1993 23 fevral
Milli Məclisin Azərbaycan Respublikasının Dövlət gerbini təsdiq etməsi.
1993 3 aprel
Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal olunması.
1992 ortaları
Türkdilli ölkələrin Mədəniyyət Nazirliklərinin daimi Konseyinin yaradılması.
1993 4 iyun
S.Hüseynovun başçılığı ilə 709 saylı hərbi hissənin Gəncədə hərbi qiyam qaldırması.
1993 15 iyun
H.Əliyevin Ali Sovetin Sədri seçilməsi. Bu gün Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu.
“Milli Qurtuluş Günü” nəticəsində gələcək faciələrin, ölkədə vətəndaş müharibəsi və separatçılığın qarşısı
alındı, zorakı yolla hakimiyyəti ələ almaq ənənənəsinə son qoyuldu, Azərbaycan ərazisinin parçalanması
təhlükəsi aradan qaldırıldı, Azərbaycanın dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.
1993 24 iyun
Milli Məclisin prezident səlahiyyətlərini H.Əliyevə həvalə etməsi.
1993 18 iyul
Əbülfəz Elçibəyin Kələki kəndinə getməsi.
1993 avqust
Cənub bölgəsində Ə.Hümbətovun “Talış Muğam Respublikası” yaratmağa çalışması.
1993 avqust
Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının ermənilər tərəfindən işğal olunması.
1993 29 avqust
Prezident Ə.Elçibəyə etimat haqqında referendum keçirilməsi.
1993 24 sentyabr
Azərbaycanın MDB-yə üzv qəbul olunması.
1993 3 oktyabr
H.Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi.
1993-1998
H.Əliyevin birinci Prezidentliyi dövrü.
1993 30 oktyabr
Zəngilan rayonunun ermənilər tərəfindən işğal olunması.
1993 1 noyabr
Prezident fərmanı ilə Dövlət Müdafiə Şurasının yaradılması.
1993 2 noyabr
H.Əliyevin televiziya və radio vasitəsilə xalqa müraciət etməsi.
1993 sonları
Əks hücumlar nəticəsində Beyləqan istiqamətində hücuma keçən düşmənin geri çəkilməsi.
1993
Türkdilli ölkələrin Mədəniyyət Nazirliklərinin icra qurumu olan TÜRKSOY-un yaradılması.
1993
Ali məktəblərdə iki pilləli (bakalavr və magistr) təhsilə keçilməsi.
1994 əvvəlləri
Milli Ordunun hücum əməliyyatı nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və 22 kəndinin, Cəbrayıl və
Kəlbəcər rayonlarının bir sıra yaşayış məntəqələrinin düşməndən azad edilməsi.
1994 əvvəlləri
Ağdam və Ağdərə rayonlarının bir neçə yaşayış məntəqəsinin ermənilər tərəfindən işğal edilməsi.
1994 yanvar
Milli valyuta olan manatın Respublika ərazisində yeganə ödəniş vasitəsi elan edilməsi.
1994 4 may
Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması.
1994 12 may
Bişkek protokolunun imzalanması və Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edilməsi.
1994 20 sentyabr
“Əsrin müqaviləsi”nin imzalanması. Əsrin müqaviləsinə əsasən 14 ölkənin 30 neft şirkəti ilə 20 neft
müqaviləsi imzalandı, ŞELF-5 qazma qurğusu yenidən qurulub “İstiqlal” adı ilə istifadəyə verildi, “Qurtuluş”
müasir qazma qurğusu işə salındı (2000-ci ildə), “Çıraq” platformasından 120 metr dərinlikdə 176 km-lik neft
kəməri çəkildi, Sanqaçal Terminalı tikildi, çıxarılan neftin Avropa bazarlarına satılması üçün iki - Bakı-
Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan adlı əsas neft kəmərləri tikilib istifadəyə verildi.
1994 29 sentyabr
H.Əliyevin BMT-nin 49-cu sessiyasında iştirak etməsi.
1994 29 sentyabr
Afiyyədin Cəlilov və Şəmsi Rəhimovun qətlə yetirilməsi.
1994 2 oktyabr
Xüsusi Təyinatlı Polis Dəstəsinin Bakıda Respublika prokurorluğunun binasını zəbt etməsi.
1994 4 oktyabr
H.Əliyevin televiziya və radio vasitəsilə ikinci dəfə xalqa müraciət etməsi. Gəncədə S.Hüseynovun
tərəfdarlarının dövlət çevrilişinə cəhdinin qarşısının alınması.
1994 5-6 dekabr
ATƏT-in Budapeşt sammitinin keçirilməsi. Sammitin qərarına əsasən ATƏT-in Minsk qrupunun həmsədrləri
təsisatı yaradıldı. Mins qrupunun tərkibi hazırda Rusiya, Fransa və ABŞ-dan ibarətdir.
1994
Xarici ticarətin sərbəstləşdirilməsi haqqında fərman imzalanması.
1994-1995
Neftayırma zavodlarında ALOW-2 qurğusunun istifadəyə verilməsi.
1995-1997
Respublikada özəlləşdirmə prosesinin həyata keçirilməsi.
1995 mart
R.Cavadovun başçılığı ilə Azərbaycanda yenidən dövlət çevrilişinə cəhd edilməsi.
1995 2 mart
“Dövlət aqrar islahatı” komissiyasının yaradılması.
1995 12 noyabr
Respublikada birinci parlament seçkilərinin keçirilməsi və müstəqil Azərbaycanın ilk demokratik
parlamentinin yaradılması. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi.
1996 21 fevral
Prezident yanında xüsusi hüquqi islahatlar komissiyasının yaradılması.
1996 16 iyul
“Torpaq islahatı haqqında” Qanunun qəbul edilməsi. Qanuna əsasən bütün postsovet respublikalarında fərqli
olaraq, torpaq kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz verildi, Respublikanın vahid torpaq
fondu əsasında dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyət forması müəyyən olundu. Qanun əsasında “Dövlət
torpaqları haqqında”, “Torpaq vergisi haqqında” qanunlar qəbul olundu və aqrar kredit kassaları yaradıldı.
Aqrar islahat nəticəsində kənd təsərrüfatı ilə birlikdə bütün əmlak və texnika özəlləşdirildi, Azərbaycan
kəndinin sosial siması dəyişdi, çoxukladlı iqtisadiyyat yaradıldı, aqrar sektorda dövlətin inhisarçılıq sistemi
liberallaşdırıldı, istehsalın və satışın azad bazar qanunları ilə həll edilməsinə şərait yaradıldı.
1996 26 avqust
Prezidentin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” fərman
verməsi və narkobizneslə mübarizə üzrə komissiya yaradılması.
1996 26 oktyabr
“Sudan pullu istifadə haqqında əsasnamə” qəbul olunması.
1996 noyabr
Azərbaycan ilə YUNESKO arasında əməkdaşlıq haqqında memorondum imzalanması.
1996 2-3 dekabr
ATƏT-in Lissabon sammitinin keçirilməsi. Sammitdə 54 ölkədən 53-ü Azərbaycanın ərazi bütövlüyünü
dəstəklədi.
1996
“Yarasa” bədii filminin Fransada “Birinci plan Beynəlxalq kinofestivalında” “Avropanın ən yaxşı tam metrajlı
bədii filmi” seçilməsi.