İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə47/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   43   44   45   46   47   48   49   50   ...   160

 

142


 

  

 



“Sizcə, hansı karvansarada mənzil tutsaq yaxşıdır?” 

 

  



 

“Şəhərin girəcəyində bir mehmanxana var,” -- dedi. -- “Sizin üçün ora yaxşı və münasibdir. Əgər 

orada düşsəniz rahat olarsınız.” 

 

  



 

Mehmanxanaya gəlib çatdıq, gördüm doğrudan da gözəl yerdir. Çoxlu otatları var idi. Birini bizə 

verdilər. Gecəsinə iki qran istədilər. Əlbəttə, çox ucuz idi. Otaqda miz, səndəl, çarpayı, yorğan-

döşək və sair əsasiyyə səliqə ilə düzülmüşdü. Hacı ilə görüşüb ondan ayrıldıq. Mehmanxana 

xidmətçisi samovarı gətirib dedi: 

 

  



 

“Şam üçün çilov istəyirsiniz, ya plov?” 

 

  

 



“Məgər aşpazxana və yeməyiniz də var?” -- dedim. 

 

  



 

“Hər nə istəsəniz vardır,” -- dedi. 

 

  

 



“Əgər cücə xuruşu ilə çilov versəniz yaxşı olar.” 

 

  



 

“Gözüm üstə,” -- dedi. 

 

  

 



Çay içib, namaz qıldıq. Şam gətirdilər: bir məcməyi hesabi çilov, xuruş, şərbət, ayran, pendir və 

göyərti. Olduqca təmiz və səliqəli idi. İştaha ilə yedik. Sabahısı gün Hacı Qulamrza bizim 

görüşümüzə gəldi. Bir az söhbət elədik, durub gedəndə sabah gecə üçün bizi qonaq çağırıb 

vədimizi aldı. 

 

  

 



O getdi. Biz də mənzildən çıxdıq. Bazarın yolunu soruşduq. Dedilər bu xiyabanı düz gedərsiniz, 

alaqapıya çatarsınız, oradan da sol tərəfə dönüb bazara gedərsiniz. Gəzə-gəzə bazara gedib 

çatdıq. 

 

  



 


 

143


Qəzvin şəhəri vaxtilə paytaxt idi. Ancaq indi rövnəqdən düşmüşdür, olduqca xarab və çirkin bir 

şəhərdir. Avropa şəhərlərinin yanında heç kənd də sayılmaz. Çünki Avropa şəhərlərinin sanki 

dər-divarının da ruhu və duyğusu var. Camaatın gəl-gedindən, xalqın müamilayə məşğul 

olmasından oranın ticarətinin rövnəqini görmək olar. O şəhərlərdə bir nəfər belə işsiz görmək 

mümkün deyil. Hamı işləyir. Milli sərvəti artırmaq, məmləkəti abadlaşdırmaq üçün çalışırlar. 

Bunun əksinə olaraq, İranda hara baxırsan, görürsən hər bir bucaqda tənbəl və işsiz adamlar 

dəstə-dəstə toplaşıb oturublar. Şəhərlərin hamısı qəbiristana oxşayır. Başdan-başa xarabadır. 

Adam bəsirət gözü ilə baxsa görər ki, şəhərin dər-divarı ağız açıb uca səslə deyir: "Mənim 

sahibim yoxdur, məni abadlaşdırmaq üçün heç bir tədbir görülmür". 

 

  



 

Çox heyifsiləndim, ancaq nə edəsən? Yusif əmiyə dedim: 

 

  

 



“Yusif əmi, gedək bir yeməkxanaya bir tikə çörək yeyək.” 

 

  



 

Yeməkxana sorağını aldıq. Bir çilovpəz dükanı göstərdilər. Oraya getdik, baxıb gördüm o qədər 

kirlidir ki, içəri girmək mümkün deyil. Hələ yemək bir tərəfə qalsın. Qayıdıb gəldik, Yusif əmi 

dedi: 


 

  

 



“Avropanın bütün hakimləri yalandan deyirlər ki, xəstəliklərin mikrobları çirkdən əmələ gəlir. 

Əgər bu doğrudursa, bəs nə üçün bunlar bu qədər çirkin içində xəstələnmirlər?” 

 

  

 



Dedim: 

 

  



 

“Gedək məscidə, namaz qılıb qayıdaq mənzilə, naharı da elə orada elərik.” 

 

  

 



Məscidi-şaha getdik. Həqiqətən, çox əla məsciddir. 

 

  



 

Amma nə faydası?... Eşikdən nə qədər əzəmətli görünürsə içəridən yüz o qədər yoxsuldur. 

Həsirləri hər tərəfdə yırtıq-yırtıq idi. İki nəfər bir bucaqda iki iri daş qoyub, üstündə qoz sındırır, 

ləpəsini ayırırdı. Başqa tərəfdə neçə nəfər oturub nar yeyirdi. O biri tərəfdə qovun yeyib, 

qabıqlarını və tumunu yerə tökmüşdülər.... Məsciddən çıxdıq. Neçə addım uzaqlıqdan hay-küy 

səsi eşidildi. Dürüst qulaq asdım, bildim ki, mədrəsədir, tüllabın səsidir. Mədrəsəyə getdik. Çox 

böyük və mötəbər binası var idi. Deyirlər, Səfəvi şahlarından biri oranı qayırtdırıbdır. Hücrələrin 

birinin səkisində bir axundu dəstəmaz alan gördüm, ancaq haman hücrədən iki nəfərin səs-küyü 

də eşidilirdi. Öz-özümə dedim: "Bir halda ki, axund iki müsəlmanın davasını görür, onlara necə 

etina eləməyib dəstəmaz alır?" Onun bu haləti məni təəccübləndirdi. Hücrəyə baxıb iki tələbənin 




 

144


üz-üzə əyləşdiyini, hər birinin əlində bir kitab, dava-cəncəllə məşğul olduğunu gördüm. Bəzən 

biri kitabı göyə qaldırır, sanki tərəfin başına vurmaq istəyirdi. O birisi də onun kimi eləyirdi. 

Sözün qısası "ləm və lanüsləm" səsi ərşə çatırdı. Qəribə həngamə idi. 

 

  



 

Dəstəmazını alıb məs çəkməkdə olan axunddan soruşdum: 

 

  

 



“Cənab axund, bunlar nə üçün dava eləyirlər?” 

 

  



 

“Dava eləyən yoxdur,” -- dedi. 

 

  

 



“Bəs bunları görmürsənmi?” -- deyə təəccüblə soruşdum. 

 

  



 

“Dava eləmirlər, mübahisə eləyirlər,” -- dedi. 

 

  

 



“Nə üstə mübahisə eləyirlər?” 

 

  



 

“Elmi mübahisə eləyirlər.” 

 

  

 



“Bəs öz sözlərini nə üçün mülayim, şirin dillə bir-birinə demirlər?” 

 

  



 

“Məgər gülməklə, yumşaqlıqla elm öyrənmək olar?” 

 

  

 



“Mən ərz eləmədim ki, bir-birinə gülsünlər, mən siznən danışan kimi söhbət eləsinlər.” 

 

  



 

Axund qeyzlə məni başdan-ayağa süzüb dedi: 

 

  

 



“Sən türksən?” 

 



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə