İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə60/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   53   54   55   56   57   58   59   60   61

1993  23 fevral 

Milli Məclisin Azərbaycan Respublikasının Dövlət gerbini təsdiq etməsi. 



1993  3 aprel 

Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal olunması. 



1992  ortaları 

Türkdilli  ölkələrin Mədəniyyət Nazirliklərinin daimi Konseyinin yaradılması. 



1993  4 iyun 

 S.Hüseynovun başçılığı ilə 709 saylı hərbi hissənin Gəncədə  hərbi qiyam qaldırması. 



1993  15 iyun 

H.Əliyevin Ali Sovetin Sədri seçilməsi. Bu gün Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. 

“Milli  Qurtuluş  Günü”  nəticəsində  gələcək    faciələrin,  ölkədə  vətəndaş  müharibəsi  və  separatçılığın  qarşısı 

alındı,  zorakı  yolla  hakimiyyəti  ələ  almaq  ənənənəsinə  son  qoyuldu,  Azərbaycan  ərazisinin  parçalanması 

təhlükəsi aradan qaldırıldı, Azərbaycanın dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. 

1993  24 iyun 

Milli Məclisin prezident səlahiyyətlərini H.Əliyevə həvalə etməsi. 



1993  18 iyul 

Əbülfəz Elçibəyin Kələki kəndinə getməsi. 



1993  avqust 

Cənub bölgəsində Ə.Hümbətovun “Talış Muğam Respublikası” yaratmağa çalışması. 



1993  avqust 

Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının ermənilər tərəfindən işğal olunması. 



1993  29 avqust 

Prezident Ə.Elçibəyə etimat haqqında referendum keçirilməsi. 



1993  24 sentyabr 

Azərbaycanın MDB-yə üzv qəbul olunması. 



1993  3 oktyabr 

H.Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi. 



1993-1998 

H.Əliyevin birinci Prezidentliyi dövrü. 



1993  30 oktyabr 

Zəngilan rayonunun ermənilər tərəfindən işğal olunması. 



1993  1 noyabr 

Prezident fərmanı ilə Dövlət Müdafiə Şurasının yaradılması. 



1993  2 noyabr 

H.Əliyevin televiziya və radio vasitəsilə xalqa müraciət etməsi.  



1993  sonları 

Əks hücumlar nəticəsində Beyləqan istiqamətində hücuma keçən düşmənin geri çəkilməsi. 



1993 

Türkdilli ölkələrin Mədəniyyət Nazirliklərinin icra qurumu olan TÜRKSOY-un yaradılması. 



1993 

Ali məktəblərdə iki pilləli (bakalavr və magistr) təhsilə keçilməsi. 



1994 əvvəlləri 

Milli Ordunun hücum əməliyyatı nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və 22 kəndinin, Cəbrayıl və 

Kəlbəcər rayonlarının bir sıra yaşayış məntəqələrinin düşməndən azad edilməsi. 

1994  əvvəlləri 

Ağdam və Ağdərə rayonlarının bir neçə yaşayış məntəqəsinin ermənilər tərəfindən işğal edilməsi. 



1994  yanvar 

Milli valyuta olan manatın Respublika ərazisində yeganə ödəniş vasitəsi elan edilməsi. 



1994  4 may 

Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması. 



1994  12 may 

Bişkek protokolunun imzalanması və Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edilməsi. 



1994  20 sentyabr 

“Əsrin  müqaviləsi”nin  imzalanması.  Əsrin  müqaviləsinə  əsasən  14  ölkənin  30  neft  şirkəti  ilə  20  neft 

müqaviləsi imzalandı, ŞELF-5 qazma qurğusu yenidən qurulub  “İstiqlal” adı ilə istifadəyə verildi, “Qurtuluş” 

müasir qazma qurğusu işə salındı (2000-ci ildə), “Çıraq” platformasından 120 metr dərinlikdə 176 km-lik neft 

kəməri  çəkildi,  Sanqaçal  Terminalı  tikildi,  çıxarılan  neftin  Avropa  bazarlarına  satılması  üçün  iki  -  Bakı-

Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan adlı əsas neft kəmərləri tikilib istifadəyə verildi. 



1994  29 sentyabr 

H.Əliyevin BMT-nin 49-cu sessiyasında iştirak etməsi. 



1994  29 sentyabr 

Afiyyədin Cəlilov və Şəmsi Rəhimovun qətlə yetirilməsi. 



1994  2 oktyabr 

Xüsusi Təyinatlı Polis Dəstəsinin Bakıda Respublika prokurorluğunun binasını zəbt etməsi. 



1994  4 oktyabr 

H.Əliyevin  televiziya  və  radio  vasitəsilə  ikinci  dəfə  xalqa  müraciət  etməsi.  Gəncədə  S.Hüseynovun 

tərəfdarlarının dövlət çevrilişinə cəhdinin  qarşısının alınması. 

1994  5-6 dekabr 

ATƏT-in Budapeşt sammitinin keçirilməsi.  Sammitin qərarına əsasən ATƏT-in Minsk qrupunun həmsədrləri 

təsisatı yaradıldı. Mins qrupunun tərkibi hazırda Rusiya, Fransa və ABŞ-dan ibarətdir. 

1994 

 

Xarici ticarətin sərbəstləşdirilməsi haqqında fərman imzalanması. 



1994-1995 

Neftayırma zavodlarında ALOW-2 qurğusunun istifadəyə  verilməsi. 



1995-1997 

Respublikada özəlləşdirmə prosesinin həyata keçirilməsi. 



1995  mart 

R.Cavadovun başçılığı ilə Azərbaycanda yenidən dövlət çevrilişinə cəhd  edilməsi. 



1995  2 mart 

“Dövlət aqrar islahatı” komissiyasının yaradılması. 



1995  12 noyabr 

Respublikada  birinci  parlament  seçkilərinin  keçirilməsi  və  müstəqil  Azərbaycanın  ilk  demokratik 

parlamentinin yaradılması. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi. 

1996  21 fevral 

Prezident yanında xüsusi hüquqi islahatlar komissiyasının yaradılması. 



1996  16 iyul 

“Torpaq islahatı haqqında” Qanunun qəbul  edilməsi.  Qanuna əsasən bütün postsovet  respublikalarında fərqli 

olaraq,  torpaq  kənddə  yaşayan  vətəndaşların  xüsusi  mülkiyyətinə  pulsuz  verildi,  Respublikanın  vahid  torpaq 

fondu əsasında dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyət forması müəyyən olundu. Qanun əsasında “Dövlət 

torpaqları  haqqında”,  “Torpaq  vergisi  haqqında”  qanunlar  qəbul  olundu  və  aqrar  kredit  kassaları  yaradıldı. 

Aqrar  islahat  nəticəsində  kənd  təsərrüfatı  ilə  birlikdə  bütün  əmlak  və  texnika  özəlləşdirildi,    Azərbaycan 

kəndinin  sosial  siması  dəyişdi,  çoxukladlı  iqtisadiyyat  yaradıldı,  aqrar  sektorda  dövlətin  inhisarçılıq  sistemi 

liberallaşdırıldı, istehsalın və satışın azad bazar qanunları ilə həll edilməsinə şərait yaradıldı. 



1996  26 avqust 

Prezidentin  “Narkomanlığa  və  narkotik  vasitələrin  qanunsuz  dövriyyəsinə  qarşı  tədbirlər  haqqında”  fərman 

verməsi və narkobizneslə mübarizə üzrə komissiya yaradılması. 

1996  26 oktyabr 

“Sudan pullu istifadə haqqında əsasnamə” qəbul olunması. 



1996  noyabr 

Azərbaycan ilə YUNESKO arasında əməkdaşlıq haqqında memorondum imzalanması. 



1996  2-3 dekabr 

ATƏT-in  Lissabon  sammitinin  keçirilməsi.  Sammitdə  54  ölkədən  53-ü  Azərbaycanın  ərazi  bütövlüyünü 

dəstəklədi. 

1996 

“Yarasa” bədii filminin Fransada “Birinci plan Beynəlxalq kinofestivalında” “Avropanın ən yaxşı tam metrajlı 

bədii filmi” seçilməsi. 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə