yaşı var. Gözlərinə eynək taxmadan yazır.” 

 

  



 

Dedim: "İlahi, bu uşağı özün hifz elə. İranlı uşaqlar zatən xüsusi zəkaya malikdirlər. Amma 

çifayda, qəflət yuxusunun evi yıxılsın, heyf, heyf!" 

 

  



 

Gördüm vaxt keçir, o möhtərəm cənabdan bir xəbər olmadı. Ev sahibinin izni olmadan getmək 

də ədəbdən uzaq idi. Təzədən çay istədim. Gətirdilər. İçdim. Namaz qılmaq üçün dəstəmazımı 

təzələdim. İşin gedişindən bildim ki, bu gecəni burada qalmalı olacağam. Namaz qılandan sonra 

yenidən masanın arxasında oturdum. O kitabları oxuduqca sevincim artırdı. Hərbi nazirin 

kötəkləri, saat və əbamın qarət edilməsi, ağır söyüşlər büsbütün yadımdan çıxdı. Öz-özümə 




 

110


deyirdim: "Əgər mən bu möhtərəm cənabı görməyib o səfalətlə bu şəhəri tərk etsəydim, şübhəsiz 

ki, kədərin şiddətindən ölərdim". 

 

  

 



Günün batmasına yarım saat qalmış möhtərəm cənab rəsmi geyimlə qapıdan içəri girdi. 

 

  



 

“Bağışlayın, vaxt azdır, namazımı qılım gəlim,” -- dedi və getdi. Azan səsi təzəcə ucalmışdı ki, 

yenidən qayıtdı. Rəsmi geyimini dəyişmişdi. Ağ tirmədən tikilmiş gözəl paltar geymişdi. Salam 

verdi. Yerimdən qalxıb əlindən öpdüm. O da mənim alnımdan öpüb əyləşdi. Buyurdu: 

 

  

 



“Bu gün tək qaldınız, inşaallah ki, darıxmayıbsınız.” 

 

  



 

“Behiştdə kim darıxar,” -- dedim.  

 

  

 



Güldü. Dedim: 

 

  



 

“Mənə içirdiyiniz bu badənin zövq və nəşəsindən hələ ayılmamışam ki, özümdən xəbərim olsun. 

"Huşunu itirmiş nişansızdan nə xəbər verə bilər". Mən ki, bu qədər incə mətləbləri dərk 

etməkdən acizəm. Bundan əlavə, o qədər sevinirəm ki, başqa bir şey haqqında düşünə bilmirəm. 

Valeh olmuşam, tamamilə heyran qalmışam.” 

 

  



 

“Mən heç kəsə icazə vermərəm ki, kitabxanama daxil olsun,” -- dedi. -- “Sizi tamamilə məyus 

gördükdə, bütün İranda heç kəsin qanundan xəbəri olmadığını zənn etdiyinizi düşündüm. Ona 

görə də sizə qanuna malik olduğumuzu, lakin qanunun dustağa salındığını göstərmək istədim.” 

 

  

 



“Hamısından yaxşısı Avropa ölkələri qanunlarından bəzi zərərli maddələri bir yerə toplayıb 

onları "Lənətə gəlmiş qanunlar" adlandırmağınızdır,” -- dedim. 

 

  

 



“Əzizim,” -- dedi, -- “avropalıların qanunlarında həqiqi mədəniyyətə və insanlığın yüksək 

prinsiplərinə zidd olan nə varsa özlərininkidir. İşin başlanğıcında qanun yazarkən onların nə kimi 

nəticələr verəcəyini başa düşmürdülər. Ancaq mənə elə gəlir ki, qüvvədə olan bu qanunların 

qəbahətini indi özləri də anlamışlar. Fəqət iş-işdən keçmişdir. Daha dəyişdirə bilməzlər. Çünki 

qalmaqaldan, qarışıqlıqdan qorxurlar. İndi artıq onların arifi də, cahili də bu qanunlara adət 

etmişlər....” 

 



 

111


  

 

“Siz bu qanunun maddələrinə izah yazmamısınızmı?” -- deyə soruşdum. 



 

  

 



“Bunların izahı çox genişdir,” -- dedi. -- “Yazmışam, dəftər-kağızın arasında qalıb. Bu 

maddələrin əsası mərhum Mirzə Təqi Xan Əmir Nizamın əfkarından ibarətdir. Ancaq o 

mərhumun özü onları şərh etməmiş, yalnız xülasə şəklində deyib keçmişdir. İndi mənim 

yazdığım izahdan vətənin sərvətini artırmaq üçün onların nə dərəcədə faydalı olduqları aydın 

görünür.” 

 

  



 

“Belə qiymətli cəvahiri olan bir xəzinənin toplanılması üçün bu qədər zəhmət çəkib ömür tələf 

etdiyiniz halda onun hamıdan gizli saxlanıldığı bir şəraitdə İranın və iranlıların səadəti və 

mənfəəti üçün nə faydası ola bilər?” 

 

  

 



Bu sözləri eşidən kimi, o möhtərəm cənab dərindən elə bir ah çəkdi ki, mənim bədənim əsdi. O, 

təəssüflə dedi: 

 

  

 



“Mənim əzizim, hansı külü başıma ələyim?! Bu müqəddəs məramın irəliləməsi üçün heç kəs 

səsimə səs vermir. Uzun müddət münasib fürsət dalınca gəzdikdən sonra bu məsələlərin bəzisini 

təklikdə padşahın nəzərinə çatdıra bilirəm. Bunların icrası haqqında hökm verməyə onu razı 

salıram. Lakin bu hökmdən dörd nəfər sevinirsə, qırx nəfər inciyir. O qırx nəfər isə hər hansı 

vasitə ilə hökmün icrasına mane olur, min cür hiylə, ovsunla məsələni başqa cür göstərir, şahın 

xəyalında vəsvəsə yaradır, nəhayət, onu bu işdən əl çəkməyə vadar edirlər. Beləliklə hələ 

hökmün mürəkkəbi qurumamış qaynar sudan çıxan buxar kimi yuxarı qalxdıqca havaya qarışıb 

məhv olur. Şah da gah yaylaqdadır, gah da şikarda. Şəhərdə olanda da, adətən, həftələrlə 

hərəmxanasından bayıra çıxmır. Belə olduqda, əllərindən yaltaqlıq və məsxərabazlıqdan başqa 

bir iş gəlməyən hünərsiz, qeyrətsiz vəzirlər xəlvətdə şahla görüşür, öz məqsədlərini ələ 

gətirirlər.” 

 

  



 

“Axı işlərin nizama düşməsinin onlara nə zərəri var?” -- dedim. 

 

  

 



“Heç bir zərəri yoxdur,” -- dedi. -- “Fəqət qorxurlar ki, işi iş bilənlər əlinə tapşırsınlar, onlar da 

kənarda  qalsınlar.  Çünki vəzirlik və hökumətdən bildikləri şey ancaq şer adlandırdıqları bir-iki 

yalan sözün quyruğunu bir-birinə düyünləməkdən ibarətdir. Bəziləri bu vasitə ilə şahı göylərə 

qaldırıb, meraca çıxarırlar. Bir parası da İskəndəri, Daranı qəbirdən çıxarıb, şahın çiyni tüfəngli 

qarovulu və qapıçısı eləyirlər. Şahı ədalətdə Ənuşirəvana, sədaqət və allahı tanımaqda Əbazər və 

Səlmana bərabər tutanlar da vardır.  O, utanmazlardan bir neçəsi şahın meşədə ayı öldürməsini 

Xəndəq davasında Əlinin zərbələri kimi göstərirlər. Alman imperatoru hər il şikarda İran 

padşahının ovladıqlarından    yüz qat artıq yırtıcı və vəhşi heyvan vurur, amma alman 

şairlərindən heç birisi onun tüfənginin mədhinə qəsidə yazmamışlar. Çünki o şairlər bilirlər ki



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə