1783 20 avqust
Qafqazda rus qoşunlarının baş komandanı P.S.Potyomkinin Georgiyevski traktatının bağlanması haqqında
fərmanlarla Azərbaycan xanlarına müraciət etməsi
1785
Ağa Məhəmməd xan Qacarın Tehranı paytaxt elan etməsi
1785
Qarabağ, Şəki və Quba xanlıqlarının İstanbula elçilər heyəti göndərməsi
XVIII əsrin 90-cı illəri
Ağa Məhəmməd xan Qacarın Azərbaycanın cənub ərazilərini - Sərab, Qaradağ, Xoy və Urmiya xanlıqlarını
özünə tabe etməsi
1791
Ağa Məhəmməd xan Qacarın Qaradağ xanlığını özünə tabe etməsi
1795
Ağa Məhəmməd xan Qacarın Azərbaycana birinci yürüşü. Şuşanın 33 günlük mühasirəsi
1795 12 sentyabr
Qacarın Tiflisi tutması
1795 16 noyabr
Çar II Yekaterinanın xüsusi sərəncam ilə general Qudoviçə “bütün Cənubi Qafqazı, eləcə də Xəzər dənizi
sahillərini İran təcavüzündən “qorumağı” tapşırması
1795
II Yekaterinanın Azərbaycana qarşı hərbi yürüşə rəhbərliyi general V.Zubova həvalə etməsi
1796
Ağa Məhəmməd xanın özünü İran şahı elan etməsi
1796 15 fevral
General Savelyevin komandanlığı altında rusların Dərbənd şəhərini mühasirəyə alması. Bu hadisə ilə çarizmin
Azərbaycana qarşı müstəmləkəçilik siyasəti başlandı
1796 18 aprel
V.Zubovun Cənubi Qafqaza, o cümlədən Azərbaycana yürüş etməsi
1796 əvvəlləri
Rus və gürcülərin birləşmiş qüvvələrinin Gəncə xanlığına hücum etməsi. Hücum nəticəsində Gəncə şəhəri
mühasirəyə alınsa da tutulmadı, Cavad xan Sisianova bac verərək şəhəri dağıntıdan xilas etdi
1796 2 may
V.Zubovun general Savelyevin qüvvələri ilə birlikdə Dərbən şəhərinə hücum etməsi. Hücum nəticəsində
Şeyxəli xanın müqavimətinə baxmayaraq Dərbən şəhəri zəbt edildi. V.Zubov xanlığın idarəsini Şeyxəli xanın
Rusiyaya meyilli bacısı Pəricə xanıma tapşırdı. Beləliklə Dərbnd ruslar tərəfindən birinci dəfə işğal edildi
1796 6 iyun
V.Zubovun Quba xanlığını işğal etməsi və rus qoşunları üçün Bakı, Şamaxı və Salyana yol açılması
1796 13 iyun
Bakı xanı Hüseynqulu xanın Bakı qalasının açarını Zubova təslim etməsi
1796 iyun
V.Zubovun Şamaxı xanlığını tutması
1796
İbrahimxəlil xanın oğlu Əbülfət xanı V.Zubovun hüzuruna göndərməsi
1796 yay
Şimali Azərbaycn xanlıqlarının Rusiya işğalına qarşı ittifaq yaratmağa təşəbbüsü göstərməsi. İbrahimxəlil xanın
yaratdığı bu birliyə Azərbaycanın şimal xanları və bəzi Dağıstan hakimləri daxil idi. Birlik Nurəli xan
vasitəsilə Zubova qarşı süi-qəsd təşkil etsə də baş tutmadı. Nurəli xan tutulub Həştərxana sürgün edildi.
Şeyxəli xan isə “göz dustağı”na çevrildi
1796 sentyabr
Qubanın Alpar kəndi yaxınlığında döyüşü. Döyüş nəticəsində qubalı Şeyxəli xan Qazıqumuq xanı ilə birlikdə
500 nəfərlik rus hərbi dəstəsini darmadağın etdi. Məğlubiyyətə baxmayaraq rus qoşunu işğalçılıq siyasətini
davam etdirdi
1796 oktyabr
Rusiyanın knyaz İ.P.Sisianovun başçılığı ilə V.Zubova kömək göndərməsi
1796 21 oktyabr
General Rimski-Korsakovun komandanlığı ilə rus qoşunlarının Gəncə xanlığını işğal etməsi
1796 noyabr
II Yekaterinanın vəfat etməsi və çar I Pavel tərəfindən Rus qoşunlarının Azərbaycandan geri çağırılması
1797
Rus qoşunlarının Azərbaycan torpaqlarını tamamilə tərk etməsi
1797 yaz
Ağa Məhəmməd şah Qacarın Azərbaycanın şimal torpaqlarına ikinci yürüşü. Şuşanın işğalı
1797 4 iyul
Ağa Məhəmməd şahın Şuşada qətlə yetrilməsi
1797-1834
İranda Fətəli şahın (Baba xanın) hakimiyyəti
1801
İngiltərə ilə İran arasında müqavilə imzalanması. Bu müqavilə İngiltərənin Cənubi Qafqaz barədə planlarını
həyata keçirməsi üçün geniş imkanlar açdı
1801
Fransanın İrana Rusiya əleyhinə müqavilə bağlamağı təklif etməsi
1801 12 sentyabr
Çar I Aleksandrın manifesti ilə Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi. Şərqi Gürcüstanla birlikdə
Azərbaycanın Qazax, Şəmşəddil, Borçalı, Pəmbək əraziləri də Rusiyaya birləşdirilərək onun müstəmləkəsinə
çevrildi. Bununla da Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalına başlanıldı
1801
Şərqi Gürcüstanla birlikdə Azərbaycanın əzəli torpaqlarının işğalı ilə razılaşmayan bəy və ağaların ailələri ilə
birlikdə Gəncə xanlığına köçməsi
1801
Gəncə hakimi Cavad xanın öz nümayəndəsini Lazarevin yanına göndərərək rus qoşunlarının Şəmşəddil
ərazilərindən çıxarılmasını tələb etməsi
1801 dekabr
Çar I Aleksandrın Qafqaz qoşunlarının baş komandanı general Knorrinqə məktubla müraciət etməsi. Bu
fərmana əsasən general Knorrinq Georgiyevsk şəhərində siyasi və ticarət məsələləri üzrə xanlıqlarla danışıqlar
apardı
1802
Quba, Dərbənd və Lənkəran xanları, həmçinin Tarku şamxalı, Qaraqaytaq üsmisi və başqa dağlı hakimləri
ilə Rusiya arasında Georgiyevski müqaviləsi imzalaması. Müqavilənin şərtlərinə əsasən bu müqaviləni
imzalayanlar İran hücum edən hallarda ona qarşı birgə çıxmağa öhdələrinə götürürdülər. Həmçinin tərəflər
Cənubi Qafqazda rus tacirlərinin təhlükəsizliyini təmin etməli və Xəzər dənizində gəmiçiliyi inkişaf etdirməli
idi
1802
Rusiyanın knayaz Sisianovu Qafqazdakı rus qoşunlarına komandan təyin etməsi. Rusiyanın Sisianovu
Qafqazdakı rus qoşunlarına komandan təyin etməkdə məqsədi Cənubi Qafqazın bütünlüklə işğal edilməsi
planını reallaşdırmaq idi
1803 yanvar
Lazarevin Sisianova raport göndərməsi. Raportda qeyd edilirdi ki, “Gəncə erməniləri rus qoşunlarının
Gəncəyə gəlməsini səbirsizliklə gözləyirlər”
1803
Bakı hakimi Hüseynqulu xanın ikinci dəfə Rusiyanın himayəsinə keçməsi