LƏNKƏRAN XANLIĞI
XVIII əsrin 20-ci illəri
Qızılağac hakimi Musa xanın Lənkəranda hakimiyyəti ələ keçirməsi
XVIII əsrin 30-cu illəri
Musa xanın hakimiyyətdən əl çəkməsi və Səfəvilər nəslindən olan Seyid Abbasın Lənkəranda hakimiyyəti ələ
alması. Nadir şah rəsmi fərmanla Seyid Abbası Lənkəranın nəsli hakimi elan etməsi
1736
Seyid Abbasın Nadir şahın hakimiyyətini tanıyaraq oğlu Cəmaləddin Mirzə bəyi (Qara xanı) onun xidmətinə
göndərməsi
1736
Seyid Abbasın Lənkəran xanlığının mərkəzini Astaradan Lənkəran şəhərinə köçürməsi
1747
Cəmaləddin Mirzə bəy tərəfindən
Lənkəran xanlığının əsasının qoyulması
1747-1826
Lənkəran xanlığının mövcud olması. Xanlığın ərazisi Azərbaycanın cənub-şərqi, Talış dağları, Xəzər dənizi və
Muğan düzü arasındakı torpaqları əhatə edirdi
1747-1786
Lənkəran xanlığının banisi Cəmaləddin Mirzə bəyin hakimiyyəti.
Cəmaləddin Mirzə bəy Nadir şahın
ölümündən sonra Lənkəran xanlığını müstəqil idarə etməyə başladı, xanlığı möhkəmləndirmək üçün daimi
qoşun təşkil etdi, xan nəslindən olmayanlanın torpaq sahələrini müsadirə etdi, İran təhlükəsindən qorunmaq
məqsədilə Lənkəran şəhərinin sosial-iqtisadi və mədəni həyatında bir sıra dəyişiklik etdi, xarici siyasətdə
Rusiyaya meyl etdi
1768
Gilanlı Hidayət xanın Lənkəran xanlığına hücum etməsi. Hücum nəticəsində Qara xan təslim oldu və Hidayət
xana böyük xərac verdi
1785
Lənkəran xanlığının Quba xanlığından asılı vəziyyətə düşməsi
1786-1813
Lənkəran hakimi Mir Mustafa xanın hakimiyyəti. Mir Mustafa xan hakimiyyəti dövründə Sələfi Qara xan kimi
xarici siyasətdə Rusiyaya yaxınlaşdı, Lənkəran xanlığı Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qaldı,
Lənkəran əhalisinin bir hissəsi Sarı adasına köçürüldü, Rusiya-İran müharibəsində Lənkəran xanlığı İran
tərəfdən vuruşdu
1788
Gilan hakimi Hidayət xanın Salyana qədər olan əraziləri işğal etməsi
1795
Ağa Məhəmməd xan Qacarın Lənkəran xanlığına hücum etməsi. Bu zaman Mir Mustafa xan Lənkəran əhalisini
Sarı adasına köçürüb müdafiə mövqeyi tutdu və ona qarşı Rusiya ilə yaxınlaşmaq üçün öz nümayəndəsini
Şimali Qafqaza və Peterburqa göndərdi
BAKI XANLIĞI
XVIII əsrin 40-cı illəri
Bakı xanlığının yaranması.
Bakı xanlığı Quba və Dərbənd xanlıqları kimi Azərbaycanın şimal-şərqində, Xəzər
dənizi sahillərində yerləşirdi
1748-1806
Bakı xanlığının mövcud olması
1748-1768
Bakı xanlığının banisi I Mirzə Məhəmməd xanın hakimiyyəti. Onun dövründə Bakı xanlığının iqtisadiyyatı
dirçəldi və Xəzər dənizində gəmiçiliyin inkişafına xüsusi diqqət yetirildi
1768-1784
Bakı hakimi
Məlik Məhəmmədin hakimiyyəti. Onun dövründə Bakı xanlığı müstəqilliyini itirərək Quba
xanlığından vassal asılılığına düşdü
1768
Bakı xanlığının “nigah diplomatiyası” vasitəsilə Quba xanlığına birləşdirilməsi
1784-1791
Bakı hakimi
II Mirzə Məhəmməd xanın hakimiyyəti. Onun dövründə Bakı xanlığı yenidən müstəqil oldu
1789
Bakı xanlığının Qubalı Fətəli xanın ölümündən sonra müstəqilliyini bərpa etməsi
1792
II Mirzə Məhəmməd xanla hakimiyyət uğrunda mübarizədə Hüseynqulu xanın qalib gələrək hakimiyyəti ələ
keçirməsi
1792-1806
Bakı hakimi Hüseynqulu xanın hakimiyyəti. Hüseynqulu xan hakimiyyəti dövründə Bakı xanlığını işğal etməyə
çalışan Rusiya və İran arasında manevr etməyə çalışdı və Rusiyaya meyilli siyasət yeritdi, V.Zubovun
Azərbaycana yürüşü zamanı Bakı qalasının açarlarını ona təslim etdi
1793 19 aprel
II Yekaterinanın fərmanı ilə Bakı xanlığının Rusiyanın himayəsinə keçməsi
1796 13 iyun
Hüseynqulu xanın Bakı qalasının açarını Zubova təslim etməsi
1796
I Pavel tərəfindən rus qoşunlarının Azərbaycandan geri çağrılması və Hüseynqulu xanın xarici siyasətdə Ağa
Məhəmməd xan Qacara meyil etməsi
1797
Hüseynqulu xanın Rusiyanın himayəsindən birinci dəfə imtina etməsi
1797
Qacarın Şuşada öldürülməsindən sonra Hüseynqulu xanın Bakı xanlığının müstəqilliyini bərpa etməsi
1803
Bakı xanlığının ikinci dəfə Rusiyanın himayəsini qəbul etməsi
1804
Bakı xanlığının ikinci dəfə Rusiya asılılığından imtina etməsi
1806 oktyabr
Bakı xanlığının Rusiya tərəfindən işğal edilərək ləğv edilməsi
GƏNCƏ XANLIĞI
1736
Nadir xanın şah seçilməsinə qarşı çıxdıqları üçün Ziyadoğluların Gəncədən sürgün edilməsi
XVIII əsrin ortaları
Gəncə xanlığının yaranması. Qacar tayfasından olan Ziyadoğlular nəslinin idarə etdiyi Gəncə xanlığının ərazisi
Murovdağ silsiləsindən Kür çayınadək olan torpaqları əhatə edirdi
1747-1804
Gəncə xanlığının mövcud olması
1747-1760
Gəncə xanlığının banisi II Şahverdi xan Ziyadoğlunun hakimiyyəti. II Şahverdi xan Nadir şahın Gəncədəki
qarnizonunu darmadağın etməkdə ona yardımçı olan gürcü çarı II İrakliyə bac verməyi öhdəsinə götürmüş və
Kartli-Kaxetiya çarlığından asılılığı qəbul etmişdi
1760-1780
Gəncə hakimi Məhhəmmədhəsən xanın hakimiyyəti. Məhəmmədhəsən xan hakimiyyəti dövründə II Şahverdi
xanın II İrakli qarşısında öhdəsinə götürmüş pulu verməkdən imtina etdi və Gəncə xanlığının Kartli-Kaxetiya
asılılığına son qoydu
1780
Məhəmməd xanın qardaşı Məhəmmədhəsən xanı öldürdərək Gəncə xanlığında hakimiyyəti ələ keçirməsi
1780
Gürcü çarı II İrakli ilə İbrahimxəlil xanın Gəncə xanlığına hücum etməsi. Hücum nəticəsində xanlığın mərkəzi
Gəncə şəhəri tutuldu, yenicə taxta çıxmış Məhəmməd xan kor edilərək Şuşa qalasına salındı və Gəncə
xanlığında ikihakimiyyətlilik yarandı
1780-1783
Gəncə xanlığında ikihakimiyyətlilik dövrü
1783
Hacı bəyin başçılığı ilə Gəncədə xalq üsyanı baş verməsi. Üsyan nəticəsində Gürcü çarı ilə Qarabağ xanlığının
buradakı hakimləri Gəncədən qovuldular və Gəncə xanlığında ikihakimiyyətliliyə son qoyuldu
1784 payız
II İraklinin rus polkovniki S.Burnaşov ilə birlikdə Gəncəyə hücum etməsi. Lakin Dağıstan hakimlərinin
köməyi ilə Gəncə xanlığı təcavüzdən xilas oldu
1785
Şuşa qalasında həbsdə olan Məhəmməd xanın yenidən Gəncə taxtına çıxmaq istəyinin həyata keçirməsinə mane
olmaq üçün İbrahimxəlil xanın onu edam etdirməsi
1785-1786
Gəncə hakimi Rəhim xanın hakimiyyəti
1786
İbrahimxəlil xanla II İraklinin Gəncəy xanlığına yenidən hücum etməsi. Lakin müəyyən məbləğdə xərac
ödəməyə razı olan Cavad xan hakimiyyətə gəldi
1786-1804
Gəncə hakimi Cavad xanın hakimiyyəti
1795
Cavad xanın Kartili-Kaxetiya çarlığı və Qarabağ xanlığına ödədiyi xəracı verməkdən imtina etməsi
1795
Cavad xanın Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumü zamanı ona qoşun və ərzaqla yardım etməsi
1796
Rus generalı V.Zubovun Cənubi Qafqaza, o cümlədən Azərbaycana birinci yürüşü zamanı Cavad xanın xərac
verərək Gəncə xanlığını xilas etməsi
1797
Cavad xanın Nadir şahın vaxtında Kartli çarlığına verilmiş Şəmşəddil, Qazax və Borqçalı mahallarını geri
alması
1804 3 yanvar
Sisianovun başçılığı ilə rus qoşunlarının Gəncəni işğal etməsi və Gəncə xanlığının ləğv olunması
ŞİMAL-QƏRB CAMAATI, SULTANLIQLAR VƏ MƏLİKLİKLƏR
XI-XII əsrlər
Türksoyulu qazax tayfasının Azərbaycanın şimal-qərb torpaqlarında məskunlaşması
XVI əsrin II yarısı
İlisu sultanlığının yaranması
XVIII əsrin əvvəlləri
Şəmşəddil tayfasının başçısı Səlim xanın Ahalsixini osmanlılardan alaraq öz ərazisinə birləşdirməsi
XVIII əsrin əvvəlləri
Qazax tayfasının bir hissəsinin Qarabağa köçrülməsi
XVIII əsrin ortaları
Qəbələ sultanlığının yaranması
XVIII əsrin 50-ci illəri
Qəbələ
sultanlığının və Car-Balakən camaatlığının Şəki xanlığından asılı vəziyyətə
düşməsi
1795
Ərəş sultanlığının ləğv edilərək mahal kimi Şəki xanlığına birləşdirilməsi
XVIII əsrin sonları
Qazax və Şəmşəddil sultanlıqlarının yaranması
XVIII əsrin sonları
Car-Balakən camaatlığının müəyyən müstəqillik əldə etməsi
XVIII əsrin sonları
Qəbələnin mahal kimi Şəki xanının naibləri tərəfindən idarə edilməyə başlanması
XVIII əsrin II yarısı
Qarabağ mahalında Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) Çiləbörd “xəmsə (beşlik) məlikliklərinin mövcud
olması. Dizaq məliyi Loridən, Vərəndə məliyi Şahnəzər Göyçədən, Çiləbörd məliyi Allahqulu Mağavızdan,
Talış məliyi Usub Şirvandan qaçaraq Qarabağa gəlmiş və Nadir şaha itaətə görə müvafiq ərazilərə məlik təyin
edilmişdilər. Məlikliklərdən yalnız Xaçın mahalının əhalisi yerli idilər
AZƏRBAYCAN XIX ƏSRDƏ
AZƏRBAYCAN TORPAQLARININ İŞĞALININ BAŞLANMASI (XVIII ƏSRİN SONU – XIX ƏSRİN ƏVVƏLLƏRİ)
1779
Kərim xan Zəndin vəfat etməsi və Qacarlar sülaləsinin İranda hakimiyyəti ələ alması
1779-1925
Qacarlar sülaləsinin İranda hakimiyyəti dövrü
1779-1797
Ağa Məhəmməd xan Qacarın hakimiyyəti dövrü
1781
Ağa Məhəmməd xan Qacarın Gilanı tutması
1781-1782
Rusiyanın qraf Voynoviçin komandanlığı altında Xəzəryanı bölgələrə yürüşə başlaması və bu məqsədlə
Həştərxandan Astarabada eskadra göndərməsi
1783 24 iyul
Georgiyevsk traktatı. Gürcüstanın Rusiyanın himayəsinə keçməsi