İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə23/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   19   20   21   22   23   24   25   26   ...   160

 

70

 



  

 

Yusif əmi nə qədər təkid etdisə də bizi dəvət edən şəxsin adını söyləmədim. Mənzildən dəmir 



yol vağzalınadək piyada getdik. Yeddi mildən az olan Şah Əbdüləzim yolu bütün İran 

məmləkətində yeganə dəmir yoludur. Onu da bir Belçika şirkəti çəkmişdir. Hərçənd ki, son 

dərəcədə nizamsızdır, amma yenə də evi abad olsun ki, eşşəyə minib getməkdən min dəfə 

yaxşıdır.  Bircə saatın ərzində   məqsədə çatıb, o müqəddəs məkanın ziyarətinə nail olduq. 

Namaz qılandan sonra o müqəddəs türbəyə tamaşa etdik. Bu məqbərə mənəvi ülviyyətə malik 

olmaqdan əlavə   əzəmətli və gözəl şəkildə tikilmişdir. Bu, memarlıq, aynabəndlik və təmizlik 

cəhətdən İranda ziyarət edib qəlbən şad olduğum ilk ibadətgahdır. Bir qədər    əyləşdik, 

vaxtımızı dua və quran oxumaqla keçirdik. Nahar çağı oradan bazara çıxıb, bir baqqal 

dükanından bal-qaymaq alıb yedik. Axşamüstü yenə də dəmir yol qatarı ilə şəhərə qayıtdıq. 

Şəhərdə bazarları və karvansaraları gəzib seyr etdik. Çarsu və bazarlar pis deyil. Karvansaraların 

da binaları gözəl və    abaddır. Amma heç bir yerdə bu kimi böyük şəhərlərin ticarətinin 

tərəqqisinə və əzəmətinə səbəb olan kompanilər, şirkətlər, banklar və kontorlara rast gəlmədik. 

Şəhər ticarət nöqteyi-nəzərindən elə bil matəmə batmışdı. Bir para sərraf dükanları gözə dəyirdi. 

Ola bilsin ki, onların bəzisi varlı-karlı idi. Amma hamıdan çox gördüyümüz kisə-kisə, xırman-

xırman qara pul idi ki, ayaq tutub bazarda yeriyirdi. Ancaq qızıl pul kimya hökmündə idi. Bütün 

şəhərdə nümunə üçün də olsa ondan iz-əsər görmədik. Görünür, ya əslən yoxdur, olsa da 

sandıqların təkində və ya torpağın altındadır. 

 

  



 

Vətənin tərəqqisi və islahı haqqında heç kəs düşünmür. Kiçikdən böyüyə, varlıdan kasıba, 

alimdən cahilədək hamı öz fikrindədir. Hər kəs öz eşşəyini otarır. Heç kəs başqasının hayına 

qalmır. Bir nəfər belə vətən və övladi-vətənin müştərək mənafeyindən danışmır. Sanki bu onların 

heç vətəni deyil, ya da ki, onlar bir-birləri ilə həmvətən deyillər. 

 

  



 

Ancaq ürək açan bir şey varsa o da Tehranın küçə-bazarında görünən hərbçilərdir. Hələ buraya 

gələnədək İranın heç bir yerində hərbi paltar geymiş adam görməmişdik. Süvarilər, topçular, 

hətta teleqraf qulluqçularının xüsusi hərbi paltarları vardır. Xüsusilə kazaklar və onların zabitləri 

tamamilə rus kazakları kimi geyinmişdilər. Amma deyildiyinə görə bunlar bircə fövcdur. 

 

  



 

Hava tamamilə qaranlıqlaşırdı. Yusif əmiyə dedim: 

 

  

 



“Vədə verdiyimiz yerə getmək vaxtıdır.” 

 

  



 

Hacıxanın evinə çatan kimi qapını döydük, Hacıxan özü qapıya gəldi: 

 

  

 



“Buyurun,” -- dedi. 

 



 

71

  



 

Mən iki dəfə salam verdim. Hacıxan soruşdu: 

 

  

 



“Bəs iki dəfə nə üçün salam verirsən?” 

 

  



 

“Biri dünənki salamın qəzasıdır,” -- dedim. -- “Çünki dünən sizi görən kimn özümü elə itirdim 

ki, salam yadımdan çıxdı.” 

 

  



 

Hacıxan güldü. Yuxarı çıxdıq, amma Yusif əmi dünən mən özümü itirdiyim kimi çaşbaş qalmış, 

dərin xəyala dalmışdı. Nəhayət, mənim qulağıma dedi: 

 

  



 

“Bu kişi filan tarixdə Misirdə qonağımız olan molla Məmmədəli deyilmi?” 

 

  

 



“Bəli,” -- dedim, -- “özüdür ki, var. Eşşək haman eşşəkdir, ancaq palanını dəyişmişdir.” 

 

  



 

Bu sözləri molla Məmmədəli özü də eşitdi. Qarnını tutub ucadan güldü. Dili pəltək vura-vura 

Yusif əminin kefini soruşdu: 

 

  



 

“U ... U ... Usuf ağa, maşallah heç dəyişilməmişsiniz. Elə hə ... hə ... həmən o vaxt gördüyüm 

Usuf ağasınız.” 

 

  



 

Xoş-beşdən sonra əyləşdik. Çay gətirdilər, içdik. Hacıxan dedi: 

 

  

 



“Ya ... ya ... ya ... yaxşı, indi buyurun görək, haradan gəlir, haraya gedirsiniz. Siz hara, Tehran 

hara?” 


 

  

 



Dedim: 

 

  



 


 

72

“Mən, əlbəttə, öz başımın qəzavü-qədərini söyləyəcəyəm, amma sən allah, əvvəl sən de görüm 



bu nə əhvalatdır, sən hara, xanlıq hara?!” 

 

  



 

“Mənim sərgüzəştim çox uzundur, ancaq qısaca desəm budur ki, Məkkədən qayıdandan sonra 

Tiflisə getdim. İki-üç il, o vaxt gördüyünüz kimi, yersiz, yurdsuz, lağlağılıqla başımı girlədim. 

Amma özümü oda-közə vurub, iki-üç yuz manat pul yığa bildim. Həmişə düşünürdüm ki, özümü 

bir təhər Tehrana sala bilsəm işim yaxşı tutar. Çünki İranın bəzi dövlət başçıları ilə gahdan bir 

olan görüşlərimdə mənə yəqin hasil olmuşdu ki, söhbətlərimə böyük rəğbət göstərəcəklər. Elə bu 

xəyalda idim ki, bəxtim üzümə gülümsədi. Şahın hərəmsərası nədimələrindən birinin Avropada 

müalicə olunub İrana qayıdarkən Tiflisə gəldiyini eşitdim. Mən də bir vasitə tapıb, onun 

xidmətçiləri sırasına keçdim. Rəşt şəhərinə qədər onun bütün adamlarının saqqızını oğurladım. 

Rəştdən Tehranadək camaata elə göstərirdim ki, guya mən onun müşayiətçilərinin lap 

mötəbərlərindənəm. Yol üstündə o hörmətli xanımın pişvazına gələnlər mənim söhbətlərimə 

vurulurdular. Hər birisi məni öz yanına çəkirdi, qonaq dəvət eləyirdi. Mən də özümü tutub

əvvəlcə qəbul eləmirdim, boynuna böyük bir minnət qoyandan sonra söhbətlərimlə onların 

məclislərini rövnəqləndirirdim. Nəhayət, Tehrana çatdıq, az bir müddət içərisində böyük-böyük 

mötəbər məclislərə yol tapdım. Söhbətlərimin pərəstişkarları gündən-günə artır, bazarım 

getdikcə qızışırdı. Bilirsiniz ki, mən farsca yaxşı bilmirəm, ancaq bir təhər qırıldadıram. İnanın 

ki, bunun özü də mənə fayda verdi. Farsca bilməməyim onların xoşuna gəlirdi. Mən də qəsdən 

onların xoşuna gəlmək üçün özümü lap bilməməzliyə vururdum ki, bunun özünün də başqa bir 

məzəsi var idi. İş oraya çatdı ki, sədr-əzəmin də məclisinə ayaq açdım. Mənim söhbətlərimdən o 

dərəcədə xoşu gəldi ki, sabahısı günü mənə bir şir-xurşid nişanı ilə xanlıq ləqəbi mərhəmət 

buyurub, başımı göylərə qaldırdı." 

 

  



 

Molla Mammədəli bunu deyib, şəhadət barmağı ilə pencəyinin yaxasında olan nişanı göstərdi və 

əlavə elədi: 

 

  



 

“Baxın, bu mənim aldığım birinci nişandır. Sədr-əzəmin xidmətçisi nişanı və fərmanı gətirib 

mənə verəndə buranın adəti üzrə məndən də ənam istədi. Ona da ənam əvəzinə bir məsəl 

söylədim. Gördü ki, daş qayaya rast gəlib, bir söz demədən üzüsulu qayıdıb getdi. Bir müddət 

keçmədən ikinci nişanı da aldım. Bu dəfə sərhəng rütbəsini də ona əlavə etmişdilər. Həm də yüz 

tümən maaş təyin eləmişdilər." 

 

  

 



Bu vaxt molla Məmmədəli yenə də barmağı ilə döşündəki ikinci nişanı göstərib dedi: 

 

  



 

“Hərçənd ki, maaş vüsul olmur, özüm də o qədər fikir vermirəm, çünki nəğdən camaatın yeganə 

ümidi, pənahı olmuşam. Vasitəçilik yolu ilə işim çox yaxşı gedir. Gündə beş-altı tümən, bəzən 

daha artıq mədaxilim olur. Keçən il sədr-əzəm cənabları buyurdular ki, Simnan hakimi işdən 

çıxarılıbdır, əgər meylin varsa oranın hökumətini sənin adına yazdırım. Ərz elədim: Allah 

həzrət-əşrəfin kölgəsini mənim başımdan əskik eləməsin. Nə maneə var, indi ki, məsləhət 

görürsünüz sizin buyuruğunuzun müqabilində mənim nə həddim var ki, başqa cür düşünəm. 

 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə