1765
İrəvan xanlığının gürcülərin qarətçilik yürüşünə məruz qalması
1769
Gürcülərin növbəti dəfə İrəvan xanlığına qarətçi yürüş təşkil etməsi
1779
Gürcü çarı II İraklinin İrəvan xanlığına hücum etməsi. Hücum nəticəsində II İrakli güclü müqavimətə rast
gələrək geri çəkilməyə məcbur oldu, o geri çəkilərkən özü ilə Gürcüstana xeyli əhalini əsir apardı
1780
II İrakli ilə Hüseynəli xan arasında müqavilə bağlanması. Müqavilənin şərtlərinə əsasən Hüseynəli xan II
İrakliyə ildə müəyyən məbləğdə pul verməyi vəd etdi. Bunun müqabilində II İrakli Gürcüstana köçürdüyü
əhalini geri qaytarmağı və İrəvan xanlığının ərazi bütövlüyünü qorumağı öhdəsinə aldı
1783
İrəvan xanlığında üsyan baş verməsi. Üsyan nəticəsində Hüseynəli xanla Məhəmmədhəsən xan qətlə yetirildi
və Hüseynəli xanın oğlu Qulaməli xan hakimiyyətə gəldi
1783-1785
İrəvan hakimi
Qulaməli xanın hakimiyyəti
1785
İrəvan xanlığında saray çevrilişi baş verməsi. II İraklinin İrəvan xanlığında təşkil etdiyi saray çevrilişi
nəticəsində Qulaməli xan öldürüldü və hakimiyyətə onun qardaşı Məhəmməd xan keçdi
1785-1786
İrəvan xanlığının Avar xanı Ümmə xanın dağıdıcı hücumlarına məruz qalması
1785-1795; 1797-1805
İrəvan hakimi Məhəmməd xanın hakimiyyəti
XVIII əsrin 80-ci illəri
İrəvan xanlığının əhalisinin çox az hissəsini təşkil edən erməni əhalisinin Qarabağ məlikləri ilə birlikdə Cənubi
Qafqazda “xristian dövləti” yaratmaq haqqında planları gerçəkləşdirmək məqsədi ilə II Yekaterinaya müraciət
etməsi
XVIII əsrin 80-90-ci illəri Naxçıvan xanlığının xeyli zəifləməsi. Bu dövrdə xanlığın zəifləməsinin səbəbi Kartil-Kaxetiya çarlığının
xanlığı öz hakimiyyəti altına almaq cəhdləri, daxili çəkişmələr, ağır feodal istismarı və Ağa Məhəmməd xan
Qacarın yürüşü idi
1791
İrəvanda Sərdar sarayının Güzgülü salonunun inşa edilməsi. Sərdar sarayı İrəvan xanı Hüseyəli xanın dövründə
Usta Mirzə Cəfər tərəfindən, Güzgülü salonu isə xanın oğlu Məhəmməd xanın dövründə inşa edilmişdir
1795
İrəvan xanlığının Ağa Məhəmməd xan Qacarın yürüşünə məruz qalması. Yürüş zamanı xanlıq Qacar tərəfindən
tutuldu. İrəvan xanı Məhəmməd xan tabelik rəmzi olaraq Qacarın düşərgəsinə girov göndərməyi, İran
xəzinəsinə pul və lazım gəldikdə qoşun verməyi üzərinə götürdü
.
Lakin Ağa Məhəmməd xan sonra Məhəmməd
xanı həbs edərək xanlığın idarəsini Əliqulu xana
tapşırdı
1797
Ağa Məhəmməd şahın ölümündən sonra İrəvan əhalisinin Əliqulu xanı şəhərdən qovması. İranın yeni şahı
Fətəli şahın Məhəmməd xanı həbsdən azad edərək yenidən İrəvan xanı təyin etməsi Bundan sonra Məhəmməd
xan müstəqil siyasət yeritdi. Lakin ağır feodal istismarı və daxili çəkişmələr xanlığı xeyli zəiflətdi
NAXÇIVAN XANLIĞI
V əsr
Türksoylu kəngərli tayfasının Naxçıvan ərazisində məskunlaşması
XVIII əsrin ortaları
Naxçıvan xanlığının yaranması. Kəngərli tayfasının idarə etdiyi Naxçıvan xanlığının ərazisi Zəngəzur
dağlarından Araz çayının vadisinə qədər olan torpaqları əhatə edirdi
1747-1828
Naxçıvan xanlığının mövcud olması
1747-1763
Naxçıvan xanlığının banisi Heydərqulu xan Kəngərlinin hakimiyyəti. Nadir şahın ölümündən sonra Heydərqulu
xan yerli feodalların köməyi ilə şahın naibi Ağahəsəni Naxçıvandan qovdu və özünü xan elan etdi. Hərbi
cəhətdən zəif olan Heydərqulu xan Pənahəli xanın Bayatdakı qələbəsindən sonra ondan asılılığı qəbul etdi və
Şəki xanı Çələbi xana qarşı yaranmış ittifaqa qoşuldu
XVIII 60-80-ci illəri
Naxçıvan xanlığının zəifləməsi. Bu dövrdə Naxçıvan xanlığının zəifləməsinin səbəbi daxili çəkişmələr və
qonşu xanların aramsız hücumları idi
1764
Hacı xanın Naxçıvan xanlığında hakimiyyəti ələ keçirməsi
1764–1765
Naxçıvan hakimi
Hacı xanın hakimiyyəti. Hacı xanın dövründə xanlıq xeyli zəiflədi
1765–1770
Naxçıvan hakimi
Rəhim xanın hakimiyyəti. Rəhim xanın dövründə xanlıqda daxili çəkişmələr başladı
1783
Xoy hakimi Əhməd xanın Cəfərqulu xanı Naxçıvan xanlığında hakimiyyətə gətirməsi
1783-1785
Naxçıvan hakimi
Cəfərqulu xanın hakimiyyəti
1787-1797
Naxçıvan hakimi Kəlbəli xanın hakimiyyəti. Kəlbəli xanın dövründə
Xoy və İrəvan xanlıqları ilə münasibətlər
yaxşılaşdı, Naxçıvanla Qarabağ xanlığı arasındakı ziddiyyətlər isə dərinləşdi, Qarabağlı İbrahimxəlil xanın
Naxçıvan xanlığına iki yürüşü dəf edildi
1787
Qarabağlı İbrahimxəlil xanın Naxçıvan xanlığına birinci yürüşü. Yürüş nəticəsində yenicə hakimiyyətə gələn
Kəlbərli xan İbrahimxəlil xanın hücumunun qarşısını aldı
1792
İbrahimxəlil xanın ikinci dəfə Naxçıvan xanlığına hücum etməsi. Bu dəfə də Kəlbəli xan yürüşü dəf etdi.
Sonralar İran təhlükəsinə qarşı birgə mübarizə Naxçıvanla Qarabağ xanlığı arasındakı ziddiyyətləri azaltdı
1795
Ağa Məhəmməd xan Qacarın qoşununun Naxçıvan xanlığına hücum etməsi
1797
Naxçıvan xanlığının Ağa Məhəmməd şah Qacarın ikinci yürüşünə məruz qalması. Qacar ikinci yürüş zamanı
Kəlbəli xanı həbs etdirib xan taxtına Abbasqulu xanı çıxartdı və Naxçıvan xanlığının əhalinin bir qismini İrana
köçürdü. Qacarın Kəlbəli xanı həbs edib, xanlığın əhalisini İrana köçürməsinin səbəbi Kəlbəli xanın xarici
siyasətdə ruslara meyil etməsi idi
1797-1808
Naxçıvan hakimi
Abbasqulu xanın hakimiyyəti
1827-1828
Naxçıvan hakimi
Ehsan xanın
hakimiyyəti