İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə27/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   23   24   25   26   27   28   29   30   ...   160

 

83

 



  

 

“Qurban, bir ərzim var,” -- dedim. 



 

  

 



“De görək!” 

 

  



 

“Nökərinizin ərzi bir qədər uzundur. Özüm də bu diyarda qəribəm. Əgər lütf buyurub oturmaq 

icazəsini mərhəmət eləsəniz, əyləşib, öz ərzimi mübarək qədəmlərinizin torpağına yetirərəm.” 

 

  



 

Bir qədər düşünəndən sonra vəzir dedi: 

 

  

 



“Yaxşı, otur, de görək.” 

 

  



 

Təşəkkür elədikdən sonra əyləşib dedim: 

 

  

 



“Mən uzaq bir yoldan gəlmişəm; bu məmləkətdə qəribəm. Məzhəbim şiədir, özüm də əslən 

iranlıyam. Sizin yüksək məqamınızdan acizanə təmənnam budur ki, lütf buyurub ərzimə axıra 

qədər qulaq asasınız. Ondan sonra məni iltifata və ya cəzaya layiq görsəniz, əmr edəsiniz yerinə 

yetirsinlər.” 

 

  

 



Vəzir buyurdu: 

 

  



 

“De görək!” 

 

  

 



Dedim: 

 

  



 

“Mən xaricdə eşitmişdim, indi də öz gözümlə görürəm ki, İran yer üzünün başqa ölkələrinə 

nisbətən virandır. Siz cənab vəzir o yüksək məqamın təqazasına görə məmləkətin bütün 

işlərindən xəbərdar olmalısınız. Gecə-gündüz öz vaxtınızı və hümmətinizi məmləkətin 

abadlığına, ölkənin yüksəlişinə, əhalinin rifah halına sərf etməlisiniz. İndi buyurun görək, bu 

geniş ölkənin hansı bir şəhərində xəstəxana var, yaxud harada bir əlillər evi, yetimlər evi bina 




 

84

etmisiniz, millətin başsız uşaqlarının tərbiyəsi üçün hansı peşə, sənət ocağı təsis etmisiniz? 



Vətənin hansı qəsəbəsində nəqliyyatın hərəkətini təmin etmək üçün şose yolları çəkmisiniz? 

Məmləkətin və millətin həyatı və bəqasının əsası olan əkinçilik və kənd təsərrüfatının tərəqqisi 

və inkişafı üçün nə kimi tədbirləriniz olubdur? Ölkənin ticarətinin tərəqqisi üçün nə etmisiniz? 

Bilirsiniz ki, bu gün böyük dövlətlər bu işdən bir dəqiqə də qafil deyillər. Hətta öz ticarətlərinin 

genişlənməsi üçün milyonlarla pul xərcləyirlər. Lazım gələndə bu yolda qanlar axıtmaqdan da 

çəkinməmişlər. Bəs sizin tərəfinizdən hansı bir ciddi iqdamat əmələ gəlmişdir? Heç bilirsiniz ki, 

İran əmtəəsindən hər il xaricə nə qədər sadir olunur? Yaxud xaricdən İrana nə qədər əmtəə idxal 

edilir? Əcəba, heç mübarək xatirinizə gəlibdir ki, bir tədbir görəsiniz ölkədən sadir olunan 

əmtəənin miqdarı idxal edilən əmtəənin miqdarından artıq olsun, beləliklə də vətənin gəliri 

xərcindən çox olsun? Heç bilirsiniz ki, bu yolla əhalinin maddi qüdrəti artar, dövlətin xəzinəsi 

varlanar? Axı niyə İran əhalisi yaşayışına lazım olan ən kiçik şeylər üçün xarici ölkələrə möhtac 

olsun? Mum şamını allah yaradır, ya bəşər işidir? Məgər qənd göydən yağır? Əcəba, İranın 

torpağında qənd çuğunduru, yaxud şəkər qamışı göyərməzmi?! Məgər İran qoyunları və 

inəklərinin piyi xarici millətlərin mal-qarasının piyi kimi təmizlənə bilməz? İranın sel kimi 

xaricə axan pambığı onun əhalisinin paltarına kifayət etməzmi? Cənab vəzir, sizin heç İranın 

əhalisi və nüfuzunun sayından xəbəriniz vardırmı? Bizim milliyyət və qovmiyyətimizin 

varlığının və yaşamasının zamin olan doğumun miqdarını bilirsinizmi? İndiyədək Rusiyada, 

Osmanlı torpağında, Hindistanda səpələnmiş bu qədər iranlının mühacirət etməsinin səbəblərini 

öyrənmişsinizmi? Bu bəlanın qarşısını almaq üçün nə kimi tədbirlər görmüşsünüz? Millətin 

zəruri ehtiyacını ödəmək üçün heç olmasa bir neçə münasib vilayətlərdə cənabınızın adını 

daşıyan xırda fabriklərin təsis olunmasına nədəndir ki, təşəbbüs göstərmirsiniz? Buyuracaqsınız 

ki, fabrik açmaq vəzirin borcu və vəzifəsi deyil. Doğrudur, amma onu icad etmək üçün tədbir 

görmək, millətdə bu işə rəğbət oyatmaq, rəiyyətin bu sahədəki hüququnu qorumağı təzmin etmək 

bacarıqlı və ağıllı daxili işlər nazirinin vəzifəsidir. Vəzir millətin xoşbəxtliyinə səbəb olan bu 

kimi tədbirlərin kələfinin ucunu tapıb rəiyyətin əlinə verməlidir. Əgər etməsə məsuliyyət 

daşıdığına görə,  hər cür məzəmmətə layiqdir. Nə üçün millətin halının pərişanlığı və hər tərəfə 

dağılmasının səbəbini soruşmursunuz? Nə səbəbə görə hər il İran əhalisindən neçə min nəfər 

cəlayi-vətən edir, Osmanlı, rus və hind torpaqlarına dağılır, qürbət vilayətlərdə dost-düşmən 

yanında zəlil-sərgərdan olub, fəlakət və pərişanlıqla əlbəyaxa olurlar? Sizcə artıq o gün gəlib 

çatmamışdırmı ki, İran nazirləri əhalini hakimlərə, hakimlər peşkarlara, peşkarlar bəylərbəyilərə, 

darğalara, onlar da kətxudalara, kətxudalar isə fərraşbaşı və naiblərə satmasınlar?! Axı hansı 

ölkədə görünübdür ki, şəhərin darğalığını icrayə versinlər, özü də ən alçaq və ən şərəfsiz 

adamlara? Axı insaf da yaxşı şeydir. Mədəni ölkələrdə bu, şərəfli vəzifə polis təşkilatının 

öhdəsindədir. Rəvamıdır ki, belə bir vəzifənin başında savadsız, abırsız-həyasız bir adam 

dursun? Bütün ləyaqətsizliyi və bacarıqsızlığı ilə işi-gücü hörmətli tacirlərin balalarına papış 

tikmək, müxtəlif bəhanələrlə onların məsuliyyətə cəlb edib başlarına minbir oyun açmaq olsun. 

Beş tüməm rüşvət almaq üçün onların üzərinə hər cür namünasib töhmətlər və iftiralar atsın, 

etibardan, hörmətdən salsın, abırlı-həyalı adamlardan, atası və qardaşından utanıb çəkindiklərinə 

görə heç bir təqsiri olmadan cərimə adı ilə əlli-altmış tümən kəsib, yaxalarından əl çəksin?! 

 

  



 

Heç bilirsinizmi ki, sizin bu qanun-qaydasız gömrükxanalarınızda eyni daxili və ya xarici 

əmtəəyə birindən iki tümən, birindən bir tümən, başqasından guya atası sərbaz və ya qardaşı 

topçu olduğuna görə, beş qran gömrük haqqı alır və dost-düşmənin şəmadətinə bais olurlar? 

Daha bir işi qaydaya salmaq üçün pula, adama və ya göydən nazil olan bir təqdirə ehtiyac yoxdur 

ki?! Nə vaxtadək zalim hakimlərin əlində xalqla necə rəftar etməyi, kimdən nə qədər verki 

almağı müəyyənləşdirən bir təlimat kitabçası və əməl qaydası olmayacaq?! Allahın ən dəyərli 

əmanəti olan bu rəiyyət adlandırdığınız insanların halına nə vaxtadək etinasız qalacaqsınız? 

Onları nə vaxtadək mürüvvətsiz hakimlərin həvavü həvəsinin ixtiyarına verib, o alçaqların hər 

cür rəzil təmənnaları qarşısında məhkum edəcəksiniz? Əcəba, üç min illik İran dövləti özünün 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə