İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə46/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   42   43   44   45   46   47   48   49   ...   160

 

138


 

  

 



Mənzilə çatandan az sonra Məşədi Həsən də gəlib çıxdı. Dedi: 

 

  



 

“İki saatdan sonra furqon hazır olacaq.” 

 

  

 



Dalandar gəlib haqq-hesab elədi, beş tümən yarım ona verdim. Çox razı qaldı. Yük-yapı 

yığışdırıb hambala verdim. Məşədi Həsənə dedim: 

 

  

 



“Bir az xırım-xırda almalıyıq.” 

 

  



 

Məşədi Həsən dedi: 

 

  

 



“Elədə Yusif əmi hamballa getsin, biz poçta yaxın olan bu küçə ilə gedək, bu yolda meyvə 

satanlar çoxdur.” 

 

  

 



Yusif əmi hamballa getdi. Biz də karvansaranın aşağı qapısından çıxıb, dar bir küçəyə çatdıq. 

Gördüm çadrasız bir arvad qapıların birindən çıxıb, dalanın o biri tərəfindəki evə girdi. Məşədi 

Həsəndən soruşdum: 

 

  



 

“Bura hamamdır?” 

 

  

 



“Yox, evdir,” -- dedi. 

 

  



 

“Bəs arvad nə üçün lüt idi?” 

 

  

 



“Xeyr, lüt deyildi, köynəyi, alt paltarı var idi.” 

 

  



 

“Yox, canım, mən özüm gördüm, köynəyi var idi, amma alt paltarı yox idi.” 




 

139


 

  

 



“Burada arvadlar çox qısa alt paltarı geyirlər. Onun altından kişilərin şalvarı kimi bir şalvar da 

geyirlər. Amma evdə bəzən alt şalvarını geymirlər. Küçə xəlvət olduğundan arvad belə xəyal 

elədi ki, heç kəs yoxdur. Çadrasız qonşusunun evinə gedirdi, bizə rast gəldi.” 

 

  



 

Dedim: 


 

  

 



“Pənah allaha, bu necə hayasızlıqdır? Müsəlman millətlərinin heç birində belə paltar yoxdur. 

Əgər hicab ayəsinin hörmətini belə saxlayacaqdılarsa, bunların dini varsa, onda mən kafərəm.” 

 

  

 



Doğrudan da, təəccübümün həddi yox idi. Məşədi Həsəndən soruşdum: 

 

  



 

“Bəs bunları ərləri görmürlərmi?” 

 

  

 



Məşədi Həsən gülüb dedi: 

 

  



 

“Niyə görmürlər? Hamının paltarları belədir. Bütün İranda ruhanilərin, vəzirlərin, seyidlərin, 

kasıbların, dövlətlilərin arvadlarının paltarı belədir.” 

 

  



 

Dedim: 


 

  

 



“Mən ölüm, düzünü de, sənin arvadın da belə paltar geyinir?” 

 

  



 

Dedi: 


 

  

 



“Mənə və ya başqasına məxsus deyil, ərz elədim ki, bütün arvadların paltarı gördüyün kimidir.” 

 

  



 


 

140


Xülasə, çaparxanaya gəlib çatdıq. Hələ Yusif əmi ilə hambal gəlməmişdilər. Özüm gedib 

Qəzvinədək furqon kirəsini verdim. On dörd tümən yarım elədi. İran tacirləri geyimində bir 

nəfərin orada dayandığını gördüm. Deyəsən, bir şey gözləyirdi. Məni görcək yaxın gəlib salam 

verdi və dedi: 

 

  

 



“Mən də Qəzvinə gedəcəyəm, səhərdən burada gözləyirəm ki, bir nəfər yol yoldaşı tapıla. 

İndiyəcən rast gəlmədi. Əgər razı olsanız dörd tümən yarım mən verim, furqonda üçümüz 

oturaq.” 

 

  



 

Fikirləşdim ki, bu adamın yoldaşlığından bizə bir zərər toxuna bilməz. Ancaq   tanımadığıma 

görə Məşədi Həsənin üzünə baxdım. O da işarə ilə bildirdi ki, zərəri yoxdur. Mən o şəxsin 

xahişini qəbul elədim. Razı qalıb, təşəkkür elədi. Bu əsnada Yusif əmi də gəlib çatdı. Yükümüzü 

furqonun dalına bağladıq.  Əldə  lazım  olacaq  xam-xırda da  kalyaskanın içində yerbəyer eləyib 

əyləşdik. İki imperial da Məşədi Həsənə bağışlayıb, zəhmətlərimə görə ondan halallıq istədim. 

Məndən razılıq edib, xeyir-dua verdi. Vidalaşdıq:  

 

  



 

“Xudahafiz!” 

 

  

 



“Allah amanında!” 

 

  



 

Bu Məşədi Həsən olduqca yaxşı adam idi. Bizim çox zəhmətimizi çəkdi. 

 

  

 



Yola düşdük. Burada yadıma düşdü ki, Tehran səyahətinin xülasəsini yazım. Ola bilsin ki

gələcəkdə dərdə dəyər. O təfsilin icmalı belədir: 

 

  

 



Məmləkətin padşahı İran təqvimini açıb qoyub qabağına. Baxır görsün ova getmək üçün hansı 

gün, saat xoşdur. Bütün vəzirlər, sərkərdələr, başçılar və qulluqçular özləri üçün yeni ləqəb 

tapmaq, hər hansı bir qeyri-qanuni vasitə ilə olur-olsun məqamlarını yüksəltmək mümkün 

olduğu təqdirdə isə öz rəqiblərini tutduqları mənsəbdən nə kimi böhtan və iftira ilə aşağı salmaq 

fikrindədirlər. Hamı belə xəyalda və fikirdədir, hətta hər qapıçı belə, bir vilayətə hakim olmaq 

ümidindədir. Özü də bu kimi adamlar az deyil. 

 

 

 



  

 

Tacir təbəqəsi də əsla ticarəti tərəqqi etdirmək, onu genişləndirmək xəyalında deyildir. Onlar ata-



babalarının getdikləri yolla gedirlər. Bütün Tehranda bir dənə kompani və ya şirkət təsis 


 

141


olunmayıbdır ki, məmləkətin əmtəəsi və məhsullarını rəvaclandırsın. Bir neçə nəfərin kifayət 

qədər sərmayəsi varsa da bir-birinə qarşılıqlı inamları yoxdur. Hətta müamilələrdə də bir-birləri 

ilə çox ehtiyatlı davranırlar. Hər kəs başqasını aldatmaq, bir növ badalaq gəlmək fikrindədir. 

İngiltərə və rus dövlətləri kimi bir-birinin hərəkətlərinə və rəftarına göz qoyurlar. 

 

  

 



Dükançılar və alverçilər də qara pul haqqında düşünürlər. Bu gün yetmiş şahı bir qrandır, sabah 

səksən şahı bir qran olur. Yoxsullar çörək tapmaq fikrindədirlər. Çörəyin batmanı bu gün iki 

qrana, sabah üç qranadır. İki böyük qonşu dövlətin səfirləri də öz siyasi məqsədlərini 

irəlilətməyə can atırlar. Heç kəs vətənin qayğısına qalmır, vətən sevgisindən heç bir kəsdə iz, 

əsər görünmür. Hamısı ağıldan naqis, inamdan kasıb, ölü ikən diri, diri ikən ölüdürlər. 

 

  



 

Nəhayət, kalyaskamız Qəzvinə doğru yola düşdü. Bizim kalyaskamızla gedən yoldaşdan 

soruşdum:  

 

  



 

“Sizin adınız nədir?” 

 

  

 



“Hacı Qulamrzadır,” -- dedi.  

 

  



 

O da mənim adımı soruşdu. 

 

  

 



“İbrahimdir,” -- dedim. 

 

  



 

“Haralısınız?” -- deyə soruşdum. 

 

  

 



“Qəzvinliyəm,” -- dedi. 

 

  



 

Düşündüm ki, yaxşı oldu, yoldaşımız yola bələddir. Tehrandan Qəzvinə gedən bu yol tərifə 

layiqdir. Yol hər yerdə düz və hamardır. Mənzillər abad və gözəldir. Doğrudan da, demək olar 

ki, bu yol İranın ən gözəl yoludur. Yəni əslində bundan başqa bir yolu yoxdur. Hacı Qulamrza 

yol üstündəki kəndləri və dayanacaqları bir-bir göstərir, tərifləyirdi. Hər bir mənzilə çatan kimi 

atları dəyişirdilər. Əsla məəttəlçilik olmurdu. Bir gecə yolda qaldıq. Müsafirlər üçün hər cür 

rahatlıq vəsaiti hazır idi. Biz mənzilə çatan kimi samovar gətirdilər. Çay dəmlədik, xidmətçilər 

nəzakətlə danışır və davranırdılar. Sübh namazından sonra atları kalyaskaya qoşdular, oturub 

yola, düşdük. Şam namazına az qalmış Qəzvinə çatdıq. Hacıdan soruşdum: 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə