İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə24/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   20   21   22   23   24   25   26   27   ...   160

 

73

  



 

Gəlib evdə sizin qulbeçənizin -- Qasımın anasına dedim: Arvad, muştuluğumu ver, sədr-əzəm 

mənə Simnanın hökumətini təklif elədi. Dedi: xəyalın nədir? Dedim: heç nə, nə olacaq, bir 

şəhərin hökumətidir, əlbəttə, gedərəm. Qasımın anası dedi: sən türksən, ağlın kəsmir. -- Mən bu 

işə razı olmaram. 

 

  



 

Bu arvadın əsli İsfahanlıdır. Şeytana papış tikər. Ancaq mən onun narazı qalmasına əhəmiyyət 

verməyib dedim: Ay arvad, xalq gedir altı-yeddi min tümən rüşvət verib bir şəhərin hökumətini 

min minnətlə ələ gətirmək istəyir, baş    tutmur. İndi sənə müftə verirlər, istəmirsən? Arvad dedi: 

bir işə başlayanda  əvvəlcə onun aqibətini düşünmək lazımdır. Adam gərək uzaqgörən olsun. 

Əvvəla,    sən türksən, Simnan əhalisi isə təəssübkeş farslardır. Elə buna görə də sənin 

tədbirlərinə qarşı min cür bəhanə düzəldib maneçilik törədəcək, nəhayət, üsyan qaldırıb səni 

oradan qovacaqlar.  İkincisi, sən olasan o allahın, axı, sənin  canında -- cohərində hökumət 

ləyaqəti yoxdur. Əgər qəbul etmirsən, buyur, bu ayna, bu da sən, bax gül camalına. Üçüncüsü, 

Simnan öz iqliminin pisliyi ilə məşhurdur. Sənin də ki, allaha şükür, saf bir canın yoxdur. 

Uşaqlar da ki,    sısqadırlar, burunlarından tutsan canları çıxar. Dördüncüsü, bunların hamısı bir 

tərəfə qalsın, ola bilsin ki, altı-yeddi aydan sonra hələ sən öz yerini   qızdırmamış başqası yeddi-

səkkiz min tümən rüşvət və ya icarə adı ilə pul verib, hakimliyi sənin əlindən alsın. Onda de 

görüm nə eləyəcəksən? Bu qədər get-gəl xərcini haradan düzəldəcəksən? Bu vəzir-məzirlərin 

sözlərinə o qədər də bel bağlamaq olmaz. Güclə özümüzə dirlik düzəltmişik. Hər gün zəhmətsiz-

məşəqqətsiz bir neçə tümən mədaxilimiz var, ye, allahına şükür elə. Bəlkə yavaş-yavaş bir az da 

mədaxil arta. Ay kişi, sən hara, Simnan hökuməti hara? 

 

  



 

Gördüm, insafən, arvad məndən çox ağıllıdır. Belə işləri, məmləkətin vəziyyətini məndən yaxşı 

bilir. Ürəyimdə afərin dedim. Amma özümü sındırmamaq üçün, həm də onu başıma çıxarmamaq 

məqsədilə dedim: Sənin də sözlərin beynimə batır. Düz deyirsən, oraya getsək mənə də, uşaqlara 

da bəd keçər. Mənim də, onların da məzacına pis ab-hava düşməz. Gedib boynumdan ataram. 

 

  



 

Bu macəradan iki-üç gün sonra sədr-əzəmin yanına getdim. Buyurdu: 

 

  

 



“Hacıxan, sənin Simnan səfərin necə oldu? Gərək yola düşməyə hazır olasan.” 

 

  



 

Ərz elədim: 

 

  

 



“Qurbanın olum, sizin yüksək, müqəddəs və şərafətli cənabınıza bəllidir ki, nökəriniz xəstədir. 

Qorxuram gedim, orada xəstələnib ölüm. Onda qürbət vilayətdə bu səğir və kimsəsiz uşaqlar 

başsız qalacaqlar. Hərgah burada bir iş mərhəmət buyursanız canınıza daha artıq dua edəcəyəm. 

Bir vəsilə salın ki, elə burada, sizin qulluğunuzda uca hümmətiniz və yüksək kölgənizin altında 

ömrümü asudəliklə başa vurum.” 



 

74

 



  

 

Buyurdu: 



 

  

 



“Burada sənin öhdəsindən gələ biləcəyin elə bir münasib iş nəzərimə gəlmir. Ay allahın bəndəsi, 

nə cavanlığın var, nə camalın, gözəl xətt, kafi savaddan da məhrumsan, şerdən, şairlikdən də bir 

şey bilmirsən. Həkim də ki, deyilsən. Özün de görək, mən səni hansı işə qoya bilərəm?” 

 

  



 

Ərz elədim: 

 

  

 



“Xarici ölkələrdə çox qalmışam. Tiflisdə gürcü dili öyrənmişəm, bir az da rusca bilirəm. Əgər 

xarici işlər nazirliyində bir qulluq tapşırsanız çox yaxşı olar, canla-başla yerinə yetirərəm.” 

 

  

 



Buyurdu: 

 

  



 

“Onda gərək bir az gözləyəsən. Bir nəfər var, mənim ondan əsla xoşum gəlmir. Çoxdandı ki, 

istəyirəm onun ayağını oradan kəsəm. Ancaq arxası möhkəm yerə bağlıdır. Əlbəttə, məqamı 

gəlib çatacaq. Bir az gözləyin, görək nə elərik. İndi gözləyirəm. Allaha şükür, arvad almışam, bir 

oğlum, bir qızım var. Öz arvadımdan da razıyam. Allah ondan razı olsun, ev tikəndir, ev yıxan 

deyil.Bu mənim başıma gələn uzun əhvalatın qısasıdır. İndi sizin növbənizdir. Bismillah, 

buyurun görək.” 

 

  



 

Mən molla Məmmədəlidən soruşdum: 

 

  

 



“Ləqəbin-zadın yoxdur? Axı, İranda hər bir xanın xüsusi, təmtəraqlı ləqəbi də olur.” 

 

  



 

“Xeyr,” -- dedi. -- “Müşirüddövlə[4] cənabları ləqəblərin siyahısını mənə göndərdi. Budur, 

üzünü saxlamışam.” -- Əlini atıb yanındakı sandıqdan bir tikə kağız çıxarıb bizə göstərdi və 

əlavə etdi: -- “Buyurdu ki, bu ləqəblərdən birini özüm üçün seçim. Amma mən istəmədim.” 

 

  

 



[4] Hacı Mirzə Möhsün xan. 

 

  




 

75

 



“Nə üçün?” 

 

  



 

“Düşündüm ki, birdən zamanın gərdişi məni Təbrizə aparıb çıxardar. Siz Təbrizin lotularını 

yaxşı tanımırsınız. Mən bilirəm ki, onlar necə haramzadadırlar. Məni də ki, əvvəldən tanıyırlar. 

Məni ləqəb sahibi görən kimi pərt eləmək üçün eşşəyi, iti və ya pişiyi də mənim ləqəbimlə 

çağıracaqlar. Onda eşşək gətir rüsvayçılığımı yüklə.” 

 

  



 

“Onda sizin xanlıq ləqəbiniz üçün də başınızə belə bir oyun aça bilərlər,” -- dedim. 

 

  

 



Molla Məmmədədi gülümsəyib dedi: 

 

  



 

“Xeyr, elə deyil. İndi xanlıq ləqəbi ümumiləşibdir. Xüsusi ləqəb deyil ki.... Hər bir baqqalın, 

çaqqalın, hətta ələk-qəlbir toxuyanların, mütrüflərin də xanlıq ləqəbi var. Bundan əlavə, indi 

"xan" sözünündə "x" hərfi ilə-başlanan xurma, xiyar, xan, xələt və başqa sözlər kimi heç bir 

məziyyəti və hörməti qalmamışdır.” 

 

  



 

Molla Məmmədəli bunu deyib, ləqəblər siyahısını mənə tərəf uzatdı, mən alıb baxdım, gördüm 

əcəb həngamədir. Hərçənd ki, onun üzünü köçürmək mənə zəhmət və bu səyahətnaməni 

oxuyanlar üçün əziyyətdir, amma əlacım nədir. Mərhum atamın vəsiyyətindən kənara çıxa 

bilmərəm. Atam mənə vəsiyyət eləyibdir ki, hər nə görsəm yazım. Mən də bunları yazmalıyam. 

Budur, ləqəblər siyahısının üzü belədir: 

 

  

 



İzzüddövlə, Şəhabüddövlə, Nəsrüddövlə, Mötəmənüssultan, Müizzüddövlə, Müstəşarüddövlə, 

Əminüssultan, Şücaüddövlə, Səniüddövlə, Təbibüddövlə, Həkimüddövlə, Katibüssəltənə, 

Şüaüddövlə, Əzizüddövlə, Müşavirüssəltənə,   İftixarüddövlə, Zəfərüssəltənə, Müzəffərüddövlə, 

Zəfərüddövlə, Heşmətüddövlə, Şərifüddəvlə, Zəhirüddövlə,  Hüsamüssəltənə, Müinüddövlə, 

Müəzzəmüddövlə,    Mükərrəmüddövlə, Naibüssaltənə, Nüsrətüddövlə, Hüsamüddövlə, 

Səhamüddövlə, Dəbirüssəltənə, Yəminüddövlə, Yəsarüddövlə, Asəfüddövlə, Sərəncamüddövlə, 

Ərfəüddövlə, İqbalüddövlə, Müşirüddövlə,  Müdirüddövlə, Mücirüssəltənə,    Vəkilüddövlə, 

Əminüddövlə,  Əmünüssültan, Şəhnətüssəltənə, Cəlalüddövlə, Cəmalüddövlə, Məcdüddövlə, 

Nəcmüddövlə, Kokəbüddövlə, Müşkatüddövlə,  Misxbahüddövlə, Siracülmülk,Müəyyidüddövlə, 

Şücaüssəltənə, Ziyaüddövlə,     Mühəndisüddövlə, Memarüddövlə, Zərğamüddövlə, 

Hacibüddövlə, Dərbanüddövlə, Nazimüddövlə, Məntiqüddövlə, Nəqibüddövlə, Xətibüddövlə,  

Ədibüddövlə,  Şüaüssəltənə, Etizadüssəltənə, İftixarüssəltənə, Rükiüddövlə, Mümtəhinüddövlə, 

Mötəmədüddövlə, Bəhaüddövlə, Ehtişamüddövlə, Seyfüddövlə, Rəmhüddövlə, Zəkiyüddövlə, 

Rəziyüddövlə, Sarimüddövlə, Səmsamüddövlə, Qəvamüddövlə, Əlaüssəltənə, Vəqrüssəltənə, 

Şərəfülmülk, İzzülmülk, İftixarülmülk,   Etimadülmülk, İntisarülmülk, Ezazülmülk, 

Mübəşşirüssəltənə, Müdəbbirülmülk, Müizzülmülk, Sədrüddövlə, Əzdülmülk, Əzdüssəltənə, 

Sədnqüddövlə,   Xazinüddövlə,   Qadirüddövlə, Müqtədirüssaltənə, Etisamüssəltənə, 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə