İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə26/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   22   23   24   25   26   27   28   29   ...   160

 

79

  



 

“Mersi, Hacıxan, mersi, Hacıxan, mersi!” 

 

  

 



Hacıxan əlavə etdi: 

 

  



 

“Qəm eləmə, onların hamısı düzələr. Əgər nişandan-zaddan da istəsən özüm əl-ayaq elərəm.” 

 

  

 



“Xeyr, xeyr, mənə nişan-mişan lazım deyil,” -- dedim. 

 

  



 

“Özünə lazım deyilsə, dost-aşnana lazım olar. Bunun nə eybi var? İstəyirsən iki-üç müxtəlif 

dərəcəli nişan üçün adsız fərmanlar ələ gətirib, aparıb xaricdə kimə istəyirsən ver.” 

 

  



 

Dedim: 


 

  

 



“Əzizim, bu vəziyyəti görməkdən mənim ürəyim qanla dolub, indi də sən məni nişan satmağa 

yönəltmə. Dövlət nişanını bu dərəcədə ayaqlara salan adamı allah zəlil günə qoysun. Adam nə 

qədər alçaq və şərəfsiz olmalıdır ki, belə bir rəzaləti boynuna alsın. Nişan satmaq nə deməkdir? 

Adam öz irzini, namusunu satsa ondan yaxşıdır. Çünki irz, namus adamın özününküdür. Amma 

nişan ümumxalqın, ölkəninkidir. Biz gərək dövlət nişanına qüdsi nəzərlə baxaq, onun dəyərini 

canımızla ödəyək, onu ələ gətirmək üçün şirin canımızdan keçək. Onun şərəfini hər şeydən 

yüksək tutaq, çünki nişan -- xaricdə dövlətimizin şanı və milli şərəfimizin timsalıdır.” 

 

  



 

Mənim sözlərim molla Məmmədəlini darıxdırdı. 

 

  

 



“Baba, bunlar nə sözdür sən danışırsan? Xəbərdən xəbərin yoxdur, canım. Hacı Məmməd Bağır 

kürk-yaraqlı üç-dörd dəfə Rusiyaya, Almaniyaya səfər eləyibdir. Hər səfərində otuz-qırx dənə 

müxtəlif dərəcəli nişan ağ fərmanlarla apardı. Rusiyada öz gözümlə gördüm ki, hər birini min 

manatdan altı yüz manatacan satırdı. Əməlli-başlı pul qazandı.” 

 

  

 



“Məgər bütün bunları şah bilmir?” -- deyə soruşdum. 

 

  



 


 

80

“O yazığın nədən xəbəri var?” -- dedi. Onun başını elə qatmışlar ki, başını qaşımağa macalı 



yoxdur. Bunları xarici işlər naziri ilə sədr-əzəm əlbir olub satırlar.” 

 

  



 

Daha dayana bilmədim.  Hönkür-hönkür ağladım. 

 

  

 



Burada millətin qeyrətli övladlarından birinin vətən haqqında qoşduğu təranədən iki beyt yadıma 

düşdü. Münasib olduğu üçün yazdım: 

 

  

 



Vətən, behişt də sənin tək gözəl ola bilməz,  

 

Məhəbbətinlə vurur sinədə bu odlu ürək.  



 

Tükənməz hörmətinə kəc baxarsa hər bir kəs,  

 

Başında olmaya heç bir zaman papağı gərək. 



 

  

 



Bəli, tam qüdrətləri, bacarıqları olduğu halda dövlətin və millətin heysiyyətini və şərəfini 

qorumayan adamları, vətənin, millətin yüksək qədr-qiymətini alçaldanları gərək allah özü zəlil 

eləsin! 

 

  



 

Saata baxdım, gördüm gecə yarıdan ötür, molla Məmmədəliyə dedim: 

 

  

 



“Bizi mürəxxəs buyur gedək. Amma bəid deyil ki, yolda polislər qabağımızı kəssinlər.” 

 

  



 

“Mənim adamım sizi ötürəcək,” -- dedi, -- “onu hamı tanıyır.” 

 

  

 



Ucadan nökərini səslədi: 

 

  



 

“Qulaməli, fanar hazırla!” 

 

  

 



Qulaməli bir qədər əvvəl vəsfində yazdığımız haman pinti qoca aşpazdır. Əlində fanar, belində 

qəmə o dəqiqə hazır oldu. Baxdım ki, cavanlaşıb, cəld oğlan kimi mətin addımlarla qabağımızda 




 

81

gedirdi. Bizi karvansaramızın qapısına qədər müşayiət etdi. Qapını döydük. Açdılar. Qulaməliyə 



iki qran ənam verdim: 

 

  



 

“Allah xana ömür versin,” -- dedi. 

 

  

 



Dedim: 

 

  



 

“Ay baba, mən xan deyiləm.” 

 

  

 



Dedi: 

 

  



 

“Bah, Tehran ola belə ucuz qiymətə çörək satalar. Bəs indi xan olmasan nə vaxt olacaqsan?” 

 

  

 



Güldüm. O getdi, biz də mənzilə keçib yatdıq. 

 

  



 

Səhər tezdən durub namaz qıldıqdan, çay içdikdən sonra bir para xəyallar məni özünə məşğul 

eləməyə başladı. Gecə bəzi qarışıq yuxular görmüşdüm. Dəstədən dörd saat keçmiş Məşədi 

Həsəni uzaqdan gördüm. Pilləkanları çıxıb mənzilə gəlmək istəyirdi. 

 

  

 



Dedim: 

 

  



 

“Zəhmət çəkməyin, bu saat geyinib özüm aşağı düşərəm. Səninlə bir yerdə gedəcəyik.” 

 

  

 



Əbamı geyinib yola düşdük. Yolda Məşədi Həsənə dedim: 

 

  



 

“Məşədi, məni daxili işlər nazirinin evinə aparmalısan. Oradan da xarici işlər naziri və hərbi 

nazirin evinə getməliyik.” 

 

  



 


 

82

Məşədi Həsən dedi: 



 

  

 



“Hacıxan işləri düzəltdimi?” 

 

  



 

“Bəli,” -- dedim. 

 

  

 



Birlikdə gedib daxili işlər nazirinin evinə çatdıq. Mən əgər onun evinin binasını təsvir etsəm 

mətləb uzanar. Rza xanın sorağını tutdum. Göstərdilər. Yanına gedib salam verdim. Hacıxanın 

məktubunu cibimdən çıxarıb təqdim elədim.  

 

  



 

O, oxuyub üstümə atdı: 

 

  

 



“Bu gün olmaz. Heç vəchlə mümkün deyil,” -- dedi. 

 

  



 

Bir qədər yaxına yeriyib, ovcuna bir imperial qoydum. 

 

  

 



Mənim üzümə baxıb dedi: 

 

  



 

“Zəhmət olmasa bir az gözləyin.” 

 

  

 



Beş dəqiqədən sonra gəldi, qapını göstərib: 

 

  



 

“Buyurun,” -- dedi. 

 

  

 



Mən otağa girən kimi ikiqat əyilib təzim mərasimini yerinə yetirdim. Gördüm cənab vəzir tirmə 

şaldan paltar geyib, tam əzəmətlə yuxarı başda əyləşibdir. Mən dayanıb durdum. Vəzir dedi: 

 

  

 



“Hə, nə xəbər var?” 


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə