İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə29/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   25   26   27   28   29   30   31   32   ...   160

 

87

 



“Gedək xarici işlər nazirliyinə.” 

 

  



 

“Nə eybi var, gedək,” -- dedi. 

 

  

 



Xarici işlər nazirliyinə gəlib çatdıq. Qapının qabağında neçə fərraş, bir nəfər də rus kazakı 

dayanmışdı. Fərraşlardan Mirzə Kazım bəyin sorağını tutdum. Göstərdilər. Xoş simalı bir kişi 

idi. Yaxınlaşıb salam verdim, Hacıxanın məktubunu təqdim etdim. Alıb oxudu, ərəbcə çox 

mehribanlıqla soruşdu: 

 

  

 



“Ərəb dilini bilirsinizmi?” 

 

  



 

“Bilirəm,” -- dedim.  

 

  

 



Yer göstərib ərəbcə dedi:  

 

  



 

“Buyurun əyləşin.” 

 

  

 



Əyləşdim. Xidmətçisini çağırıb çay istədi. Çay içəndən sonra durub otaqdan çıxdı. Az keçmədən 

qayıdıb gəldi. Sonra dedi: 

 

  

 



“Bir az gözləyin, rus səfirliyinin birinci müavini vəzirin yanındadır. Otağı xəlvət eləyiblər.” 

 

  



 

Mən o saat anladım ki, Rusiya səfirliyi filan imtiyazın ingilislərə verilməsindən təşvişə 

düşmüşdür. Söhbət və xəlvət də həmin mətləb üçündür. İstəyirlər o müqavilə pozulsun, ya da 

özləri ona oxşar bir imtiyaz ələ keçirsinlər. Təsadüfən, sonar məlum oldu ki, danışıqlar elə həmin 

mətləb üstündə imiş. Bir saatdan sonra Mirzə Kazım bəy yenidən otaqdan çıxdı. Qayıdan baş 

vəzirin xidmətçilərindən biri ilə gəldi. Məni ona göstərib dedi: 

 

  

 



“Vəzirin hüzuruna gedəcək.” 

 

  




 

88

 



Bir neçə qapıdan keçdikdən sonra xidmətçi dayandı, pərdəni yuxarı qaldırdı. Otağa daxil oldum. 

Gördüm vəzir durub otaqda gəzişir. Salam verib təzim elədim. Buyurdu: 

 

  

 



“Nə var?” 

 

  



 

Mən daxili işlər nazirinin görüşündə söylədiyim müqəddiməni burada da işə salıb, oturmaq 

icazəsi istədim. Vəzir soruşdu: 

 

  



 

“Sən Misirdən gəlmisənmi?” 

 

  

 



“Bəli,” -- dedim. Bildim ki, Mirzə Kazım bəy mənim haqqımda ona məlumat vermişdir. 

 

  



 

“Hansı dövlətin rəiyyətisən,” -- deyə vəzir soruşdu. 

 

  

 



“İran rəiyyətiyəm,” -- dedim. 

 

  



 

“Eşitmişəm Misirdə İran rəiyyəti olan bütün varlılar təbəəlikdən çıxıblar, başqa dövlətlərin 

təbəəliyini qəbul eləyiblər.” 

 

  



 

Mən əlavə etdim: 

 

  

 



“Bəli, məndən başqa.” 

 

  



 

Vəzir gülümsünüb əyləşdi. Mənə də oturmağı təklif etdi. Burada yenə də xahiş etdim ki, ərz 

edəcəyim mətləbə hövsələ ilə axıra qədər qulaq assın. Vəzir dedi: 

 

  



 

“Arxayın ola bilərsən, bu şərtlə ki, sözlərin mənasız və cəfəngiyat olmasın.” 

 

  



 

89

 



“Mən hər nə desəm milli qeyrət üzündən deyəcəyəm, sizdən heç bir şey təvəqqe və təmənna 

etməyəcəyəm,” -- dedim. 

 

  

 



“Buyur görək,” -- dedi. 

 

  



 

Mən sözə başladım: 

 

  

 



“Cənab vəzir, sizdən İran millətinin qərib və qəyur bir fərdi soruşur ki, aya, sizin konsulların 

xarici ölkələrdə törətdikləri alçaq işlərdən xəbəriniz vardırmı? Əcnəbilərin yanında İran 

millətinin təbəəlik vəsiqəsi hesab olunan bu təzkirələr nə vaxtadək əttarların ədviyyə-istiot 

bükdüyü məsrəfsiz kağızlar kimi qədir-qiymətsiz olacaq?! Bizim milli şərəfimizin bu mötəbər 

sənədi haçanadək qumar vərəqləri kimi müxtəlif yerlərdə müxtəlif qiymətlərə, məsələn, 

Tehranda beş qrana, Təbrizdə bir tümənə, Araz qırağında on beş qrana, Qafqazda dörd manat 

yarıma, Osmanlı torpağında  yetmiş beş quruşa satılacaqdır?! Bundan əlavə, sizin məmurlarınız 

hər yerdə bu təzkirələri xarici ölkələrin təbəələri olan xəspuşlara, oğru-şarlatanlara satırlar. Bu 

xəspuşlar Osmanlı ölkələrində, Rusiyada, hətta Avropada özlərini İran təbəəsi adlandırır, minbir 

fırıldağa əl atırlar. Bizi yetmiş iki millət yanında rüsvay edirlər.... Belə bir biabırçılıqdan sonra o 

konsulun hörməti və ya üzərində bizim dövlət və millətin nişan və əlaməti olan təzkirənin 

zərrəcə etibarı qalarmı?! Heç rəvamıdır ki, sizin də bir para səfirləriniz bir neçə murdar lirənin 

müqabilində öz yüksək məqamlarından utanmayıb, bilə-bilə, düşünə-düşünə belə bir böyük 

rüsvayçılığa əl atırlar. Bu lənətə gəlmiş rüşvət nə vaxtadək sizin məmurları məsuliyyətə cəlb 

etməyə, cəzalandırmağa mane olacaq?! Əcəba, hələ də bu rüsvayçılıqların qarşısını almaq, 

dövləti, milləti bu bədnamçılıq boyunduruğundan xilas etmək vaxtı gəlib çatmamışdırmı?! 

 

  

 



Bu intizamsızlıqların nəticəsində əcnəbi dövlətlərin konsulları nə vaxtadək bizim vətənimizdə 

əllərindən gələni edəcəklər? Bunların əksinə, haçanadək sizin Osmanlı, rus ölkələrindəki 

konsullarınız öz təqsirlərini ört-basdır etmək üçün yerli hakimlərin və qubernatorların əlaltıları 

kimi onlara yaltaqlanacaq və alçalacaqlar?! Haçanadək əcnəbi konsullarının bu özbaşınalığını 

İran dövlətinin bacarıqsızlığı və zəifliyi ilə izah edəcəklər?! Siz isə belə bir fikrin düzgün 

olmadığını dərk etməyəcəksiniz?! Axı dünyada zəif dövlətlər çoxdur. Hərgah qərar olsa ki, 

güclülər zəifləri əzib pamal eləsinlər, onda dünya bir-birinə dəyər, bəli, o dövlətin ki, yazılıb 

təsdiq olunmuş müəyyən bir qanunu yoxdur, hər nə istəsələr ona edərlər. Başqası da bu işə mane 

olmaz. İndi İngiltərə, Fransa və ya Rusiyanın general konsulunun hünərləri varsa hökuməti təzə 

təşkil tapmış, cəmiyyəti isə üç milyondan artıq olmayan Bolqarıstanda bir işə müdaxilə etsin və 

ya bolqar təbəələrindən birinə desin ki, buradan dur, orada otur. Haman gün onun ayaqqabılarını 

cütləyib qoyarlar qabağına. Necə ki, indiyədək dəfələrlə bu işi eləyiblər. 

 

  

 



Xarici səfirlər və konsullar İranda etdikləri özbaşınalıqları bəlkə də İran səfirləri və 

məmurlarından öyrənmişlər? Bu məmurlar, təbəələrin hüququnu müdafiə etməyə borclu 

olduqları halda, onları açıqca çalıb çapdıqları bir təqdirdə xarici məmurlardan daha nə gözləmək 

olar?! Özümüzün qanunumuz və ədalətimiz olmadığı halda, onlara nə dil ilə demək olar ki, bizlə 




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə