1980-1988
İran-İraq müharibəsi.
1981 sentyabr
İran İslam Məclisinin torpaq islahatı haqqında qanun qəbul etməsi.
1980 sonu-1990 əvvəli
Cənubi Azərbaycanın milli təfəkküründə yeni canlanma baş verməsi. Bu canlanmanın səbəbi Sovet-İran
sərhəddində sərhəd qurğularının dağıdılması və Şimali Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması idi.
AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN BƏRPA OLUNMASI VƏ MÖHKƏMLƏNDİRİLMƏSİ
1988-1990
Ə.Vəzirovun Azərbaycan SSR KP MK-in birinci katibi işləməsi.
1988 yanvar
Qərbi Azərbaycanlıların sonuncu deportasiyasının (1988-1991) başlaması. Qafan və Mehri rayonlarından ilk
qaçqınların Azərbaycana pənah gətirməsi.
1988
Respublika rəhbərliyinin Qazax və Gədəbəy rayonlarında minlərlə hektar torpaq sahəsinin Ermənistana
verilməsinə razılıq verməsi.
1988 9 fevral
Bakıda ilk etiraz mitinqi keçirilməsi və Azərbaycanda milli-azadlıq – xalq hərəkatının başlaması. Bu dövrdə
Azərbaycanda xalq hərəkatının başlanmasının səbəbi Ermənistanda yaşayan soydaşlarımızın kütləvi şəkildə
deportasiyası və Dağlıq Qarabağda ermənilərin separatçılıq meyillərinə mərkəzin (Moskvanın) xeyr-dua
verməsi idi.
1988 19 fevral
İrəvanda azərbaycanlılar əleyhinə mitinqlər keçirirməsi.
1988 20 fevral
DQMV xalq deputatları sovetinin “Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında qərar” qəbul etməsi və
Dağlıq Qarabağ münaqişəsinin rəsmi olaraq başlaması.
1988 24 fevral
Əsgəran rayonunda ermənilərin iki azərbaycanlını qətlə yetirməsi.
1988 28 fevral
“Paşa” ləqəbli erməni E.Qriqoryanın Sumqayıtda ilk cinayət törətməsi. Ermənilərin Sumqayıt fitnəkarlığını
törətməsi. Sumqayıt fitnəkarlığını törətməkdə ermənilərin məqsədi azərbaycanlıları Ermənistandan birdəfəlik
çıxartmaq və azərbaycanlılara qarşı dünyada mənfi ictimai rəy yaratmaq idi.
1988 15 iyun
Ermənistan SSRİ Ali Sovetinin “DQMV xalq deputatları sovetinin Ermənistana birləşdirmək haqqında”
qərarına razılıq verməsi.
1988 sentyabr
Ermənilərin Xankəndi, Xocalı və Qubadlı rayonunun sərhəd kəndlərinə basqınlar etməyə başlaması.
1988 15-16 noyabr
Şuşanın Topxana meşəsində ermənilərin sənaye obyekti tikməsinə etiraz olaraq Bakıda mitinqlər keçirilməsi.
1988 17 noyabr
Xalq hərəkatının ən yüksək mərhələsinin başlaması. Milli Dirçəliş günü. “Azadlıq” meydanındakı bu mitinqdə
ilk dəfə “Suverenlik” və “Azadlıq” çağırışları səsləndi, AXC-nin üçrəngli bayrağı qaldırıldı, həmçinin
hökumətdən Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması üçün tədbir görülməsi tələb olundu.
1988 17 noyabr - 4 dekabr Meydan hərəkatı dövrü.
1988 11 dekabr
Azərbaycandan Ermənistana zəlzələ zonasına köməyə gedən İl-76 təyyarəsinin ermənilər tərəfindən vurulması.
1989
Azərbaycanda ilk dəfə çoxmandatlı sistem əsasında xalq deputatları seçkiləri keçirilməsi.
1989 12 yanvar
SSRİ Ali Soveti Rəyasət Heyətinin “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi
haqqında” qərar qəbul etməsi.
1989.I.12- 1989.IX.28
DQMV-də Xüsusi İdarə Komitəsinin (XİK) mövcud olması.
1989 16 iyun
Bakıda AXC-nin təsis konfransının keçirilməsi. Konfransın qərarına əsasən AXC-nin proqramı və
nizamnaməsi qəbul edildi, Əbulfəz Əliyev isə AXC-nin sədri seçildi.
1989 iyul
Xankəndinin (Stepanakertin) 14 min nəfərlik bütün azərbaycanlı əhalisinin şəhərdən çıxarılması.
1989 23 sentyabr
“Azərbaycan SSRİ-nin suverenliyi haqqında” Konstitusiya Qanununun qəbul edilməsi.
1989 1 dekabr
Ermənistan SSRİ AS-in “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar” qəbul etməsi.
1989 30 dekabr
Gəncə şəhərinin tarixi adının bərpa edilməsi.
1989 31 dekabr
Naxçıvan MSSR-də, Biləsuvar və Cəlilabad rayonlarında Sovet–İran sərhəd qurğularının dağıdılması.
1990 12 y
anvar
AXC tərəfindən Milli Müdafiə Şurası (MMŞ) yaradılması. MMŞ yaradılmasında məqsədi AXC
özünümüdafiə qüvvələrini birləşdirmək və erməni hücumlarının qarşısını almaq idi.
1990 15 yanvar
SSR Ali Soveti Rəyasət Heyətinin “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması
haqqında” fərman verməsi.
1990 19 yanvar
Naxçıvan MSSR-in Ali Sovetinin Muxtar respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul
etməsi.
1990 19 yanvar
SSRİ Ali Soveti Rəyasət Heyətinin “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman
verməsi.
1990 19-20 yanvar
Sovet ordusunun Bakıya hücum edərək qanlı qırğın törətməsi. Respublikada 40 günlük ümummilli tətilin
(matəmin) başlanması.
1990 25 yan - 14 sent
Ayaz Mütəllibovun Azərbaycan SSR KP MK-in birinci katibi işləməsi.
1990 19 may
Azərbaycan Respublikasının prezidenti vəzifəsinin təsis edilməsi
1990 20 iyul
H.Əliyevin Moskvadan Bakıya qayıtması.
1990 30 sentyabr
H.Əliyevin Azərbaycan SSR və Naxçıvan SSR Ali Sovetinə deputat seçilməsi.
1990 17 noyabr
Naxçıvan MR adından “Sovet sosialist” sözünün çıxarılması. Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli
bayrağının Naxçıvan MR-in rəsmi bayrağı kimi qəbul edilməsi. NMR Ali Sovetinin Ali Məclis adlandırılması
və Ali Məclisin 20 yanvar hadisələrinə düzgün siyasi qiymət verməsi.
1991 5 fevral
Azərbaycan SSR-in Azərbaycan Respublikası adladırılması və AXC-nin üçrəngli bayrağına dövlət bayrağı
statusu verilməsi.