İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə42/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   38   39   40   41   42   43   44   45   ...   160

 

124


göyü yaradan allah kainatın fəxri olan peyğəmbəri öz tərəfindən göndərdi ki, yer üzündən 

zülmün kökünü kəssin, ədalətin    əsaslarını möhkəmləndirsin. O cənab allahın buyruğu ilə, 

adəmdən xatəmədək heç bir kəsin dözə bilməyəcəyi müsibətlərə qatlaşıb, bəzən səbirlə, gah 

qılınc gücü və fədakarlıq nəticəsində ədalət adlandırılan müqəddəs binanı möhkəmləndirdi. İndi 

necə ola bilər ki, varlığın son məqsədi olan o müqəddəs zatın yazıq ümməti bu dözülməz zülm 

və haqsızlıqların ağır yükü altında əzilib aradan getsin?! Nə üçün gərək onlar öz doğma yurdunu, 

diyarını tərk edib, əcnəbilərin torpağında avara-sərgərdan olsunlar? Elə adamlar var ki, toy 

gecəsinin sabahı günü insafsız hakimlərin cəfası üzündən öz ev-eşiyindən avara düşməyə məcbur 

olurlar. Bir neçə gecənin gəlini olan on beş yaşlı arvadının gözlərinin kökü yol gözləməkdən 

saralır. Axı məgər bu haman İran deyil ki, bir gün bütün yer üzünün gülşəni və cənnətin 

nümunəsi idi?! Bəs nə üçün indi oğlu, tikanlı çöl-biyabana çevrilmişdir? Məgər bu torpaq əsrlər 

boyu dünya mədəniyyətinin beşiyi olan müqəddəs torpaq deyil?! Bəs necə oldu ki, onun vaxtı ilə 

başqalarının tərbiyəçisi olan əhalisi indi tərbiyəsiz adlandırılır?! İranlılar öz elm və mədəniyyəti 

ilə geniş şöhrət qazandıqları zamanlarda Avropa xalqları divlər və yırtıcı heyvanlar kimi 

vəhşiyyət dövrünü keçirirdilər. Pişdadilərin ədalətli qanunları indi də adil hökmdarlar üçün örnək 

ola bilər. Ənuşirəvanın ədalətinin şöhrəti hələ də dünyada səslənir. Qədim tariximizdən bunları 

nəql etməkdən məqsədim sizə toxdaqlıq verməkdir. O cahil vəzirin sənin haqqında etdiyi 

hörmətsizlikdən kədərlənmə. Bu kimi işlərdə mətanət lazımdır. Dönməz bir iradə ilə çətinliklərin 

qarşısında dayanıb, ya onları ortalıqdan qaldırmaq, ya da bu yolla bir dəfəlik ölmək gərək! 

 

  



 

Ya murad ilə bu çərxi-fələyi ram edərik, 

 

Ya bu yolda kişi tək hümmət ilə baş verərik. 



 

  

 



Mən özüm yaxşı bilirəm ki, xarici məmləkətlərdə, Bombeydə, Kəlküttədə, Misirdə, Osmanlı və 

ya rus ölkələrində yaşayan iranlılardan hansının ki, az-çox sərmayəsi var göbələk kimi yerdən 

göyərən səfirlərin, konsulların və kargüzarların çal-çapından yaxalarını qurtarmaq, mallarını və 

heysiyyətini itirməmək xatirinə təbəəlikdən çıxmağa məcbur olurlar. Bu cür eləməyən hər bir 

bədbəxt təəssübkeş iranlı hər şeyini itirir. Təbəəliyini tərk edənlərin heç birisini məzəmmət 

etmək olmaz. Ədalət və insafla bir sorğu-sual olarsa, hər bir günahkar öz təqsiri üçün min üzr 

istəyir. Bunlar İran təbəəliyində qalsaydılar, dövlətə və məmləkətə az faydası olardımı?! Onlar 

vətənin abadlaşdırılması üçün müəyyən işlər görə bilməzdilərmi?! Hər bir məktəb şagirdi də ata-

babalarımızın yazdıqları bu sözləri oxuyub bilir ki, "Şahlığın davamı qoşuna bağlıdır, qoşun 

pulla toplanır, pul əmin-amanlıq, rəiyyətin rifah halı ilə ələ gəlir, rəiyyətin rifah halı isə ancaq 

ədalət və müsavat qanunlarının icrasından asılıdır." Təəssüflər olsun ki, bizim ölkənin və 

şahlığın vəziyyəti bu sahədə tamamilə tərsinədir və bunun da nəticəsi olduqca acı, son dərəcə 

xoşagəlməz olacaqdır. Allah bizim ömrümüzü qısaltsın ki, o qədər günləri görməyək.” 

 

  



 

Xülasə, möhtərəm cənabın nökərlərinin müşayiəti ilə mənzilə çatıb yatdım. Sabahı gün Məşədi 

Həsən gəldi. Əlində bir tikə kağız var idi.  

 

  



 

“O nədir?” -- deyə soruşdum. 

 

  



 

125


 

“"İran" qəzetidir. Həftədə bir dəfə çərşənbə günləri çap olunur, şənbə günləri nəşr edilir,” -- dedi. 

 

  

 



Təəccüblə alıb oxumağa başladım. "Daxili xəbərlər" başlığı altında şahın ova çıxması 

barəsindəki təfsilatı və onun müqəddəs vücudunun salamatlığı üçün duadan sonra yazılmışdı ki, 

dövlət heyətinin iclası həftədə üç gün filankəsin sədrliyi ilə mübarək "Xurşid" imarətində təşkil 

tapır. Allaha şükür ki, dövlətin, millətin, ölkəinin bütün işləri kamali intizamladır. Vilayət 

xəbərləri də bu qabildən idi. Misal üçün qəzet yazırdı: 

 

  



 

"Kaşan" allaha şükür, filan hakimin səyləri sayəsində rəiyyət rahat və asudədir, şahın canına dua 

oxuyur. Arpa-saman boldur, başqa mallar da ucuzdur. İsfahanda, Kirmanda, Şiraz və başqa 

şəhərlərdə də vəziyyət elə Kaşanda olduğu kimidir. 

 

  

 



Xarici xəbərlərdə Kuba adasının çoğrafi vəziyyətindən və bu kimi şeylərdən yazılmışdı. Bunlar 

da elə yazılmışdı ki, nə onu yazanın özü bir şey anlayırdı, nə də başqa bir iranlı. 

 

  

 



Başımdan tüstü qalxdı. Qəzeti bir tərəfə tullayıb dedim: 

 

  



 

“İranın bütün vilayətlərində hakimlərin zülmündən xalqın fəryadı ərşə qalxır, bu "inafsız isə 

onların ədalətli olmasına şahid çıxır. Ay müsəlmanlar, bir adam yoxdur bu dinsiz qəzet yazandan 

soruşsun ki, bütün İranda öz vətəninin çoğrafiyasını onun hüdudlarını və sərhədlərini 

tanıyanların sayı əlli nəfərə çatmadığı halda, Kubanın coğrafiyasını oxuyub başa düşmək onların 

nəyinə lazımdır? Bu baş-qulaqsız mövzuların əvəzilə faydalı məqalələr yazıb rəiyyəti padşahın 

itaətinə, padşahı rəiyyətə mehribanlıq göstərməyə rəğbətləndirib həvəsləndir! Ədalətin 

məziyyətlərindən, zülmün pis nəticələrindən yaz! Zalımların əməllərini pislə, xeyirxahların yaxşı 

işlərini təriflə! Bu məsələni də yazıb xatırlat ki, rəiyyət şahsız, şah isə rəiyyətsiz yaşaya bilməz. 

Bunların hər ikisinin varlığı bir-birindən asılıdır. Onlar sözdə iki olsa da mənada birdir. Rəiyyət 

padşahı öz mehriban atası və padşah da rəiyyəti öz əziz övladı hesab etməlidir ki, bununla hər 

ikisi xoşbəxt olsun.” 

 

  

 



Məşədi Həsən gördü ki, qanım qaraldı, dedi:  

 

  



 

“Dur ayağa, çıxaq bir az dolanaq.” 

 

  

 



“Hara gedək?” -- dedim. 

 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə