1946 fevral
Milli Hökumətin aqrar qanun qəbul etməsi. Aqrar qanuna əsasən “xalisə”, dövlət mülkiyyətində olan torpaqlar,
habelə Azərbaycandan qaçmış və ona qarşı mübarizəni davam etdirən mülkədar və sahibkarların torpaqları
kəndlilər arasında bölüşdürüldü
1946 8 may
BMT-nin tələbi ilə Sovet hökumətinin hərbi hissələrini İrandan çıxarılması
1946 12 may
Milli Hökumətin “Əmək haqqında qanun” qəbul etməsi
1946 iyun
Milli Hökumət tərəfindən Təbriz universitetinin təsis edilməsi
1946 iyun
İranın Qəvalmüssəltənə hökumətinin Milli Hökumətlə müqavilə bağlaması
1946 12 dekabr
İran qoşunlarının Təbrizdə daxil olması. Cənubi Azərbaycanda Milli hərəkatın məğlub olması. Cənubi
Azərbaycan Milli hərəkatının məğlub olmasının səbəbi İran hökumətinin silahlı qüvvələrinin üstünlüyü, ABŞ,
İngiltərə və Sovet hökumətinin İrandakı siyasəti idi. Hərəkatın məğlubiyyətə uğramasına baxmayaraq böyük
əhəmiyyəti oldu, xalqda öz milli varlığı, tarixi və mədəniyyəti ideyasını möhkəmlətdi və gələcək mübarizə
üçün zəmin yaratdı
1947 12 iyun
S.C.Pişəvərinin müəmmalı şəkildə Şimali Azərbaycanda avtomobil qəzasında həlak olması
AZƏRBAYCAN SSRİ II DÜNYA MÜHARİBƏSİNDƏN SONRAKI DÖVRDƏ (1945-1980-Cİ İLLƏRDƏ)
1945
Ümumtəhsil məktəblərində buraxılış imtahanları müəyyən olunması. Ən yaxşı oxuyan şagirdlər üçün qızıl və
gümüş medalların təsis edilməsi.
1945
Rejissor R.Təhmasib tərəfindən “Arşın mal alan” filminin çəkilməsi və Azərbaycan kinosunun ilk dəfə dünya
ekranına çıxarılması.
1945
A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi” adlı təşkilatın yaradılması.
1945 payız
Ermənistan rəhbərliyi tərəfindən Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi məsələsinin
qaldırılması.
1945-1954
Sumqayıt Kimya, Boru prokatı və “Sintetik kauçuk zavodlarının inşa edilməsi.
1945-1950-ci illər
Azərbaycanda Sovet rejiminə qarşı Gülhüseyn Hüseynoğlu, İsmixan Rəhimov və Hacı Zeynalovun başçılığı ilə
“İldırım” adlı gənclər təşkilatı yaradılması. Təşkilat müstəqil Azərbaycan Respublikasını bərpa etmək ideyasını
yaymağa cəhd göstərmiş, Azərbaycan (türk) dilinin sıxışdırılmasına qarşı etiraz etmişdi.
1946 oktyabr
Moskvanın xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi haqqında qərar qəbul etməsi. Bu köçürülmə
azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması hesabına həyata keçirilməli idi.
1947
Ölkədə kartoçka sisteminin ləğv edilməsi.
1947-1952
SSR-də istehlak mallarının satış qiymətinin aşağı endirilməsi.
1947 23 dekabr
“Ermənistan SSR-də kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür–Araz ovalığına
köçürülməsi haqqında” qərar qəbul edilməsi. Bu qərara əsasən 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min
nəfər “könüllülük prinsipinə əsasən” Azərbaycana köçürülməli idi.
1948 10 mart
“Ermənistan SSR-də kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür–Araz ovalığına
köçürülməsi haqqında” qərarı həyata keçirmək üçün tədbirlər planı müəyyən edilməsi.
1948-1953
Ermənistan SSRİ-dən azərbaycanlıların bir hissəsinin departasiya edilməsi.
1948
Dünyada ilk dəfə Azərbaycanda açıq dənizdə neft – mədən estakadaları qurulması.
1948
Azərbaycanda məhsul istehsalının müharibədən əvvəlki səviyyəyə çatdırılması.
1949 7 noyabr
Neft daşlarında ilk dəfə açıq dənizdə neft quyusu fontan vurması.
1949
Azərbaycan SSRİ-də icbari yeddillik təhsilə keçilməsi.
1949
H.Hüseynovun “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərinin nəşr edilməsi.
1949
M.Ə.Rəsulzadənin Ankarada “Azərbaycan Kültür dərnəyi”ni yaratması. Dərnəyin əsas məqsədi xalqı
maarifləndirmək idi.
1951
Qaradağ sement zavodunun tikilib istifadəyə verilməsi.
1953 5 mart
Sov.İKR MK-nın birinci katibi İ.V.Stalinin vəfat etməsi.
1953 iyul
M.C.Bağırovun vəzifəsindən azad edilərək “Kuybışevneft” birliyinə rəis müavini göndərilməsi.
1953 sentyabr
N.S.Xruşşovun
Sov.İKR MK-nın birinci katibi seçilməsi. N.S.Xruşşov hakimiyyəti ələ keçirdikdən sonra
inzibati-amirlik idarə sistemini, represiyaları və.b neqativ halları Stalinin adı ilə bağlayaraq onun şəxsiyyətinə
pərəstişi tənqid etdi, M.C.Bağırovun dövründə Azərbaycanda güc orqanlarına rəhbərlik etmiş Y.Sumbatov-
Topuridze, X.Qriqoryan, R.Markaryan və.b güllələnməyə məhkum olundular.
1953
Yeni Bakı Neftayırma zavodunun işə salınması.
1954-1959
İmam Mustafayevin Azərbaycan KP MK-in birinci katibi işləməsi. İmam Mustafayevin hakimiyyəti dövründə
xalqın vəziyyətini yaxşılaşdırmaq və hücumlardan qorunmaq üçün səylər göstərdi, Respublikanın iqtidadi
müstəqilliyinin təmin olunmasına çalışdı, sənayenin sürətli inkişafı nəticəsində Bakıda azərbaycanlıların sayı
xeyli artması və demoqrafik vəziyyətin dəyişməsi N.S. Xuruşovun beynəlmilər şəhər olan Bakını
Azərbaycanın tərkibindən çıxarıb birbaşa Moskvaya tabe etmək planını pozdu, Azərbaycan SSRİ Ali Sovetinin
sessiyasında Azərbaycan dili haqqında xüsusi qərar qəbul edildi, Azərbaycan dilini rəsmi dövlət dili statusunun
təmin olunmasına çalışıldı, Respublikanın dövlət idarələrində Azərbaycan dilinin tətbiqi üçün real addımlar
atıldı, məhkəmə quruculuğu, mülki, cinayət və məhkəmə məcəlləsinin qəbulu Respublikanın ixtiyarına
verildi.
1954
Daşkəsəndə dəmir filizi üçün saflaşdırma kombinatının tikilib istifadəyə verilməsi.