İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə34/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   30   31   32   33   34   35   36   37   ...   160

 

103


bu danışıqlardan sizin məqsədiniz nədir. Nə istəyirsiniz, nə üçün İrana gəlmisiniz? Sizcə, bizim 

İranın nöqsanı nədən ibarətdir? Bəlkə elə siz də yanılırsınız?” 

 

  

 



Ərz elədim: 

 

  



 

“Bu səfərdən mənim yeganə məqsədim vətənimin xaki-pakını ziyarət etmək idi. Amma əvvəlcə 

bunu da ərz eləməliyəm ki, bizim ailənin vətənpərvərlik təəssübü bütün Misirdə zərb-məsəldir. 

Bəli, biz İranı canımızdan da əziz tuturuq. Ona görə ki, o bizim müqəddəs vətənimiz, 

sələflərimizin həyat sürdüyü, ata-babalarımızın dəfn olunub əbədi uyuduğu yerdir. Buradan çox 

uzaqlarda olan Misirdə vətənimin pərişanlığı, intizamsızlığı, vətən övladının nadürüstlüyü, iş 

başında olanların qəfləti, etinasızlığı və gücsüzlərə hədsiz-hesabsız zülmü haqqında 

xoşagəlməyən sözlər eşidirdim. Ancaq vətənə olan böyük məhəbbət üzündən inanmaq 

istəmirdim. Nəhayət, belə qərara gəldim ki, gəlib hər şeyi öz gözümlə görüm. Cavanlığın havası 

da başıma vurdu. Daha heç nəyə baxmayıb, səfərə çıxdım. Sərhəddə qədəm qoyandan bu paytaxt 

şəhərinədək hər nə gördümsə, çox təəssüf ki, Misirdə deyilənlərin hamısının doğru olduğunu 

göstərdi. Xoşagələn bir şey yoxdur. Ona görə də bu viranlığın, geriliyin, qəflətin və rüsvayçılığın 

səbəbini məmləkətin vəzirlərindən soruşmaq qərarına gəldim. Dedim bəlkə bunların hamısının 

üzürlü və ağlabatan səbəbləri vardır. Min tələş və vasitə ilə vəzirlərin görüşünə nail oldum. 

Suallarımın cavabında sillə, yumruqdan başqa bir şey görmədim. Təhqirli söyüşlər, istehzalı 

gülüşlərdən başqa bir şey eşitmədim. Necə deyərlər, allah  müsəlmana da qismət eləməsin, kafirə 

də!” 

 

  



 

Dedi: 


 

  

 



“Əvvəlcə qanun barəsində. Qanun dedikdə sizin məqsədiniz nədən ibarətdir? Bunun üçün nə 

etmək lazımdır?” 

 

  

 



Dedim: 

 

  



 

“Qanunun mənası və izahı çox genişdir. Lakin ən azı onun hüquq və vəzifələrinin nədən ibarət 

olduğunu bilmək deməkdir.” 

 

  



 

“De görüm, bu hüquqlar hansılardır?” 

 

  

 



Dedim: 

 



 

104


  

 

“Qanun mövcud olduğu təqdirdə millətin tələb etdiyi və onu ələ gətirmək uğrunda vuruşduğu 



hüquqlar dörd hissədən ibarətdir: 

 

  



 

Birincisi -- vətənin özünə aid hüquqlar

 

  

 



İkincisi -- vətən övladına aid hüquqlar; 

 

  



 

Üçüncüsü -- vətəni idarəetmə işlərinə aid hüquqlar; 

 

  

 



Dördüncüsü -- vətənin ümumi hüquqları. 

 

  



 

Vətən orqanizminin dörd ünsürü yerində olan bu dörd hüquq bütün bölgüləri və təfərrüatı ilə 

üzvi şəkildə bir-birinə bağlıdır. Bunlara isə ümumiyyətlə milli hüquqlar deyilir. Onun təfsilatı və 

tərtibatı məcmuuna da qanun deyilir. Qanunun hökmləri isə hər kəsin haqqında, istisnasız olaraq 

icra olunmalıdır. 

 

  



 

V ə t ə n i n   ö z ü n ə   a i d   h ü q u q l a r. Bunlar vətənin azadlığı və istiqlaliyyətini 

qorumaqdan, nizam-intizam yaratmaq, özümüz üçün vətən hesab etdiyimiz və İran 

adlandırdığımız bu xaki-pakın sakinlərinin səadətini təmin etməkdən ibarətdir. İcazəmiz və 

razılığımız olmadan əcnəbilərdən bir nəfərinin belə onun sərhəddindən bir addım bu tərəfə 

keçməsinə yol verməməliyik. Hələ onların bu torpağın bir hissəsini istila etmək və ya bir 

guşəsində özünə yer eləyib ordu saxlamaq bir tərəfə dursun! 

 

  



 

V ə t ə n   ö v l a d ı n a   a i d   h ü q u q l a r. Bunlar vətəndə yaşayan hər bir kəsin həyatı, 

namusu, malı və şərəfinin öz həmvətənləri və ya əcnəbilərdən olan güclülərin təcavüzündən 

qorunmağı deməkdir. Bu da o deməkdir ki, hal-hazırda olduğu kimi, filan xanın fərraşları abırlı 

bir şəxsin cavan oğlunu günün günorta çağı kiçik bir bəhanə üstündə tutub dama basmaqla 

cərimə etməməlidirlər. Bu cavanın təqsiri isə atasının varlı və abırlı olmasından  başqa bir şey 

deyildir və məhz abırına qısıldığına görə də ondan istədiklərini alırlar. Yaxud filan hakimin ata 

minib bazardan  keçən arvadını müşayiət edən, 30-40 əliçomaqlı fərraş dükanında əyləşib öz işi 

ilə məşğul olan fağır bir alverçinin başını zopa  ilə yara bilməz. Hey qışqırıb deməməlidirlər ki; 

"Gözlərini yum!", "Kor ol!", "Dur! Otur! Çıx yuxarıya! Düş aşağıya!" Əgər bu hüquqlar mövcud 

olsa, eləyə bilməzlər ki, adamın qohumlarından biri müqəssir olduqda onu və ondan əlavə onun 

beş-on nəfər başqa qohumunu da tutub,  ayaqlarına  kündə-zəncir vuraraq həbs etsinlər, var-

yoxlarını əllərindən   çıxardıqdan sonra buraxsınlar; onlar da çarəsiz qalıb öz evini, yurdunu tərk 



 

105


etməyə, vətəndə qalıb zəlil olmaqdansa, qürbət dərdi çəkməyə məcbur olsunlar, əcnəbi 

torpağında məhv olub aradan getsinlər. 

 

  

 



V ə t ə n i   i d a r ə e t m ə   i ş l ə r i n ə   a i d   h ü q u q l a r. Vətənin və əhalinin səadətini 

təmin etmək üçün bir-birindən ayrı iki orqan -- qanunverici və icraedici orqanlar olmalıdır. Bu 

iki müstəqil orqanın başında duran yeganə şəxs padşahın zati-aliləridir. O, irsən və haqlı olaraq 

bu iki orqanı idarə etməlidir. İndi gəlin görək vətənə aid bu hüquqdan, yəni məmləkətdə işlərin 

nizama salınmasından, vətəndaşların səadətinin təmin olunmasından -- ümumiyyətlə yerinə 

yetirilməsi üçün şahın məsuliyyət daşıdığı bu hüquqlardan bir nişanə vardırmı? Əgər vardırsa, nə 

şəkildədir? Hələ bunların da üzərindən keçək. Bəluçistan məmləkəti İran dövlətinin qüdrəti və 

şövkətinin əsaslarından biridir. İngilis dövləti heç bir səbəb olmadan ona asanlıqla sahib çıxdı. 

Vətənimizin böyük bir hissəsi hesab olunan Herat indi əfqanlıların əlindədir. Dünən torpağı yüz 

min iranlının qanı ilə al rəngə boyanan Sərəxs zahirən İranın olsa da, həqiqətdə özgənin 

əlindədir. Başqa yerlərə nisbətən köhnəlmiş məsələ olsa da, Qafqaz ölkələrinin də vəziyyəti 

eynidir. Vətən övladının məhəbbətinin nə dərəcədə olduğunu isə bununla qiyas etmək olar ki, hər 

il azı əlli min iranlı hakimlərin və qüdrət sahiblərinin zülmündən baş götürüb xarici ölkələrə 

mühacirət edir. Heç kəs də onların haraya getmələri, vətəni və ailələrini nə üçün tərk etmələri 

qayğısına qalmır. 

 

  



 

V ə t ə n i n   ü m u m i   h ü q u q l a r ı. Bu, cəmiyyətin hər bir fərdinin hüququna şamil olan 

ayrı-ayrı xoşbəxtliklərin məcmusundan ibarətdir. Lakin cəmiyyətin ayrı-ayrı üzvləri o səadəti ələ 

gətirmək istəsə də ona təklikdə nail ola bilməzlər. Fəqət birləşdikdə bu səadəti əhya edib, onun 

ümumi səmərəsindən faydalana bilərlər. Vətəndaşlar vətən torpağını öz övladlarından daha artıq 

sevməlidirlər. Dini qorumağa borclu olduqları kimi, vətəni qorumağı da özlərinə vacib 

bilməlidirlər. Beləliklə də "vətənə məhəbbət -- dinə məhəbbət deməkdir" kimi müqəddəs 

vəzifəni yerinə yetirmiş olarlar. 

 

  

 



İndi görürük ki, bu səadətin davamı -- millətin, vətənin, ümumi sərvətin, şəriət qanunlarının və 

həyatın qorunması üçün qoşun, silah, sursat, top-tüfəng, ədalət və nizam-intizam lazımdır. Ancaq 

bədbəxtlikdən görürük ki, hal-hazırda əziz vətənimizdə düşməni dəf etmək üçün millətin qeyrətli 

oğullarının yanıqlı ahı və göz yaşlarından başqa bir şey yoxdur. Belə bir qədim və geniş ölkədə 

vətən övladının təlim-tərbiyəsi üçün nə bir məktəb var, nə də bir səhiyyə idarəsi. Onun 

sakinlərinin hüququnu müəyyənləşdirən bir qanun da yoxdur. Adi elm və fənlərdən də bir iz-əsər 

görünmür.” 

 

  



 

O möhtərəm cənab mənim sözlərimi eşitdikcə təəssüratımın şiddətindən titrəyir, gah təəssüflə 

dizinə vurur, bəzən də həsrətlə ürəyinin dərinliklərindən ah çəkirdi. 

 

  



 

Dedim: 


 

  

 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə