İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə50/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   46   47   48   49   50   51   52   53   ...   160

 

150


  

 

“Günlərin birində əfqan alimlərindən biri Herat mədrəsələrindən birində tələbələrə dərs verirdi. 



Hamınızın tanıdığınız Mehdi bəy Şəqaqinin də qəzadan haman dərs məclisinə yolu düşür. Tam 

etinasızlıqla keçib müdərrisin məsnədinin yanında əyləşir. Müdərris onun div heykəlini, kəndli 

paltarını görüb diksinir, fikri dağılır, ancaq bir söz demir.” 

 

  



 

Dərsini qurtarandan sonra üzünü Mehdi bəyə tutub deyir: 

 

  

 



“Dediyim dərsi sən də qandınmı?” 

 

  



 

Mehdi bəy gülümsəyib deyir:  

 

  

 



“Bəli, mən də anladım.” 

 

  



 

“Dərs nə barədə idi?” -- deyə müdərris soruşur.  

 

  

 



“Dərs idi də....” -- deyə Mehdi bəy cavab verir.  

 

  



 

“Necə yəni "dərs idi də...." Axı dərs nədən idi?”  

 

  

 



“Eyham və kinayədən idi.” 

 

  



 

Doğrudan da, dərs bu iki məsələ barəsində imiş. Müdərris bununla da kifayətlənməyərək deyir: 

 

  

 



“Dərsin eyham və kinayədən olmasına söz yox, doğrudur. Ancaq bu ona dəlil ola bilməz ki, sən 

eyhamın mənasını anlamısan. Əgər bilirsən, bismillah, buyur görək.” 

 

  

 



Mehdi bəy mənalı-mənalı müdərrisi başdan-ayağa süzüb deyir: 

 



 

151


  

 

“Kinayəni bir misalla demək məncə daha yaxşı olar. Məsələn, mənim bir nökərim var, adı 



Mübarəkdir. Sizin də bir nökəriniz var, onun da adı Mübarəkdir. Bu iki mübarək bir-biri ilə 

dalaşır. Mənim nökərim Mübarək sənin Mübarəkini vurur yerə və mübarək başına....” 

 

  

 



Əlbəttə, bu məsələdən sonra müəllimin necə bir hala düşməsi aydındır. İndi mən də sizə ərz 

etməliyəm ki, mənim mübarək fikrim sizin Şəmsüşşüəranın mübarək fikrini murdarladı. Mənim 

əzizim, zülm vətənimizi yıxıb ayaqlar altına salmış, siz isə cəhalətin şiddətindən nə onu görür, nə 

də onu dəf etmək fikrindəsiniz. Sizin elminiz və fəzilətiniz yalnız bundan ibarətdir ki, bir-iki 

təmtəraqlı sözü quyruq-quyruğa bağlayıb, bir ovuc ən alçaq, hamıdan rəzil adamlara yalançı 

mədhlər söyləyəsiniz. Bu yalanları toxuyanın adını da Məliküşşüəra, Şəmsüşşüəra qoyub, 

məclisin yuxarı başında əyləşdirirsiniz. Onunla danışanda hər sözbaşı mübarək başına and 

içirsiniz, özünüzü onun nökəri adlandırırsınız. Sizin bu rəftarınız, yaltaqlığınız onu tamamilə 

özündən müştəbeh salır. Yazıq elə düşünür ki, doğrudan da yer üzünün ən bilikli adamıdır. 

Halbuki məmuli elm və fənlər haqqında heç bir məktəbli uşaqla da mübahisəyə girə bilməz. 

Onun yeganə fəziləti varsa, o da yalan toxumaq və əhvalat uydurmaqdan ibarətdir. 

 

  



 

Mən bilirdim ki, ev sahibi Şamsüşşüəradan utanır. Məclisdəkilərdən ancaq bir-iki nəfəri mənə 

təmayül göstərirdilər. Ancaq qalanlarının hamısı məni bu dəqiqə öldürüb tikə-tikə doğramaq 

istəyirdilər. Onlardan biri dedi: 

 

  

 



“Baba, bunlarla işiniz olmasın, türkdürlər. Bunlar sadəlövh və tərbiyəsiz olurlar.” 

 

  



 

O biri dedi: 

 

  

 



““Qonağın kafər olsa da ona hörmət elə” buyurmuşlar.” 

 

  



 

Şam gətirdilər. Yedik. Qəhvə içib qəlyan çəkdikdən sonra məclis dağıldı. Ev sahibinin nökəri 

fanar tutub bizi mənzilə çatdırdı. 

 

  



 

Əvvəlcə qərara gəlmişdim ki, Qəzvində üç gün qalam. Amma Yusif əminin başına gələn 

hadisədən sonra daha orada qalmaq niyyətindən vaz keçdim. Yusif əmiyə söz verdiyim kimi, 

sabahı gün səhər tezdən gedib çarvadar gətirdim. Şeyləri yükləyib Qəzvindən çıxmağa 

hazırlaşdıq. Carvadarın adı İbrahim idi. Özü də Zəncanlı idi. Lazım olan xam-xırdı alıb, 

axşamüstü yük-yapla mənzildən çıxdıq. Şəhərin kənarında karvanın dayandığı yerdə gecələdik 

ki, səhər oradan Ərdəbil şəhərinə tərəf yola düşək. 

 



 

152


  

 

  



 

  

 



  

 

QƏZVİN SƏYAHƏTİNİN İCMALI 



 

  

 



  

 

Şəhərin dam-divarından qəm-qüssə yağır. Əhalisi insana layiq həyatdan məhrumdur. Xurafat 



canlarında elə yer eləyib ki, zəmanənin vəziyyətindən yerli-dibli  xəbərsizdirlər. Mədəniyyət 

aləmindən büsbütün uzaqdırlar. Mədrəsə və  məscidlərinin  vəziyyətindən də qısaca danışdıq. Nə 

dünyaları var, nə də axirətləri. Bir adam belə tapmazsan ki, vətənin ümumi sərvətini artırmaq  

fikrində olsun, yaxud vətənpərvərlikdən onda bir iz-əsər görünsün.    Damarlarındakı qan belə 

dayanıb donmuşdur. Diri ikən ölü, ölü ikən diridirlər. 

 

  



 

Xülasə, səhər tezdən karvanla Qəzvindən Ərdəbil tərəfinə yola düşdük. Mənim Ərdəbilə 

getməkdən əsas məqsədim yüksək şanlı seyid, Şeyxi-büzürgüvar Səfiəddin İshaq Ərdəbilinin pak 

qəbrini ziyarət etmək idi. İnsanlıq aləminə işıq saçan o əziz vücudun sayəsində isnaəşəri məzhəbi 

geniş yayılmışdı. Pak ruhuna canım fəda olsun. 

 

  



 

Yolda yazılası bir şeyə rast gəlmədim. Göz işlədikcə hər tərəfdə kəndlər görünür. Kəndlilərdən 

nə təvəqqeimiz ola bilər? Yalnız bunu demək olar ki, hamısı sadəlövh, dindar adamlardır. Oruc 

tutan, namaz qılan və qonaqpərvərdirlər. Elmsizlik onlar üçün böyük bir səadətdir. Çünki 

dindarlığın, qonaqpərvərliyin, düz danışmağın və doğruluğun gözəl xüsusiyyətlərini oxumadan 

öyrənmişlər. Kişiləri və qadınlarının həyasına və namusuna söz ola bilməz. Aydındır ki, qiyamət 

günü Tehranın, bəlkə də İranın bütün şəhərlərinin  qadınları bu kəndli qadınların behiştdə 

tutduqları yüksək məqamların   paxıllığını çəkəcəklər. Hərçənd ki, əsasən üz tutmurlar, amma 

ürəkləri təmizdir. Özgə kişilərə qardaş gözü ilə baxırlar. Heç vaxt könüllərindən çirkin xəyal    

keçməz. And içmək olar ki, bunların on min nəfərindən biri belə öz ərinə xəyanət etməz. Öz 

səyahətimdən yalnız elə buna görə razıyam. Bunların qadası şəhərdəki çadrasız qadınların canına 

düşsün. Xarici ölkələrdəkilərin əksinə olaraq, bütün İran kəndləri ərbablıqdır. 

 

  

 



Altı gün yol getdikdən sonra Ərdəbil şəhərinə çatdıq. Hacı Məmməd karvansarasında düşdük. 

Yusif əmi mənə dedi: 

 

  

 



“Yenə də hamama getməyəcəksən?” 

 

  




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə