İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə43/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   39   40   41   42   43   44   45   46   ...   160

 

126


  

 

“Hara gəldi.” 



 

  

 



Yusif əmiyə dedim: 

 

  



 

“Doğru deyir, dur ayağa, gedək bir az gəzək.” 

 

  

 



Mənzildən çıxdıq. Bazarda iki nəfərə rast gəldik. Biri əmmaməli seyid idi. O birisi də qırx 

yaşlarında bir kişi idi. Məşədi Həsənlə tanış idilər. Salamlaşıb xoş-beş elədilər. Sonra soruşdular 

ki, haraya gedirsiniz. Məşədi Həsən dedi: 

 

  



 

“Gəzməyə çıxmışıq. İşiniz yoxdursa gəlin bizimlə bir az gəzin.” 

 

  

 



“Məmnuniyyətlə,” -- dedilər. 

 

  



 

Məşədi Həsən onları təqdim etdi. Seyidin adı Ağa Mirhəbibullah idi. Əynində palto olan o biri 

kişi qarabağlı idi. Deyirdi ki, uzun müddət İstambulda və Moskvada yaşamışam. 

 

  



 

Hər tərəfi seyr edə-edə məşq meydanına gedib çatdıq. Olduqca böyük bir meydan idi. Hər 

tərəfini sulayıb süpürmüşdülər. Çox təmiz, səfalı və pakizə idi. Sərbazlardan bir neçə dəstə orada 

məşq edirdilər. Dayanıb xeyli baxdıq. Bu sərbazların  təlimatçısı otuz beş yaşlı bir macar idi. 

Çox təəssüfləndim. Ona görə ki, o cavan İranın əlli yaşlı zabitlərinə hərbi təlim verirdi. Oradan 

keçib    getdik. Meydandan kənarda böyük bir çarhovuz var idi. Gözəl, səfalı yer olduğundan 

onun ətrafında bir qədər gəzişdik. Üzüyuxarı getdik. Nəsirəddin şahın at üstündə tuncdan 

tökülmüş heykəlinin yanına gəlib çatdıq. Heykəl böyük sənətkarlıq və ustalıqla hazırlanmışdı. 

Sanki şahın özü atın üstündə dayanmışdı. Bir qədər onun ətrafında gəzişdik, sonra gəlib heykəllə 

üz-üzə əyləşib papiros çəkməyə başladıq. Qarabağlı kişi dedi:  

 

  

 



“Bu heykəl çox namünasib qoyulubdur. Heç yerdə belə bir yersiz şey görünməyibdir.” 

 

  



 

Seyid dedi: 

 

  



 

127


 

“Necə ki, yəni görünməyibdir? Avropanın hər yerində bu kimi heykəllər çoxdur. Rusiyada da 

bunun tayını çox görmüşəm.” 

 

  



 

Qarabağlı dedi: 

 

  

 



“Ərz elədim ki, heç yerdə belə şey görünməyibdir. Sizin səhviniz var.” 

 

  



 

Seyid hirsləndi. And içib dedi: 

 

  

 



“Bunun tayını xarici ölkələrdə nə qədər istəsən öz gözümlə görmüşəm.” 

 

  



 

Qarabağlı dedi: 

 

  

 



“Xeyr, ola bilməz.” 

 

  



 

Seyid pərt oldu. Qarabağlı dedi:  

 

  

 



“Cəddinə qurban, ağa, sənin gördüklərini mən də görmüşəm. Amma iş burasındadır ki, o heykəl 

sahiblərinin hər birisi öz dövlətinə və millətinə parlaq xidmətlər göstərmişdir. Məhz o 

xidmətlərinə görə də öləndən sonra o böyük şərəfə nail olmuşlar. Məsələn, biri canından keçib 

möhkəm bir qala üzərinə hücum  etməklə  onu tutmuşdur. Ya fədakarlıq  nəticəsində güclü 

düşmənin alınmaz bir hasarını fəth etmişdir. Yaxud həmvətənlərinin xoşbəxtliyi üçün bir yol 

arayıb tapmışdpr. Ya bir qanun vücuda gətirmişdir və bununla vətənin ümumi mənafeyinə 

müəyyən xidmət göstərmiş, ya da öz həmvətənlərini zülmdən, səfalətdən xilas etmişdir, yaxud 

ölkədə böyük bir abadlığa səbəb-olmuşdur. Millət də, dövlət də o gözəl işlərin müqabilində o 

padşahın, sərdarın, alimin, ədibin vəfatından sonra qədirdanlıq üçün tam rəğbətlə öz kisəsindən 

pul qoyub, o böyük şəxsiyyətin xatirəsini həmişə diri saxlamaq məqsədilə heykəl hazırlayıb  

yadigar  qoymuşdur. Daha görməmişdik ki, birisi yaşadığı halda öz heykəlini alıb, camaatın yolu 

üstündə qoysun, xalqa desin ki, məni tanıyın, mən böyük adamam! 

 

  

 



Belə təsəvvür eləyin ki, mən özümü sizə tərifləyim və deyim, mən beləyəm, eləyəm. Məlumdur 

ki, mən gedəndən sonra deyəcəksiniz ki, qəribə cəfəng adamdır, özünü öyür, daha anlamır ki, 

allah, peyğəmbər, imamlar, mütəfəkkirlər, ədiblər, şairlər və alimlər özünü öyməyi pisləmişlər.... 



 

128


Mən deyirəm ki, özündən heç bir tərifli nişanə qoyub getməmiş olan bir müsəlmanın özü üçün 

tuncdan heykəl qayırtdırıb müsəlmanların yolu üstündə yüksəltməsi çox eyibdir, həm də 

günahdır. Bu, ancaq özünü öymək və təkəbbür əlamətidir ki, onların ikisi də alçaq 

sifətlərdəndir.” 

 

  

 



Dedim: 

 

  



 

“Baba, bunları velləyin getsin, bizə nə. Qoyun bir neçə addım asudəliklə yol gedək.” 

 

  

 



Qarabağlı məndən soruşdu:  

 

  



 

“Karandaşın var?” 

 

  

 



“Bəli, var,” -- dedim. 

 

  



 

“Onu ver mənə,” -- dedi. 

 

  

 



Verdim. Cib dəftərindən bir vərəq kağız çıxarıb nə isə yazmağa başladı; mən bildim nə yazır. 

Karandaşı əlindən aldım. 

 

  

 



“İş bunlardan keçibdir. Gəlin gedək öz dərdimizi çəkək,” -- dedim. 

 

  



 

Seyid dedi: 

 

  

 



“Hər halda qibleyi-aləmin özü Avropada bu heykəllərdən çox görübdür. Əgər yaxşı olmasa idi, 

özü üçün yadigar qoymazdı.” 

 

  

 



Qarabağlı cavab verdi: 

 

  




 

129


 

“Avropalıların özləri sizin üçün elə bir yadigar qoyublar ki, uzun illər boyu yaşayacaqdır.” 

 

  

 



“Nə yadigar qoyublar?” -- deyə Seyid soruşdu. 

 

  



 

Qarabağlı dedi: 

 

  

 



“Şahın Avropaya etdiyi üçüncü səfərində Paris qəzetləri aşkar yazdılar ki, Fransa milləti bu əziz 

qonaqların dalbadal etdikləri səfərlərin xərclərinin öhdəsindən gələ bilməyəcəkdir. Ona görə ki, 

İran dövləti vəzirlərinin vaxtaşırı Avropaya səyahəti eşqinə düşdüklərini, buraya gəlib eyş-işrət 

etmək meylində olduqlarını bilirik. Biz də nəzir deməmişik ki, onların boş-boş və israfçılıqla 

etdikləri xərcləri ödəyək, ağalar da asudəliklə öz keflərini çəksinlər. Buna görə də o vaxtın 

prezidenti Müsyö Kario əlacsızlıq üzündən doxsan min frank öz cibindən verməli oldu. Bu 

hadisənin xatirəsi üçün bir cild "İran tarixi" adlı kitab yazıb, dünyada yadigar qoyub getdi. Onun 

ləkəsi bizim gələcək nəsillərimiz üçün qiyamətədək bəsdir. İranın özü üçün də neçə kürur 

tümənə başa gələn bu səfərlərin bədnamçılıqdan başqa bir faydası olmadı. 

 

  



 

Səyahəti böyük Pyotr kimi eləmək lazımdır. Onun səyahəti sayəsində on səkkiz milyonluq rus 

milləti indi yüz on səkkiz milyon olubdur. Elə iradəli padşahlar da olmuşlar ki, heç bir yerə 

səyahət etməmişlər, lakin öz gözəl tədbiri və xeyirli işləri ilə bir milləti diriltmişlər. Misal üçün

Yaponiya imperatoru ayağını öz evindən kənara basmadığı halda, az bir müddət içərisində 

millətini və dövlətini o dərəcədə irəlilətdi ki, hamını heyran qoydu. Heç kəsin xəbəri olmadan 

birdən-birə yaraşıqlı bir halda pərdənin arxasından çıxıb, qoşunlarına salam verib dedi: "Dostlar, 

kefiniz necədir?" Bütün dövlətlər onun gözlənilməz tərəqqisindən vahiməyə düşdülər. İndi bütün 

böyük dövlətlərə meydan oxuyur, dünyanın bütün siyasi işlərində onun barmağı var. Böyük 

dövlətlərin hamısı ondan hesab aparır....” 

 

  

 



Seyidə dedim: 

 

  



 

“Ay ağa, iranlılardan İstambulda iki nəfər tanıyıram. Onların ikisinin də adı uzun illər boyu 

iranlıların yadından çıxmayacaq. Birinə həmişə rəhmət oxuyacaqlar; o birisinə isə daim lənət 

deyəcəklər. İstambulda olan heç bir iranlıdan eşitmədim ki, mərhum Mirzə Hüseyn xan 

Müşirüddövlənin adı çəkiləndə onun ruhuna rəhmət oxunmasın. Eləcə də elə bir adam görmədim 

ki, Mirzə Nəcəfəli xanın adını söyləyəndə əvvəlcə ona bir lənət göndərməsin. Halbuki onların 

ikisi də ölmüşlər. Yaxşılıqla pisliyin səmərəsi bundan başqa bir şey ola bilməz. Bəsirət sahibləri 

bundan ibrət almalıdırlar.” 

 

  

 



Seyid soruşdu: 


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə