1975
Bakı-Böyük Kəsik və Bakı-Yalama xətlərinin elekrikləşdirilməsinin başa çatması.
1975
Bakıda Məişət Kondisionerlər zavodunun tikilib istifadəyə verilməsi.
1975
Tərtər SES-in tikilib istifadəyə verilməsi.
1976
H.Əliyevin Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi.
1976-1987
“Azərbaycan Sovet Ensiklopediyası”nın nəşr olunması.
1977
Ermənilərin Dağlıq Qarabağ məsələsini yenidən qaldırmaq cəhdinin qarşısının alınması.
1978
Üçüncü Azərbaycan SSR və Naxçıvan MSSR-in Konstitutsiyasının qəbul edilməsi. Bu Konstitusiyasında
Azərbaycan dilinin dövlət dili olması öz əksini tapdı.
1979
Ağdamdan Şuşaya dəmir yolu çəkilməsi.
1979
DQMV-də Əsgərov rayonunun təşkil olunması.
1970-ci illər
Xəzər dənizində sualtı neft kəməri çəkilməsi. Azərbaycan neft maşınqayırma sahəsində ABŞ-dan donra
dünyada ikinci yerə çıxması. Cənubi Qafqazda ən iri poladtökmə zavodunun Bakıda tikilib istifadəyə
verilməsi. Bakı Sumqayıt və Mingəçevirdə evtikmə kombinatları, Sumqayıtda şüşə zavodu, Ələt ağac emalı
kombinatı müəssisələrinin tikilib istifadəyə verilməsi.
1970-ci illər
Dəniz vağzalı, Respublika sarayı və “Moskva” mehmanxanasının tikilib istifadəyə verilməsi.
1970-1980-ci illər
“Yeddi oğul istərəm” (rejissor T.Tağızadə), “Nəsimi” (rejissor H.Seyidbəyli), “Babək” (rejissor E.Quliyev),
“İstintaq” (rejissor R.Ocaqov), “Dədə Qorqud” (rejissor T.Tağızadə), “Yaramaz” (rejissor V.Mustafazadə)
filmlərinin çəkilməsi.
1981-1984
Şəmkir SES-in işə salınması.
1982
Hüseyn Cavidin nəşinin İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edilməsi.
1982
Sabirabadda iri su təchizatı kompleksinin istifadəyə verilməsi.
1982 dekabr
H.Əliyevin Sov.İKP MK Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin
edilməsi.
1982-1988
K.Bağırovun Azərbaycan SSR KP MK-nın birinci katibi işləməsi.
1983
Bakı-Qroznı neft kəmərinin istifadəyə verilməsi. Bakı-Qroznı neft kəmərinin istifadəyə verilməsi nəticəsində
Azərbaycan SSRİ-nin vahid neft kəmərinə qoşuldu və Sibir nefti emal olunmaq üçün Bakıya axmağa başladı.
1985
Dərin Dəniz özülləri zavodunun tikilib istifadəyə verilməsi.
1985
Bakı-Aktau (Şevçenko) bərə yolunun işə salınması.
1987
H.Əliyevin Moskvada öz vəzifəsindən istefa verməsi
1985-1991
M.Qarbaçovun SSRİ K(b)P MK birinci katibi işləməsi.
1985-1987
SSRİ-də “sürətləndirmə konsepsiyası” və “Yenidənqurma” xətti irəli sürülməsi.
1980 ikinci yarısı
Bütün Sovet imperiyasında alkoqolizmə qarşı mübarizə kampaniyası həyata keçirilməsi.
1987
Bakıda Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyinin fəaliyyətə başlaması.
1980-ci illər
Gülüstan sarayı, Yeni zoopark və Örtülü idman kompleksinin tikilib istifadəyə verilməsi.
CƏNUBİ AZƏRBAYCAN 1978-1979-CU İLLƏR İRAN İSLAM İNQİLABI VƏ ONDAN SONRAKI DÖVRDƏ
1977 12 dekabr
Təbrizdə Milli hökumətin yaranmasının il dönümü münasibəti ilə İranda ən iri tələbə çıxışı baş verməsi.
1978 9 yanvar
Qum şəhərində nümayiş keçirilməsi. Nümayişçilər Konstitusiya prinsiplərinə riayət olunması və İranda şahlıq
idarə üsulunun ləğv edilməsi tələblərini irəli sürürdülər.
1978 18 fevral
Qumdakı hadisələrinin 40-cı günü, Təbrizdə mövcud quruluşa qarşı izdihamlı mitinq keçirilməsi. “29
Bəhmən” inqilabının başlanması. Təbriz üsyanı müəyyən əhəmiyyətə malik idi. Belə ki Təbriz üsyanı Pəhləvi
monorxiyasına, Məhəmməd Rza şah rejiminə qarşı xalqın nifrətini üzə çıxardı, pəhləvi monorxiyasına zərbə
vuran ilk xalq çıxışı oldu, inqilab dövründə şah rejiminə qarşı tələblər və “şaha ölüm” şüarı kəskin şəkildə ilk
dəfə Təbrizdə irəli sürüldü, Təbriz üsyanından sonra Tehran, İsfahan, Məşhəd, Qum, Zəncan və.b şəhərlərdə
ilk çıxıçlar baş verdi, üsyan İranda inqilabın geniş vüsət almasında həlledici rol oynadı.
1978-1979
İran İslam inqilabı dövrü. İnqilab nəticəsində İranda Məhəmməd Rza şahın hakimiyyəti və pəhləvi monarxiyası
devirildi, İran İslam Respublikası elan olundu.
1978 19 fevral
Təbriz üsyanının hökumət tərəfindən yatırılması.
1978 2 sentyabr
İran İslam inqilabının ikinci mərhələsinin başlanması. Ölkənin bütün sosial təbəqələrinin hərəkata qoşulması,
müxtəlif siyasi qrupların fəaliyyətlərini daha da genişləndirməsi, sənaye fəhlələrinin ən çox mərkəzləşdiyi
Tehran, İsfahan, və Təbrizdə hərəkatın daha geniş miqyas alması inqilabın bu mərhələsinin əsas səciyyəvi
cəhətlərini təşkil edir.
1978 7 sentyabr
İranda üsyanların kütləvi xarakter alması və ölkədə hərbi vəziyyət elan olunması.
1978 8 sentyabr
İranda nümayiş iştirakçılarının gülləbaran edilməsi - “Qanlı cümə günü” hadisəsinin baş verməsi.
1978 noyabr
İranda neft sənayesi fəhlələrinin həftəlik çıxışlara başlaması.
1978 dekabr - 1979 fevral Neft sənayesi fəhlələrinin fasiləsiz ümumi tətillər keçirməsi. Ümumi tətillər nəticəsində şah hakimiyyətinə ağır
zərbə vuruldu və inqilabın taleyi həll olundu.
1979 16 yanvar
Məhəmməd Rza şahın İrandan qaçması.
1979 11 fevral
Tehran üsyanı. İran inqilabının qələbə qazanması.
1979 16 fevral
İran inqilabının Cənubi Azərbaycanda başa çatması.
1979 1 aprel
İran İslam Respublikasının elan olunması.