İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə30/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   26   27   28   29   30   31   32   33   ...   160

 

90

qanunla, ədalətlə rəftar eləyin? Bu acınacaqlı vəziyyətdən, cənab vəzir, allaha pənah aparıram. 



Haraya ayaq basırsan ah-nalələrinin tüstüsü ilə göyləri qaraldan, ürəyi od tutub yanan iranlılara 

rast gəlirsən. Onlar ölkənin daxilində olan zülm, haqsızlıq nəticəsində baş götürüb qaçır, xaricdə 

isə ondan daha betər cəfalara düçar olurlar. Osmanlı torpağında, Rusiyada hər hansı kəndə, 

qəsəbəyə getsən görəcəksən ki, bir ovuc arsız, işsiz avara fərraş bir adamın başına toplanıb    

onun adını qoyublar konsul. Hamısı əlbir olub, dövlət dəftərində heç  bir ismi-rəsmiləri olmayan 

bu cəlayi-vətən etmiş biçarələrin canına daraşıblar. Sağa  keçirlər, kəsirlər, sola keçirlər, 

siyirirlər. Əvvəla, məmləkətin daxilində nə üçün zülm qapıları bağlanılmır ki, bu yazıqlar da 

vətənlərini tərk etməyə  məcbur olmasınlar? İkincisi, nə üçün konsullar bu fəqir-füqəranın hər 

birisindən gərək təzkirə pulu ünvanı ilə beş manat alıb, öz cibinə salsın?! Əgər buyursanız ki, 

onlara bu  pulu maaş əvəzinə veririk, allah haqqı, aldanırsınız. Çünki bu pulu dövlət özü alıb 

həmin utanmaz mürüvvətsizlərə maaş versə, ildə dövlət xəzinəsinin gəliri xeyli artar, bu kimi 

rüsvayçılıqlar da müəyyən dərəcədə azalar. Hal-hazırda Osmanlı ölkəsində və Rusiyada bir iranlı 

öldükdə, hansı təbəqəyə mənsub olmasından asılı olmayaraq, onun birinci varisi həmin səfirlər 

və konsullardır. Ölünün vərəsələri və tələbkarlarının gücü çatdıqda onlara da müəyyən pay 

düşəcəkdir. Əks təqdirdə, əllərinə heç bir şey  çatmayacaq.   Pasport məsələsi də bunun tayıdır. 

Dəqiq şəkildə hesablanıb məlum olmuşdur    ki, hər bir iranlı, hər hansı sərhəddən gedir-getsin, 

Məkkəni ziyarət eləyib qayıdanadək qırx beş tümən təzkirə və qolçəkmə pulu verməlidir. Hər il 

azı dörd min nəfər iranlı Məkkənin ziyarətinə gedir. Bunların təzkirə pulu ildə yüz altmış min 

tüməndən artıq olur. Bu pulla Rusiyanın və Osmanlı ölkəsinin bütün mühüm və lazımi yerlərində 

müəyyən maaş və təlimatla konsul saxlamaq mümkündür. Maaş verildikdə isə, konsullardan 

şikayət olunarsa, onları məsuliyyətə cəlb edib, cəzalandırmaq da caizdir. Bizim və bütün 

müsəlmanların qibləsinin darvazası hesab olunan Cəddə limanında təsərrüfat işlərinə baxan 

məmur nəcib, ədəbli, dindar, şahnərəst, bilikli, savadlı ailəyə mənsub bir adam olarsa, bunun nə 

eybi var? Oranın təsərrüfat işinə baxan məmurun vəzifəsi hərraca qoyulur. Bu vəzifə hər il 

müzaidə ilə bir-iki min lirə müqabilində hər bir atasından xəbərsiz, alçaq, savadsızın əlinə 

tapşırılır ki, o da hörmət və hüquqlarının qorunması dövlətin öhdəsində olan hacıların canına, 

malına hakim kəsilir. Hökumət hər bir təzkirədən bir tüməndən artıq almadığı halda o, 

utanmadan, çəkinmədən yarım lirə alır ki, bu da iki tümən yarım eləyir. Hələ bundan sonra da 

camaatın yaxasından əl çəkmir, hamballar və dəvəçilərlə əlbir olub, hacıları çapır. Bir dəvəni və 

ya ulağı Cəddədən Məkkəyə kirə edəndə başqalarından, yəni Osmanlı, Misir, Əlcəzair, 

Hollandiya, Hind və Qafqaz müsəlmanlarından otuz quruş aldıqları halda iranlıdan iki yüz quruş

yəni altı dəfə artıq tələb edirdilər. Bu məsələləri hər il qəzetlər yazır və hacıların fəryadı göylərə 

yüksəlir. Amma bu fəryadları eşidən qulaq hanı?! Onlara zülm edən həyasızlar heç bir cəza 

almırlar. Üç aylıq müvəqqəti konsulların İran hacılarından hər il Cəddədə aldıqları pul bir səfirin 

maaşına kifayət edər. Cənab vəzir, əgər mənim bu dediklərimdən xəbəriniz vardır və bunların 

əhəmiyyətsiz olduğunu zənn eləyirsinizsə, onda icazə verin ərz eləyim ki, çox insafsız 

adamsınız. Xəbəriniz yoxdursa, başqa sözlə, sizin öhdənizdə olan idarələrdə nələr olduğunu 

bilmirsinizsə, onda hamının haqqı var ki, sizi başısoyuq bir adam hesab eləsin və bu yüksək 

məqama layiq olmadığınızı söyləsin. Vəssəlam.” 

 

  



 

Vəzir gərnəşərək yerindəcə dik oturdu, məni başdan-ayağa süzüb dedi: 

 

  

 



“Ərəbistanın tərbiyəsi bundan artıq olmaz ki!... 

 

  



 


 

91

Axmaq kişi, sən nə dili uzun, qafasız adammışsan. Qanun adını eşidib dilinə dolamısan. Bir 



ucdan qanundan dəm vurursan. Daha bunu qanmırsan ki, başqa dövlətlərdə bircə qanun vardır ki, 

ildə bir dəfə də icra olunmur. Bizim ölkəmizdə hər bir nazirliyin özünün ayrıca qanunu var. 

Onların hər birinin hökmü də yarım saat ərzində yerinə yetirilir. Sənin bircə işindən xoşum gəldi 

ki, İran təbəəliyindən çıxmamısan. Yoxsa səninlə başqa cür rəftar edərdim. Dur ayağa, cəhənnəm 

ol, ya allah!...” 

 

  



 

Gördüm oturmaq yeri deyil. Durub yola düşdüm. Xəcalətimdən tərləyib, cimcilaq su olmuşdum. 

Mirzə Kazım bəy sevincək gəlib soruşdu: 

 

  



 

“Misir konsulundan şikayət elədinmi?” 

 

  

 



“Yox,” -- dedim. -- “Məsələ başqadır. Xudahafiz.” 

 

  



 

Məşədi Həsən ilə oradan çıxıb dedim: 

 

  

 



“Hərçənd ki, daha gecdir. Amma bu gün bu işi başa çatdırmaq lazımdır. Gedək hərbi nazirliyə

görək başımıza nə gəlir.” 

 

  

 



Hərbi nazirliyə gəlib çatdıqda qarovullardan hər birinin tüfəngləri baş-başa çatıb bir tərəfdə 

oturub çubuq çəkdiklərini gördüm. İçəri girmək istədim. Soruşdular: 

 

  

 



“Haraya?” 

 

  



 

Məşədi Həsən dedi: 

 

  

 



“Ərizəçidir.” 

 

  



 

Bilmirəm, nə işarə elədilər. Məşədi Həsən dedi: 

 

  

 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə