İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə49/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
1   ...   45   46   47   48   49   50   51   52   ...   160

 

148


 

“Bəli, əmirzadə həzrətlərinə bir şey yazmışam, sabah cümədir, aparıb hüzurunda oxuyacağam.” 

 

  

 



Əlini qoltuq cibinə salıb, bir kağız çıxartdı, ətrafa göz gəzdirib, hamının diqqətlə onu dinləməsini 

yəqin etdikdən sonra şerini oxudu. Dinləyənlər isə hər  bir beytin axırında  "əhsən!", 

"bərəkallah!" idi ki, dövrədən yağdırırdılar. Onlardan biri dedi:  

 

  



 

“Afərin sizin incə xəyalınıza! Bəh-bəh, nə gözəl şer yaratmısınız.” -- Sonra  üzünü mənə tutub: -- 

“Necədi, Məşədi?” -- deyə soruşdu. Dedim: 

 

  



 

“Mənim belə şeylərdən başım çıxmır.” 

 

  

 



“Necə yəni başım çıxmır? Bu sözlər başdan ayağa ruhdur!” 

 

  



 

“Heç bir ruhu yoxdur,” -- dedim. -- “Bu üslub çoxdandır ki, köhnəlibdir. Bu günün tələbləri bu 

mədhlərdə bir ruh qoymayıb qalsın. Dünyanın heç bir yerində bu kimi yalan sözlərin mininə bir 

qara pul da vermirlər. Ancaq bu ölkədə onların müştərisi var. Onun da səbəbi işsizlik, arsızlıq, 

elmsizlik və qəflətdir. Xüsusi bir alçaqlıq lazımdır ki, adam bilə-bilə zalimə adil deyə, cahilə 

alim sifəti verə, xəsisi səxavətli təqdim edib tərifləyə. Hələ bununla da kifayətlənməyib mənasız 

yalanlar uydurduğuna görə özünü öyə. Daha zaman o zaman deyil ki, ağıllı bir adam yalan 

sözlərə uysun. Ləyaqətsiz adamlara mədh yazan şairin işi də kafın kəşidəsini və ya nunun 

dairəsini gözəl çəkən xəttatın işi kimi daha indi fəzilət hesab olunmur. Sən mətləbi düzgün yaz, 

qoy kafın kəşidəsi lap əyri olsun, ürəyini sıxma, bütün münsiflər deyəcəklər ki, doğrudur. Bu 

gün ilan kimi burulan zülfün, sünbül kimi kəkilin bazarı kasaddır. Daha incə beli tükə oxşatmaq 

heç kəsin tükünü belə tərpətmir. Qaşın kamanı sınmış, ahu gözlər də bu kamanın təhlükəsindən 

xilas olmuşdur. Dodağın xalı əvəzinə daş kömürdən danışmaq lazımdır. Sərv və şümşad 

qamətlilər barəsində söhbəti qısalatmaq, Mazandaran meşələrinin girdəkan və şam ağaclarından 

danışmaq lazımdır. Gümüşbədənlilərin ətəyini burax, əlini gümüş və dəmir mədənlərinin sinəsi 

üzərinə qoy, eyş-işrət büsatını yığışdırıb, vətən xalçası dəzgahını işə sal. Bu gün gülüstan 

bülbülünün cəh-cəhi yox, dəmir yol fiti eşitmək vaxtıdır. Ağlı zay edən badə qoy həyasız saqinin 

özündə qalsın, vətənin tiryək ticarətini genişləndir. Şam və pərvanə hekayəsi köhnəldi. Mum-

şam karxanasından danış! Şəkər ləblərin söhbətini dərdli aşiqlərin öhdəsinə burax. Sən şəkər 

çuğundurunun mahnısını bəstələ! 

 

  

 



Əlqərəz, gələcək nəslin əxlaqını pozan bu kimi söhbətləri tulla getsin. Vətən sevgisi, vətənin 

sərvəti, vətənin abadlığı haqqında bir nəğmə qoş! Axı belə şairlikdən sizin dünya və axirətiniz 

üçün nə kimi bir fayda ola bilər? Vətənimiz bu mürüvvətsiz hakimlərin zülmündən elə xarab 

olmamışdır ki, onun abadlığını təsəvvür etmək bir daha mümkün olsun. Sizin sədaqətdə həzrət 

Yusifə, şan-şöhrətdə həzrət Süleymana oxşatdığınız bu zalım Əmirzadə tərbiyəsiz bir qəddardır. 

Bu gün bazarda Yusif peyğəmbərə tay tutduğunuz o zalımın anasının nikbətindən mənim 




 

149


yanımda əyləşən bu biçarə Yusifin başına oyun qalmadı ki, açmamış olsunlar. Çomaq, yumruq, 

sillə, təpik ... əllərindən hər nə gəldisə əsirgəmədilər. Bir adam da tapılmadı ki, bunun halına 

yansın, yaxud onun nə günahın sahibi olduğunu soruşsun. Öldürsəydilər də bir adam onun 

səbəbini soruşmazdı. Allah gözü insana görmək üçün bəxş etmişdir. Gərək o xanım üzünü örtülü 

saxlasın. Bir ovuc atasından xəbərsizin əlinə ağac verib xalqın canına salmasın. Hər yoldan 

keçənə deməsinlər "kor ol!", "gözlərini yum!", "üzünü divara çevir!"... Axı bunun nə mənası 

var? Məgər bu da müsəlmançılığdandır? Əgər sən şairsən, hərgah sənin şerin hikmətindən 

xəbərin varsa, bizim hal-hazırkı əhvalımı şerə çəkib şəhərdə yay. Qoy xalq bilsin ki, İranda nə 

xəbərdir. Sən şairsənsə həmvətənlərinə öz bəşəri hüquqlarını başa sal, qoy bu bir ovuc alçağın 

təcavüzləri müqabilində onlar daha dözməsinlər. Bütün millətlər bilir ki, iranlılar vaxtilə yer 

üzünün birinci mədəni xalqlarından idilər. Onlar başqa millətlərdən daha artıq şərəf və iftixarla 

yaşayırdılar. Bəs indi necə oldu ki, bütün xalqların içərisində vəhşi hesab olunur? Əcnəbilər ona 

alçaq nəzərlə baxırlar. Mən özüm iranlıyam. Beş aydır ki, vətənimi görmək, onu ziyarət etmək 

əzmilə bu bədbəxt ölkəyə gəlmişəm. Hər gün, hər tərəfdə, hər bir idarədə, onun hər bir şöbəsində 

o qədər haqsızlığa rast gəlmişəm ki, ürəyim bir tikə qan olub, yeməkdən, yatmaqdan, 

istirahətdən, əylənməkdən qalmışam. Ancaq sizin bütün bunlardan xəbəriniz yoxdur. Təəssüflər 

olsun ki, sizin damarlarınızdakı qan soyuyub donmuş, insan hissiyyatından məhrumsunuz....” 

 

  



 

Təəssüratımın şiddətindən boğazım elə tıxandı ki, az qaldı boğulam. Əlacsızlıqdan sözümü kəsib 

sakit dayandım. 

 

  



 

Məclisdəkilər mat, məbhut qalıb mənim üzümə heyran-heyran baxırdılar. Az sonra özlərini ələ 

aldılar. Bu məsələlərdən tamamilə uzaq olduqlarına görə yenə də Şəmsüşşüəranı tərifləməyə 

başladılar. Qonaqlardan biri dedi: 

 

  

 



“Məşədi, daş kömür, ya mədən kömürü nəyimizə gərəkdir? Biz hamımız odun yandırırıq, 

kömürümüz də var. Şəmsüşşüəranın bu gözəl fikirlərinin məziyyətlərini də hamılıqca bilirik. 

Əgər siz qanmadınız daha bizim günahımız nədir?” 

 

  



 

Məsələnin başqa şəkil aldığını gördüm. Onlar məni cahil hesab etmək, avam yerinə qoymaq 

xəyalında idilər. Daha çarə yox idi. İndi bunlarla başqa cür davranmaq lazım idi. Dedim: 

 

  



 

“Ağa, gecə uzundur, söhbətimiz də şirin. İzin versəniz sizə bir məsəl ərz elərəm.” 

 

  

 



“Buyurun, nə eybi var,” -- dedi.  

 

  



 

Dedim: 


 


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə