İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə19/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   15   16   17   18   19   20   21   22   ...   160

 

57

 



  

 

“Məşhəddəki hamamı görəndən sonra mən özümə söz vermişəm ki, bir daha İranda  hamama 



getməyim.” 

 

  



 

Yüsif əmi dedi: 

 

  

 



“Bura Tehrandır, islamın böyük şəhəri və paytaxtıdır. Ola bilsin ki, hamamları Məşhəd 

hamamları kimi olmasın.” 

 

  

 



“Onda bu gün sən get, suyu təmiz bir hamam olarsa sabah bərabər gedərik,” -- dedim. 

 

  



 

Yusif əmi fitə-qətifə götürüb, dalandarın göstərdiyi hamama getdi. Mən də əbamı başıma çəkib 

yatdım. Bir vaxt gördüm Yusif əmi məni oyadır.  

 

  



 

Dedim: 


 

  

 



“Hamam necə idi?” 

 

  



 

“Buranın da hamamlarının suyu qoxumuşdur. Ancaq kiçik bir xəznəsi var, onun içinə girmirlər. 

Əgər istəsəniz oradan təmiz su gətirib kisə çəkdirə bilərsiniz.” 

 

  



 

“Çox gözəl, sabah gedərik,” -- dedim.  

 

  

 



Dalandarı çağırıb adını soruşdum. Dedi: 

 

  



 

“Adım Məşədi Abdulladır.” 

 

  

 



“Bizə bir yaxşı çilovpəz dükanı göstərin,” -- deyə ondan xahiş elədim.  


 

58

 



  

 

Dedi: 



 

  

 



“Bu bazardan düz gedin, bir az aşağıda üzbəüz iki dükan var. Sağ əldəki yaxşı, təmiz, 

qaydasında olan dükandır.” 

 

  

 



Baxıb gördüm bu məmləkətdə daima bir bələdçiyə və yol göstərənə ehtiyacımız var. Ancaq nə 

eləyəsən, belə bir adamı haradan tapasan? Bu fikir-xəyalla gedirdim. Birdən yol üstündə avropalı 

bir adamın bir iranlı ilə rastlaşdığını gördüm. Onlar ingilislərə məxsus tərzdə görüşdülər. İranlı 

ingiliscə elə rəvan danışırdı ki, sanki heç iranlı deyil, əsil ingilisdir. Lap məəttəl qaldım. Mənim 

orada olduğumu duymasınlar deyə, özümü bir tərəfə verib guya bir işlə məşğul kimi göstərdim. 

Onların söhbətinə qulaq asmağa başladım. İranlı soruşdu: 

 

  

 



“Necə oldu?” 

 

  



 

İngilis cavab verdi: 

 

  

 



“Düzəldi. Otuz min tümən sədr-əzəmə....” 

 

  



 

Şahın özünə verilən məbləği də söylədi, ancaq sözlərini düzgün tuta bilmədim. Sonra əlavə etdi: 

 

  

 



“Sabah qibleyi-aləm də qol çəkəcəkdir.” 

 

  



 

Onlar aralandılar. İngilis getdi. Mən diqqətlə ona baxıb düşünürdüm: "Əcəba, görəsən bu iranlı 

ingilis dilini bu dərəcədə mükəmməl şəkildə harada öyrənibdir?" Sanki o da mənim könlümdən 

keçən sualı duymuşdu. Mənə tərəf yönəlib soruşdu: 

 

  

 



“Nə üçün mənə belə heyran-heyran baxırsan?” 

 

  



 


 

59

“Heyran olmağımın səbəbi sizin ingilis dilində bu qədər gözəl danışmağınızdır,” -- dedim. -- 



“Çox xoşum gəldi.” 

 

  



 

“Məgər siz də fransız dilini bilirsiniz?” -- deyə soruşdu. 

 

  

 



“Az-maz bilirəm,” -- dedim. 

 

  



 

İngiliscə suallar verdi. Cavab verdim. O da mənim ingiliscə bildiyimə görə təəccübləndi.  

 

  

 



“Hara gedirsiniz?“ -- dedi. Dedim: 

 

  



 

“Nahar eləmək üçün bir çilovpəz dükanı axtarırıq.” 

 

  

 



“Elədə gərək mənə qonaq olasınız.”  

 

  



 

Mən onun təklifini qəbul eləmədim:  

 

  

 



“İltifatınız artıq olsun,” -- dedim. -- “Siz lütfən bizə bir yaxşı yeməkxana göstərin, özünüz də bu 

gün bizimlə bir yerdə nahar etsəniz bizi minnətdar etmiş olarsınız.” 

 

  

 



Bizi bir dükana apardı. Doğrudan da, olduqca təmiz və səliqəli bir yeməkxana idi. Tiflisdəki 

yeməkxanaların əksinə, burada hər şey öz qaydasında idi. Söhbət əsnasında soruşdum: 

 

  

 



“O ingilis nəçidir, sizə nə deyirdi?” 

 

  



 

Dedi: 


 

  

 




 

60

“Bu adam İngiltərə kompaniyasının nümayəndəsidir. Tehrana gəlibdir ki, İran dövlətindən bir 



sıra imtiyazlar alsın və mədənlərin ixtiyaratını ələ keçirsin. Bayaq deyirdi ki, məsələ baş 

tutubdur, imtiyazları almışam. Guya sədr-əzəmə otuz min tümən bığ-yağı vermiş, şahın payına 

düşən hissə hələ məlum deyil.” 

 

  



 

“Siz ingilis dilini harada öyrənmişsiniz?” -- deyə soruşdum.  

 

  

 



Cavab verdi: 

 

  



 

“Bir müddət Bombeydə olmuşam, orada öyrənmişəm.” 

 

  

 



Bir yerdə nahar elədikdən sonra dedim:  

 

  



 

“Bizə qarşı göstərdiyiniz iltifatınızı təkmilləşdirmək üçün rica edirəm bir qədər də söhbət eləmək 

üçün bizim mənzilə təşrif gətirəsiniz.” 

 

  



 

Qəbul elədi. Birlikdə mənzilə getdik. Söhbət əsnasında bizim səfərimizin səbəbini soruşdu. 

Mənim adımı-sanımı, əslimi-nəsəbimi öyrənmək istədi. Dedim: 

 

  



 

“Əslim İrandandır, Misirdə anadan olmuşam. Adım İbrahimdir. Misirdən müqəddəs Məşhədi 

ziyarət etmək əzmilə çıxıb oradan da İranı səyahət etmək məqsədilə bu şəhərə gəlmişəm.” 

 

  



 

Mən də onun adını və harada anadan olduğunu soruşdum, dedi: 

 

  

 



“Adım Məşədi Həsəndir. Ancaq hamı məni Həsən Kirmani deyə çağırır.” 

 

  



 

Dedim:  


 

  

 



“Sizdən artıq dərəcədə təvəqqe edirəm ki, bu şəhərdə qalacağımız bu neçə gündə bizi unutmayıb, 

qəribnəvazlıq edəsiniz.” 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə