İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə21/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   17   18   19   20   21   22   23   24   ...   160

 

64

 



  

 

Mən daha ona demədim ki, Hacıxan bizim vədəmizi alıb. Mənzilə qayıtdım: gözləyirdim ki, 



sabah şam vaxtı tez gəlib çatsın və Hacıxanın evinə gedim, görüm o molla Hacı Məmmədəli 

haradan xan olub, nə vaxtdan camaatın müraciət etdiyi adam olub. 

 

  

 



Oxucuları agah etmək üçün burada molla Hacı Məmmədəlinin sərgüzəşti və onunla ilk 

tanışlığım haqqında, müxtəsər də olsa, məlumat verməliyəm. Qoy onlar da bilsinlər ki, bu gün 

mən bu evə gələndə kimə təzim eləmişəm, oradan çıxanda kimə baş əyib getmək üçün izin 

almışam. 

 

  

 



Günlərin birində mərhum atamın xidmətində əyləşmişdim. Gördüm Misir torpağının limanından, 

yəni İskəndəriyyədən atamın adına bu məzmunda bir teleqram gəldi: "Sizin ziyarətinizə gəlmək 

istəyirik, Misirdə təşrifiniz vardırsa və bir maneə yoxdursa cavab verin. İmza: Cəfər Təbrizi". 

 

  



 

Mərhum atam dedi: Bu şəxs mənim hörmətli dostlarımdandır. Ola bilsin allahın evini ziyarət 

etməyə gedir. Cavabda yazın ki, təşrif gətirin, gözləyirəm. Yazdım. Axşamçağı qonağı 

qarşılamaq üçün dəmiryol vağzalına getdim. Qatar gəlib çatdı. Məlum oldu ki, qonaq tək 

deyilmiş, dörd nəfərdirlər. Onlardan biri də həmin molla Məhəmmədəli idi. Həzərat yolda 

darıxmamaq və səfəri xoş keçirmək üçün onun bütün xərcini öhdələrinə götürüb, özləri ilə yol 

yoldaşı eləmişdilər. Guya onunla İstambulda rastlaşmışdılar. 

 

  



 

Doğrudan da, molla Məmmədəli olduqca hazırcavab, xoşsöhbət, gözəl xasiyyətli və zarafatçı bir 

adam idi. Bəzi əhvalatları o qədər yerli-yataqlı söyləyirdi ki, hamını valeh edirdi. Günlərin 

birində öz başına gələn macəralardan birini nağıl elədi. Hamı heyran qaldı. Deyirdi ki, bir dəfə 

Azərbaycan tacirlərindən biri mənə altmış top qanovuz verdi ki, aparıb Tiflisdə əridim. Mən malı 

götürüb Tiflisə yollandım. Tiflisə çatmağımdan iki həftə sonra tacirdən məktub gəldi. Yazmışdı 

ki, pula ehtiyacım var. Məktubu alan kimi yüz imperialın baratını alıb göndər. Baratın harada 

satıldığını soruşdum. Dedilər: filankəs baratçıdır. Onun yanına getdim. Dedim: Hacı, yüz 

imperiallıq barat istəyirəm. O da dinməz-söyləməz yazıb verdi. Ona görə ki, o vaxt Tiflisdə hamı 

bir-birinə inanır, etibar eləyirdi. Bir-iki həftə üçün nisyə barat verirdilər. Bir həftə keçməmiş 

gördüm yenə də ərbabdan kağız gəldi. Bu dəfə də yüz imperial barat istəyirdi. Yenə də baratçı 

tacirin yanına gedib yüz imperiallıq barat alıb göndərdim. Bu hadisədən bir neçə gün keçdi. 

Birdən gördüm Hacının adamı gəlib baratların pulunu tələb etdi. Mən dedim: əlimdə nəqd pul 

yoxdur, gərək qanovuzları satam, sonra borcumu verəm. Tələbkar hirsləndi, çoxlu söz-söhbətdən 

sonra qanovuzları əlimdən dartıb apardı. Neçə vaxtdan sonra məni Təbrizə çağırdılar. Getdim. 

Ərbab kef-əhval soruşandan sonra dedi: 

 

  

 



“Hər nə pul gətirmisən say bura.” 

 

  




 

65

 



Dedim: 

 

  



 

“Pul-mul yoxdur.” 

 

  

 



Nisyə barat almağımı, baratçının adamlarının gəlib qanovuzları girov götürməsini olduğu kimi 

nəql elədim. Kişi dəli kimi bağırdı, durub hakimin yanına qaçdı. Mənim əlimdən şikayət elədi. 

Hakim məhkəmə qurdu. Neçə dəfə məclis quruldu, məndən dəftər istədilər. Dedim: baba, dəftər 

harada idi. İki dəfə barat alıb buraya göndərmişəm, mənim apardığım da bir qələm mal idi. Onu 

da barat sahibi zorla əlimdən alıb apardı. Bütün bu haqq-hesab bir tikə kağızda yazılmışdı. Heç 

bilmirəm bu keşməkeşdə necə oldu. 

 

  

 



Məclisdə iştirak edən xeyirxah barışdırıcılar o saat yazıb hökm çıxardılar: "Molla Məmmədəli 

ticarət dəftərini itirdiyini etiraf elədi". Surəti-məclisi hakimin yanına apardılar. Hakim Təbrizdə 

deyildi. Onun hələ üzünün tükü çıxmamış cavan oğlu "naibülökumə" ünvanı ilə atasının yerində 

oturub hökmranlıq edirdi. Məni onun hüzuruna apardılar. Pəncərə qabağında hakimə baş əyib 

ərzimi çatdırmaq istədim. Hakim dedi: 

 

  



 

“Oğlan, deyirlər sən dəftər itirmisən?” 

 

  

 



Dedim: 

 

  



 

“Qurbanın olum, dəftər-zad itirməmişəm.” 

 

  

 



Mənə qulaq asmadı. Dedi: 

 

  



 

“Aparın saxlayın!” 

 

  

 



Məni çəkib apardılar. Fərraşbaşı qardaşımla tanış idi. Dedi: 

 

  



 

“O qədər də müqəssir deyil, otaqda saxlayın.” 

 



 

66

  



 

Apardılar. Zindanın qapısına çatdıq. Gördüm dustaqban zəncir, kündə hazırlayır. Fərraş dedi: 

 

  

 



“Zəhmət çəkməyin, fərraşbaşı buyurub otaqda saxlayasınız. O qədər də müqəssir deyil.” 

 

  



 

Dustaqban anladı ki, məndən ona heç bir yağ düşməyəcək. Ona görə də hirsindən mənə bir içim 

su da vermirdi. Qardaşım hər vaxt yemək gətirəndə ona deyirdim su da gətirsin. Bu minvalla 

dörd gün dustaq qaldım. Beşinci gün pəncərənin yanında əyləşmişdim. Gördüm mənimlə tanış 

olan tacirlərdən biri şahzadə hakimin yanına gedir. Məni görcək dedi: 

 

  



 

"Gədə, molla, burada nə işin var?" 

 

  

 



Dedim: 

 

  



 

“Nə bilim, gətirib buraya salıblar, heç özüm də bilmirəm təqsirim nədir.” 

 

  

 



Bir söz demədi, ötüb getdi. Düşünürdüm ki, bu adam hakimin dostudur, ola bilsin ki, mənim 

haqqımda da bir xahiş elər. Gördüm qayıtdı, pəncərənin yanından düz keçib getdi. Mənə heç bir 

söz demədi. Sonra məlum oldu ki, şahzadəyə deyibdir ki, dustaqların içində bir nəfər var, çox 

məzəli adamdır, onun söhbətindən qafil olmayın, məğbun olarsınız. 

 

  

 



O adamın qayıtmasından bir az keçməmiş hakimin qulluqçusu gəlib məni çağırdı. Hakimin 

yanına apardı. Hakim məni yuxarı başa çağırdı. Gedib yanında baş əyib dayandım. Şahzadə dedi: 

 

  

 



“Oğlan, eşitmişəm sənin yaxşı məzəli söhbətlərin var.” 

 

  



 

Dedim: 


 

  

 



“Nə ərz eləyim?” 

 

  




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə